Mariya Luiza Spasiani

(1922-2014)

 

XX əsr italyan şeiri

 

 

***

 

Çox güman, evinizin üzərindən uçan

həmin quşdur

indi bizim artırmada

çörək qırıntılarını dimdikləyən.

O mənə səndən danışdı.

Səhəri necə qarşılamağından.

Sənin susqun ismarışını çatdırdı

Mənim pəncərəmə.

 

Mən bu elçi quşu tanıdım.

Sabahın qapıları

Düz mənə açıldı.

Özgə vaxt

Elçilər mələklər olardı.

Amma indi,

Hər şeyin lənətləndiyi vaxtda

Çörək dimdikləyən

Quş da pis deyil.

 

Tərcümə etdi: Səlim Babullaoğlu

 

Ədəbiyyat qəzeti.- 2021.- 22 may.- S.18.