Bu günlərçin
yaşamağa dəyərmiş
Nələr oldu... araşdırdım,
izlədim,
Vətən dedim, zəfər günün gözlədim...
Tanrı
mənə möhlət
versin, istədim...
Yox, bilməzdim ömrüm hara qədərmiş,
Bu günlərçin yaşamağa
dəyərmiş...
Şəhidimiz neçə evdən,
bölgədən...
Qazi, əsgər - şəhidliyə
yol gedən...
Sizlə
nəfəs alır billəm, bu Vətən,
Sizlə
birgə nəfəs almaq zəfərmiş! -
Bu günlərçin yaşamağa
dəyərmiş...
Ərənlərlə, igidlərlə
söhbətim -
Vətən deyən oğullarmış
sərvətim!..
Ömrə-günə artdı bir az hörmətim -
Ta deməyim bu ömür-gün hədərmiş,
Bu günlərçin yaşamağa
dəyərmiş...
Dalanlarda
yad oyunlar, havalar -
Xalq birliyin pozmaq üçün çabalar...
Birlik udur! - gözəl
demiş babalar,
Birliyimiz
alınmayan səngərmiş,
Bu günlərçin yaşamağa
dəyərmiş...
Düşmən bilməz - alacaqdır
öz payın,
Bəlkə satqın ünsürlərə
arxayın?..
Pozammadı xalqımızın harayın...
Arxalı
şər orduma baş əyərmiş...
Bu günlərçin yaşamağa
dəyərmiş...
Haqq alınsın! - deyib
ordum, güc edib,
Yağıların niyyətini puç
edib!..
Siramızdan neçə dərdlim...
köç edib
O ruhları şad edən bu xəbərmiş!..
Bu günlərçin yaşamağa
dəyərmiş...
Yurd sevinsin, yol sevinsin,
sevin sən,
Xoş niyyətlim, yurda dönən xeyirsən!..
Tələsirsən, vaxt gec gedir, - deyirsən...
Ölçülüdü, biçilidi bax, hər iş...
Bu günlərçin yaşamağa
dəyərmiş...
Qayıdış var - o zaman var, o gün var,
Addım-addım açılacaq düyün
var...
Abadlığı görsəm necə
xoş olar:
Abad olan yurd yerləri
- yüksəliş!..
Bu günlərçin yaşamağa
dəyərmiş...
Qaldı bu sevginin ətəklərində
Şəhidimiz Ruhin Xəlilova
ithaf...
Vətən, ata, ana - yenə bir yerdə,
Yenə
də birləşib,
bütünləşdilər...
Verib övladını Vətən
yolunda,
Atalar, analar Vətənləşdilər!..
Doldu gözümüzə acı
xəbərlər...
Önləmək mümkünmü dərdi,
kədəri...
Məni
də ruha çevrəçəkmiş,
Vətənin müqəddəs Ruhinləri...
O sakit, təmkinli həyatın, bildim,
Özəyi- Vətənmiş, özü
- Vətənmiş...
Bir evdən, beşikdən gələn o yolun -
Görünən-görünməz izi Vətənmiş!..
Sakit, təmkinliydi, oğlum danışdı,
Nə yaxşı onunla birik, bir-, dedik...
Bizdən
fərqli idi, hər kəlməsiylə...
Biz ona güvəndik, komandir!-,dedik...
Ata da, ana da
duydu: qəlbimdən
Qarışıq hissləri silmişəm,
- dedin...
Rahat iş yerinlə sağollaşaraq,
Salam, doğma yurdum, gəlmişəm, - dedin...
Könüllü döyüşə gedənlər cəsur,
Yad əllər onlara yetişməz oldu...
Vətənin səsini eşidən
oğul,
Bəlkə çox səsləri
eşitməz oldu...
Döyüşdə şəhidi, yaralıları
Hər vaxt çıxarmağa
can atırdın sən...
Sən belə ürəyin sahibi idin,
Yağı utanaydı şər
əməlindən...
İgid
oğulların Vətən
sevgisi
Gör nə yüksəklikdə,
gör nə dərində...
Arzular, istəklər, xəyallar
qaldı,
Qaldı
bu sevginin ətəklərində...
Bu vətənin sahibi
Şəhidimiz Elxan Hüseynovun
xatirəsinə ithaf
Bu Vətənin sahibi
Şəhidlərdi... əsas var! -
Tarixləri keçərək
Bugünə gəldi onlar...
Şəhidlik - yeni həyat,
Toparlandıq, gərildik.
Onlar ilə var olduq,
Onlar ilə dirildik!
İgidlər vətən deyib,
Dərələrdən keçdilər,
Zirvələrə çatdılar.
Yenməsin, yenilməsin
Vətən üçün, xalq
üçün
Bir zirvə
yaratdılar.
Onlar çatdı, yetişdi
Gör hansı əhdə, vədə...
Analar o vüqarda,
Atalar o zirvədə...
Bizə
də yer verdilər,
Bu yer sizindi deyə.
Biz də qalxdıq onlarla
Gör hansı yüksəkliyə...
Sən yurda dönüşə bax -
Nağıllardan adlayıb,
Dastanlardan keçdilər...
Dönüb çaya, bulağa,
Dönüb dağa gəldilər...
Oğurlanan tarixi,
Oğurlanan qüruru
Qaytarmağa gəldilər.
Tarixin yaddaşına
Səpdilər qızıl dəni.
Yaddaşda vardı, yenə
Qəhrəmanlar yurduna
Çevirdilər Vətəni.
Borcumuz nə qədərdi
De, şəhid gedənlərə?..
Bizi şanlı bir yurdun
Övladı edənlərə..
