Elçinin "Bütün
dərdlərdən azad qoca
Şeyxin
nağılı"nda real həyatımızın əksi
Nağıllar silsiləsindən
Çağdaş
ədəbi, ictimai-sosial sferamızın azman simalarından
biri olan Xalq yazıçısı Elçin
ömrünün müdriklik çağında
yaşayır. Elə bu müdrik ilham, müdrik şövqlə yazılmış
növbəti kitabı
"Yeni hekayələr"
adlanır. Yazıçının yaradıcılığında
yeni xətt, yeni iz qoymuş
bu hekayələr həm məzmun, həm də ideya-sənətkarlıq baxımından
xüsusən mükəmməl
və orijinaldır.
Bütün mənalı ömrünü
xalqımızın ədəbi-mədəni
rifahının yaxşılaşdırılması,
Azərbaycanın sivil
dünya dövlətləri
çərçivəsində vüqarla ayağa durması yolunda, qürbətdə yaşayan
nə qədər dəyərli azəri övladlarının öz
əzizlərinə, vətəninə
qovuşmasında şübhəsiz
ki, Elçinin çəkmiş olduğu
əziyyətlər danılmazdır. Bir qədirbilən vətəndaş,
vətəninə, xalqına
sidq ürəklə,
saf qəlblə bağlı ziyalı bir insanın, 1993-cü illərdə Azərbaycanın
hələ sabitləşməmiş
siyasi vəziyyəti,
vətənin
başı üstünü
almış qara buludların qara xofunun tüğyan etdiyi bir dönəmdə
Elçinin ali bir quruma - Baş
nazirin müavini vəzifəsinə təyin
edilməsi də o dövr üçün olduqca böyük məsuliyyət və bəlkə də böyük bir risq idi. Lakin o bu
böyük işin öhdəsindən elə
ilk gündən ləyaqətlə
gəlməyə başladı.
Bu cəsarətin arxasında isə təmiz vicdan, saf əməllər və bir də
vətən eşqi dayanırdı. Xüsusilə
ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən
qayıdışı, ölkədə
başlanan dövlət
islahatları, azad, demokratik dövlətin yaradılması yolunda dahi rəhbərlə əl-ələ, çiyin-çiyinə
addımladığını qürurla dilə gətirən Elçin bu dəfə onu daha yaxından
müşahidə edə
bilməsindən də
daim fərəhlə,
ağızdolusu danışır.
Hələ sağlığında
ikən Elçin ümumilli lider Heydər Əliyev şəxsiyyətinə bəslədiyi
sonsuz ehtiramını
özünün məşhur
"Dünya axirət
əkini" (1992), "Tarixlə
üz-üzə dayanmış
adam"(1995) adlı publisistik əsərləri vasitəsilə
bildirmişdir.
Budur yazıçının
"Yeni hekayələr"
kitabında biz Heydər
Əliyev obrazına yenidən rast gəlirik. Bu dəfə
bir qədər fərqli, yeni ampulada, daha orijinal, özünəməxsus
formada. Elçinin
ulu öndər dühasının əlçatmazlığı,
qeyri-adiliyinə həsr
etdiyi növbəti əsər belə adlanır: "Bütün
dərdlərdən azad
qoca şeyxin nağılı". Əsər bütünlüklə
dahi rəhbərin mükəmməl, bədii,
canlı və parlaq təzahürünü
özündə əks
etdirir. Əsərdə müəllif öz
fikirlərini əsaslandırmaq
üçün bənzətmələr,
paralellər aparmış,
məqsədinə nail olmaq
üçün müəyyən
qədər sətiraltı
mənalardan, üstüörtülü
məqamlardan məharətlə
istifadə edə bilmişdir.
Uca bir dağın təpəsində
salınmış qədim
bir kənddə məkunlaşmış "Şeyxin
həyətinin yuxarı
başı dibi görünməyən sıldırım
yarğanın kənarına
dirənirdi". Burada qədim tarixə
malik Azərbaycan uca bir dağ
başında təsvir
edilir. Onun başçısı isə "dibi görünməyən sıldırım
yarğanın kənarında"
məskunlaşmışdır. Bu təsvirlər bizi bir anlıq
90-cı illərə yenidən
qiyabi səyahətə
aparır. Həmin
illərə ki, vətənimizin taleyi büllur bir qab kimi hər
an həmin sıldırım
yarğanın dibinə
düşüb çilik-çilik
ola bilərdi.
