Patrisiya Valduqa
(1953)
XX əsr italyan şeiri
"Rekviyem" silsiləsindən
Eh, ata, ürəyimin atışı,
Çoxdandır ki, beləcə
xəstəsən,
Gecələri və gündüzləri
gəzirsən,
Sanki gizlənpaç oynayırsan
Sualtı qayıqla dəniz kimi.
Sanki hansısa ağlagəlməz
filmdə
Öz dəli rəqsini edən görürəm
-
Səni
anlayanlar və görənlər üçün
Amma onlar üz tuta
bilməzlər
Sənin hələ ki var olduğun dünyaya.
Tərcümə etdi: Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2021.- 22
may.- S.18.