Yerim harda olmalıydı,
oldu da
Cəsur döyüşçü Sahib Allahverdiyevə
ithaf edirəm
Ürəkliydin, könüllüydün orduda
Dedin: gəldim, gəlsin zəfər qurdu da!..
Yerim harda olasıydı, oldu da -
Ordumuzun
şanlı yürüş
günündə!..
Siz - igidlər, Sahib, gerçək...
yalan biz,
Döyüş günü sanki
dilsiz olan biz...
Necə
gözəl səslənibdi
himnimiz -
İgidlərin sədasında, ünündə!..
Dan yerini bürüyür nur, bilirəm,
Sən sınmazsan, səni qürur bilirəm,
Hər sahibdən Sahib olmur,
bilirəm,
Vətənimin Sahibləri yerində!..
Mən dağ desəm, Arazüstə Dirisən,
Sən sirsənsə - Atillanın
sirrisən!..
Tarix yazan igidlərdən birisən,
Çaşqınlıq yox imanında, dinində!..
Dedin: təltif... yarı səsdi, yarı sim...
Təltif
üçün vuruşurdu
axı kim?..
Azad olan yurd yerlərim
- təltifim,
İgid,
bildim sevgin belə dərində...
Addımların - qələbəyə dönən iz,
Fikrin-arzun qarışıqsız, saf-təmiz!..
Dedin: dostlar, bizə qonaq gələrsiz,
Araz üstə, Xudafərin kəndində...
O yol bir əbədi
ömrə çevrildi
Şəhid baş leytenant Elçin Əzizova
ithaf edirəm
Döyüşə atıldın, önündə yollar,
Sevinc işığıyla gözlərin
dolu...
İnamla,
fəxrilə başladığın
yol,
Oldu zəfər yolu, qələbə yolu!..
O yol bir əbədi
ömürə çevrildi,
Qaldı
yaddaşında aranın,
dağın...
Dövlət sərhədini möhkəm
edəcək,
Sərhəddə duracaq qəhrəmanlığın!..
Axı nə qazandı nankor qonşular? -
Yolunu kəsməyə can atan yağı...
Şəhidim, sən yenə
öz yolundasan,
Sinənin üstündə Vətən
bayrağı!..
Baban Baha kişi
düşündü: "Gərək
"Alım qisasımı!.. Qisas!" - bir
kəlmə....
Silaha sarıldı, o, yurdda qaldı...
O boyun əymədi ucuz ölümə!..
Evdə
sazın vardı, çaldın eşqilə,
O saz ki ulumuz
Qorquddan nişan...
Elin sazlı-sözlü məclislərində
Bilirəm, hər zaman xatırlanarsan!..
Döyüşə atıldın, önündə yollar,
Sevinc işığıyla gözlərin
dolu...
İnamla,
fəxrilə başladığın
yol,
Oldu zəfər yolu, qələbə yolu!..
Ucasan, səninlə...
Az deyil, az deyil şər
oyunları,
Bir adı fələkdi, bir adı dünya.
Olumla-ölümlə gəldi, gələntək
Dişini üstümə qıcadı
dünya.
Namərdi sayımsız, mərdi
az deyil,
Köksümə yığılan dərdi
az deyil.
Girişi
birsə də, məncə, az
deyil,
Hər kəsə bir çıxış-bacadı dünya...
Musa, nə haldasan ahıl çağında,
Ömrün nur təşnəsi,
gün sorağında...
Alçaqlar boğular alçaqlığında...
Ucasan, səninlə ucadı dünya!..
Ömrü vətən olan
Qınayan az deyil kimisə yenə...
Özündən gözləyən, umanlar azdır.
Qapılar döyərik, ancaq
arasaq
Bizə doğma olan ünvanlar azdır.
Yanıldıq, yanıltdıq gümanımızı,
Görək yaxşımızı, yamanımızı.
Bilsək
yandırmazdıq imanımızı,
Yanğınlar çoxalır, imanlar azdır.
Haqqı
de, boş yerə mərəkə açma,
İşıqsız bir dövrə, şəbəkə
açma,
Hər addım meydandı, meydandan qaçma,
Sənəmi, mənəmi meydanlar
azdır?..
Musa, halallıqla yansın hər ocaq,
Qayğıdan, fikirdən düşmədin
uzaq...
Gördün, "Vətən" deyən az
deyil, ancaq
Ömrü Vətən olan
insanlar azdır...
Əzmin, qətiyyətin
yerli-yerində
Qazi Gülməmmədov Eldost Akif oğluna
ithaf edirəm...
Keçdin Qarabağın od-alovundan,
Əzmin, qətiyyətin yerli-yerində.
Silahınla birgə, yoxuşlarda
da
Tibbi çanta vardı çiyinlərində...
İrəli! - döyüşə
şığıdın, igid,
Qanlı hücumların önündə
durdun.
Neçə yaralıya ilk yardım
etdin,
Neçə yaralıya xilaskar
oldun...
Xalqın
birliyinə qoşuldunuz
siz-
Sahib, Zahir, Eldost... özəl bir gündə...
Yaralı
çiyninə yaralı
alıb...
O birlik- döyüşün
qaynar yerində...
Sən Qazi oğlusan, sənin atan da
Qarabağ qəlpəsin daşıdı
naçar...
Qazilər - bu adı ucuzlaşdırmaz,
Qazilər - ölümü heçə
sayanlar...
Bu yurd igidlərin yurdudu, bəlli...
Nələri yaşatdın sən hünərində.
İgidlər yurdunun xilaskarıtək
Alqışın qazandın igidlərin
də...
Keçdin Qarabağın od-alovundan,
Əzmin, qətiyyətin yerli-yerində.
Silahınla birgə, yoxuşlarda
da
Tibbi çanta vardı çiyinlərində...
Musa ASLANXANLI
Ədəbiyyat qəzeti.- 2021.- 22
may.- S.29.