Xoş gördük,
əyil
qulağına söz deyim, Şuşam:
nə
vaxtdı,
yad səslərdən
yağır qulağına...
mən
pambıq götürüm,
sənsə
çöp götür,
enək
İsa bulağına –
təmizləyək
nisgilin,
28 bəlaya
gəlmiş ilin!
...Bir də
xoş gördük,
əyil
qulağına söz deyim, Şuşam:
darıxmışam!..
Qulu AĞSƏS
Ədəbiyyat qəzeti.- 2021.- 8
may.- S.5.