Xalq və tarix qarşısında cavabdehlik
(ixtisarla)
Xalqın düşünən beyni,
döyünən qəlbi
onun ziyalısıdır.
Sabir Rüstəmxanlı
çoxminli izdiham qarşısına çıxmağa
haqqı, ağlı-məntiqi,
bəlağəti və
cəsarəti çatan
ziyalıdır, eyni zamanda, onun Tariximiz
qarşısında başını
uca tutmaq, gələcəyin, haqq-hesabına,
sorğularına mərd-mərdanə
cavab vermək imtiyazı var.
Sabiri bir şair kimi tanıyır və sevinirdim. Hələ çox
gənc olarkən yazdığı misraları
onun, bir növ, poetik manifesti kimi qavrayırdım:
"Dilimdə təzə söz bitirməsəm də,
Şadam ki, köhnənin qoruqçusuyam".
Əlbəttə, bu misralarda təvazökarlıqdan doğan
bir mübaliğə
var. Geniş anlamda Sabir şeirimizə Təzə Söz də az
gətirməyib. Amma onu doğru deyir ki, həmişə köhnə sözün, yeni poetik irsimizin,
mənəvi dəyərlərimizin,
millət ruhunun əsrlərdən keçən
ənənələrinin qoruyucusu
olub və qoruyucusudur.
Məşhur "Ələk" şeirində, anasına həsr etdiyi kövrək misralarda, böyük vətəndaşlıq
amalıyla qələmə
alınmış "Cavad
xan" poemasında,
"Salam, Gəncə qapısı",
"Şaman duası"
və onlarla, yüzlərlə dəyərli
əsərlərində Sabir
ilk növbədə həssas
şair, vətəniylə
öyünən, onun
ağrı-acılarını yüksək poeziya diliylə ifadə etməyə qadir olan sənətkardır. Sabirçün vətən
onun şanlı tarixi, böyük şəxsiyyətləri, qədim
əlyazmasıdı, Ələsgərin
sazı, Koroğlunun Misri qılıncı, Nəsiminin "Ənəlhəq"
harayıdır, Mirzə
Ələkbər Sabirin
"Fəxriyyə"sidir, amma bu xrestomatik
örnəklərlə bir
yerdə şeiri yüksək sənət nümunəsi edən də budur: Bir əlçim buluddu, Bir ömür
umuddu, Bir içim sudu, Yandıqca odlanan ocaqdı, Daddıqca dadlanan arzudu, bir dərə bahar leysanıdı
Dağları dumanda itən Vətən... Vətən...
Sabirin ən çox sevdiyim əsərlərindən biri
"Sağ ol, ana dilim!" şeridir. Vətənimizin
bölünməsi, parçalanması
haqqında Azərbaycan
ədəbiyyatında az yazılmayıb. Sabir bu bölünmə faciəsinin içində
bir bölünməzlik
simvolunu - ana dilimizi vəsf edir. "Torpağım
ikiyə bölünən
zaman, Bu dil bölünməyən torpağım
oldu" - deyir.
Xatırladıram ki, "Vətən"
şeiri də, "Sağ ol, ana
dilim" şeri də sovet dövründə,
yəni bu mövzular tam yasaq olmasa da, şairin
öz təbirincə
desək, "qapılar
dalına qoyulan" illərdə yazılıb.
Müstəqillik illərində isə
Sabir Rüstəmxanlı
poeziyasının vətəndaşlıq
pafosu daha gur səsləndi. Qarabağ faciəsini, Qara yanvar müsibətini qanayan və yanan qələmlə yazdı. Doğma Azərbaycanın tarixini dərindən bilən, bu gününü bütün
varlığıyla yaşayan,
gələcəyini daima
düşünən şair
yaradıcılığında eyni zamanda bütün
türk dünyasını
əks etdirir. Şəxsən gedib gördüyü
Orxan yazılarından
çağdaş Türkiyəyə
qədər, Krım təəssüratlarından Kipr,
Kərkük intibahlarına
qədər böyük
türk aləmi Sabir poeziyasının coğrafi və poetik xəritəsidir.
Mən Sabir Rüstəmxanlıdan ilk növbədə
şair kimi söz açdım, çünki bütün
çoxyönlü fəaliyyətində
mənimçün onun
poetik istedadı ən əsas cəhətdir. Amma yadımdadır, hələ çox-çox
illər bundan əvvəl, sovet dönəmində Yazıçılar
İttifaqından (o vaxt
hələ Birlik yox, İttifaq adlanırdı) Sabir bir məruzəylə çıxış etdi.
Bu məruzədəki fikirlər
mənə o qədər
yaxın idi ki, onu ürəkdən
təbrik etdim, "İllər boyu rəhmətlik atamın da, mənim özümün də ədəbi-ictimai mövqeyimiz
sənin bu məruzəndə dediklərinlə
necə də həmahəngdir" dedim.
Mənə elə gəlir ki, Sabir Rüstəmxanlıyla
mənəvi doğmalığımız
elə bu məruzədən başladı. Sonra Sabir də məruzədəki
fikirlərini daha da genişləndirərək,
daha böyük materialı əhatə edərək "Ömür
kitanı"nı yazdı
və bu kitabın xalqımızın
milli şüurunun formalaşmasında müstəsna
əhəmiyyətə malik
olduğunu desəm, yanılmaram...
ANAR
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.-
2021.- 22 may.- S.2.