Göz
Poema
Şair,
alim, həkim
dostum Paşa Qəlbinura
Hər zaman göz oldun yar-yoldaşıma;
Səndən
dünyalarcan
razıyam, Paşa!
Saralan gözümü alıb başıma
Bu dəfə üstünə...
özüm qaçmışam!
Olsun qoca gözüm gözünə qurban;
Qırx
ildi qardaşıq,
səhv etmirəm ki?
Ayrı
bir izahı yoxdu:
gözdü can, -
deyib, təbabəti məhv etmirəm ki?
Fikrimi gözümdən oxu hələ sən -
Göz qoy Vaqif hansı sözdən danışır?!
Gözdən ibarətəm,
qardaş, biləsən;
beyin də, ürək də gözdən danışır!
Sənə dil tökürəm bilirsən nədən? -
Çoxum puç...
qoruyum barı azımı!
Gözümün üstündə saxlayıram
tən
axı mən, ay Paşa, alın yazımı!
Kəsib
şax yolumu çox qalın divar,
Namərdin oxları izləyib onu.
Gözüm qişasında buynuz
sirri var,
qamış kirpiklərim
gizləyib onu!
Min ildi vurulur gözündən
bəşər,
Göz dönmür baxmaqdan,
göz yol üstdədi.
Səhrada bir qurtum su yerinə Şər,
Xeyirdən gözünü əvəz
istədi!
Koruş
anasıyam Aşıq
Qəribin,
Kərəmin, Əslinin göz
dustağıyam!
Üstünə gəldim ki, eynək yazasan -
gözümün diliylə
danışsın qəlbim,
özün bilirsən
ki,
söz dustağıyam!
Sən ey göz zərgəri,
gözümü ləl
bil,
ayır xəstələrdən
mənim yerimi.
Nəfəs qarışıqdı,
dodaqla deyil,
gözümlə öpmüşəm
sevdiklərimi!
Görünür heç kimi
ad-san gözümə,
Gözümdə qatbaqat pərdələr durur.
Düşərli bir eynək yazsan gözümə,
olarsan gözümün
nuru, Qəlbinur!
Buna görə gəldim...
gözüm tutulsa
günəşli gündüzü
gecə görərəm.
Zülmətdə dəftəri, sözü,
qələmi,
işıqda nəvəmi
necə görərəm?
Paşa,
bəbəklərə gur
yağış verdin;
Quraq göyün üzü -
kor olmuş quyu...
Çeşmək qəfəslərə saldığın dərdin
"adı da
gözəldi -
mirvari suyu!".
Bulaqlar olmasa dəryalar olmaz,
Quruyub gözlərim, suyu azdı, az!
Sən mənim gözümə bir cüt bulaq
yaz,
Arazın
lilini durultsun bir az.
Eynək
yox,
gözümə cüt
şamdan hör sən
göz yağım zülmətdə məşələ
getsin.
Kökündə çil boyda ləkə var görsən
Oxla bəbəyimi, tişələ
getsin!
Var gözün əsiri,
var gözə dustaq -
bəbəkdən ürəyə
hansı sədd olub?!
Dərin
baxışımın lap dibinə
bax,
Gör onda nə vaxtsa məhəbbət olub?
Gözəllik görəndə çevrilsin
çaya,
Gizlin çeşmə
kimi tək axa bilsin.
Gözümə eynək yaz,
ləkəli Aya,
ləkəsiz Günəşə
dik baxa bilsin!
Qismətə kor olan bəndə - çopur daş;
daşlaşan qismətəm,
onçun da pərtəm.
Sən mənə elə bir eynək yaz, qardaş,
Baxantək ayırım namərdi
mərddən!
Eynək
yaz, saplağı, şüşəsi... vicdan
-
nahaqqı görəndə
susmayıb keçim.
Qonur qarışqanı seçim
qaradan,
İlan
quyruğunu...
basmayıb keçim!
Gözü darı gəlir
qoca-qaltağın;
istəyir önündə
mərdlər əyilsin.
Sən mənə eynək yaz, gözüm yaltağın,
əclafın üzünə
tüpürə bilsin!
Qarabağ köksünü, Paşa,
bu da var,
gizli minalarla doldurub düşmən...
Sən mənə eynək yaz,
şüşəsi par-par,
minanı daha tez aşkar eləyim
mina aşkarlayan cins itlərindən!
Sən mənə eynək yaz,
nurlansın yolum,
dumansız gözlərlə
görüm Şuşanı.
Diqqətli baxışla çırmayıb
qolu,
Usta nəzərlərlə hörüm
Şuşanı!
Səmum
yellərindən keçib
qoşa şam,
əvəzə çökdürüb
tay dizlərimi.
Gözümün başına ağıl
qoy, Paşa,
ya da oy,
ovcuma qoy gözlərimi!
Gözlə od götürən kəndirbaz
mənəm,
Keçmişəm padişah,
qul körpüsündən!
Tükü-tükdən seçən eynək yaz mənə,
Salamat adlayım
qıl körpüsündən.
Seçmir çirkin ömrü
gözəl ölümdən!
Yandırır içimi göz
açım, Paşa,
Sən mənə elə bir eynək yaz ki, mən
dünyaya təzədən göz açım, Paşa!
2021
Vaqif BƏHMƏNLİ
Ədəbiyyat qəzeti.- 2021.- 22
may.- S.17.