"Yarğanın dibindən
şırıltı ilə
çay axırdı
və gecə-gündüz
o çayın səsi
eşidilirdi" söyləyən milli ruhlu müəllif aydınlıq rəmzi hesab etdiyimiz su, çay kimi təsvirlərlə həm də xalqımızın inanclarına
toxunaraq gözəl bir paralel, bənzətmə
yaratmışdır. Buradan
belə qənaətə
gəlmək olur ki, hər an yarğana yuvarlanıb məhv ola
biləcək Azərbaycanımızın
gələcəyi məhz
Heydər Əliyevin qurduğu, yaratdığı
gərgin siyasəti nəticəsində aydınlığa
doğru irəliləmişdir.
Yarğan tarixə - keçmişə
qayıdış kimi
təsəvvür olunurdusa,
yarğanın dibindən
axan çayın səsi isə eləcə "əbədiyyətin,
keçmişin, bu günün gələcəyin
səsi" kimi qavranılır. Hələ
uşaqlıqdan şeyxin
filosofluq etdiyini, hər bir adidə
qeyri adilik də gördüyünü
söyləyən Elçin
belə yazır:
"Şeyx evlənməmişdi. Yaradana sevgisini
ailəsi ilə, uşaqları ilə bölüşmək istəmirdi.
Şeyxin bütün sevgisi
yaradana məhəbbətdən
ibarət idi".
"Şeyxin evlənməməsi"
dedikdə müəllif
xalqın mənafeyini
şəxsi mənafeyindən
üstün tutan ulu öndərin vətənə sonsuz məhəbbətinə işarə
edirdisə, "şeyxə
məxsus həyətin
"cənnət-məkan bağçalıq"
olmasını isə
Azərbaycanın bu gün etibarlə əllərdə olmasına
bir işarə, eyham vurmaq istəmişdir. "Şeyx həyətdə eləcə
çalışanda ağ
paltarına çirk,
palçıq düşmürdü,
"şeyx həzrətləri
pərdəni xoşlamırdı"
kimi fikirlərlə müəllif bildirmək istəyir ki, ulu öndərin gördüyü bütün
diplomatik işlər
o qədər həssaslıq
və ədalətlə həyata keçirilirdi ki, burada heç bir ləkədən, heç bir pərdədən söhbət
belə gedə bilməz.
"Səma nə
qədər buludlu olsa da Şeyx
hara baxdığını
bilirdi", uzaq-uzaq ölkələrdən onu
görməyə gələnlərin
sayı durmadan artır, kənd üçün yaradana bərabər bir varlıq olan Şeyx bütün xarici qonaqlarla öz dillərində danışırdı kimi
fikirlərin izahına
isə elə bilirəm ki, böyük ehtiyac qalmır. O ən müşkül işləri
belə nə qədər çətin
olsa da həll
edirdi, nüfuzlu dünya dövlətləri
artıq Azərbaycanla
hesablaşmağa başlayır,
dahi rəhbər bütün məsələləri
hər kəsin öz başa düşəcəyi tərzdə
izah edirdi.
"Şeyxi görməyə
gələn o qonaqların
sayəsində kəndin
yolları abadlaşmışdı,
kənd camaatı ticarətlə məşğul
olurdu, alış-veriş
get-gedə genişlənirdi,
güzəran yaxşılaşırdı,
kəndin gəncləri
uzaq ölkələrlə
əlaqələr yaradırdı,
dünyanı tanıyırdı
və bütün kənd yaxşı bilirdi bütün bunlar hamısı Şeyxə görədir".
Bəli, vaxtilə müəllifin haqlı olaraq qeyd etdiyi kimi
ulu öndərin qurduğu, yaratdığı
siyasət bu gün cənab prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən
uğurla həyata keçirilir. Xalqımız bunun bariz nümunəsini
44 günlük Vətən
müharibəsində Ali Baş
Komandanımızın düşünülmüş
siyasəti, yüksək
döyüş taktikası,
sərkərdəlik bacarığı,
əzmkarlığı, dərin
məntiqi mühakimələri
hesabına əldə
etdiyini bir daha sübut etdi. Məhz prezidentimiz Cənab
İlham Əliyev və xanımı vitse-prezidentimiz Mehriban Əliyevanın sayəsində
Azərbaycanın bundan
daha böyük uğurlar qazanması, onun çiçəkli gələcəyi də uzaqda deyil.
Leyla MƏMMƏDƏLİYEVA
Azərbaycan Universitetinin əməkdaşı,
publisist
Ədəbiyyat qəzeti.- 2021.-
22 may.- S.15.