Nizami qəzəllərinə təzminlər
2021-ci il Azərbaycanda "Nizami Gəncəvi"
ili elan olunmuşdur
I
"Çox
de şirin sözləri qoy şəkər olsun ucuz",
Yaxşı,
əlimdən yapış qəm-kədər olsun ucuz.
Doğru
sözün qiymətin arif adamdan soruş,
Doğru söz
olsun baha, amma şər olsun ucuz.
Söz
ağacım meyvədən bar verə qış fəsli də,
Söyləmişəm
bağbana hər bəhər olsun ucuz.
Şerimi
var etmərəm gərçi tərim axmasa,
Məsləhətim
böylədir: Kaş tər olsun ucuz.
Daima
bildir mənə xoş xəbəri tütyə tək,
Bəd xəbərə
ol xəsis, xoş xəbər olsun ucuz.
Hər qəzəlin
hər sözü, sətri canımdan çıxır,
Eyləmərəm
cəhd mən kəlmələr olsun ucuz.
Şahina,
Divanları satma baha heç kimə,
Sən zərə
möhtacmısan, qoy ki, zər olsun ucuz.
II
"Yoxdu
xəzinəm sənə təqdim edim".
Hər nə
varım var isə təslim edim.
Ey ulu
Allah, dözüm ver mənə
İstəyimi
nəzm ilə tənzim edim.
Muti qulam,
and içirəm Qurana
Mən sənə
ömrüm boyu təzim edim.
Gün
kimi məlum Sənin kimliyin,
Bilməyirəm
heç özümü kim edim.
Düz yola
çəkmək dilərəm əğyarı,
Varmı
hökm? Mən kimi təhkim edim?
İndi
xitabım yönəlir dilbərə:
Mən Kərəməm,
qoy səni Əslim edim.
Öyrənə
bildim qoça Eşq elmini,
Gəl səni
alim kimi təlim edim.
Arzu budur:
Seyr eləyib göyləri
Mən səni,
ey yar, münəccim edim.
"Sim-sim"ə
bəxtin qapısı bağlanıb,
İndi gərək
bir neçə "sim-sim" edim.
Eşqimi
mirvari təhər hifz elə,
Eşqini
ömrüm boyu eşqim edim.
İstəyirəm
ömr uzunu tək sənin
Xidmətinə
Şahini təhkim edim!
III
Bəlkə
can əldən gedər, canan, mənə sən "can"
desən,
Eylərəm
qəşş şadlığımdan "ol mənə
mehman" desən.
Hökm
elə, əmr eylə hər dəm baş əyim fərmanına,
Sidq-ürəkdən
hazıram xahiş deyil, fərman desən.
İldə
bir yol kəsmədə qurban müsəlmanlar, fəqət,
Qurbanın
ollam əgər bir gün məni qurban desən.
Göz
dikən pərvanən oldum, yanmarammı mən məgər
Bircə
dəfə, sevgilim, pərvanənə sən "yan" desən.
Şipşirin
olmazmı dünyası məgər mən aşiqin
"Yan
ola birdəfəlik Yerdən acı hicran" desən?
Mən
şəhər Məcnuniyəm, olmaz sözün amma qəbul,
"Get
dolan divanətək çöllərdə sərgərdan"
desən.
"Taleyim
xoşbəxt olar, par-par yanar bəxt ulduzum
Sən
"Nizamiyə əgər miskin qulamımsan" desən"
Xətm
edib Şahin Azərbaycanda beş Divanını,
Nəzm
edər Altıncı Divan "Yaz mənə Divan" desən.
IV
"Nə
üçün sənin qəmindən ürəyim xərab
olsun
Və fəraqın
atəşindən ciyərim kəbab olsun?"
Nə gərək
kədər yönəlsin, ox olub da köksü dəlsin,
Sənə
iztirab gəlsin, mənəsə əzab olsun?
İtəcəkmi
etiqadım, dözəcəkmi hicrə tabım?
Üzüm
olmasın şərabım və gülüm gülab olsun.
Necə
olmuşam yarımcan!.. Demərəm məni bütöv
san!..
Nə qədər
yara alıb can, yaralar hesab olsun.
İmamın
qiyamı üçün, Yerin intizamı üçün,
Bəşərin
nizamı üçün gərək inqilab olsun?
Həmişə
qələm yanımda! Olacaq hələm yanımda!
Qələmim-qələmdanımda,
varağım-kitab olsun.
Demirəm
Nizami ollam, ya da Sədi, Cami ollam,
Oların
qulamı ollam, təki məndə tab olsun.
Demirəm
cavab tapılmaz, sualı düşün cavab yaz:
Niyə
çalma bağlayan az, niyə çox hicab olsun?
Qəzəlim
mənə şərəf, şan, qəzəlin qəlizliyin
dan -
Suya su
desin qəzəlxan, nə üçün su "ab"
olsun?
Elə
şahinəm-əzəldən uçuşa
alışmışam mən,
Həmişə
çalışmışam mən günahım səvab
olsun!
V
Bitməzmi
həyatım, hardasan sən?
İtməzmi
nicatım, hardasan sən?
Ciddiyyətə
sadiqəm, sual var:
Yoxdur
zarafatım, hardasan sən?
Dil ismini
hey tərənnüm eylər,
Sənsən
nəqəratım, hardasan sən?
Bərk
axdı kədər seli bulaq tək,
Tərk
oldu nişatım, hardasan sən?
Gəl
günlərimi yenə şirinlət,
Zəhr
oldu nabatım, hardasan sən?
"Sənsiz
elə təşnə torpağam ki!
Ey abi-həyatım,
hardasan sən?"
Şahin,
necə də Nizami məhzun,
Söylər
ki, "nicatım, hardasan sən".
VI
"Ürək
bir də şikar oldu nigarə, ey müsəlmanlar",
Bu
biçarə kəsə indi nə çarə, ey müsəlmanlar?
Demişdim
olmaram aşiq o yarə bir də heç vədə,
Mənəm
aşiq olan yarə dübarə, ey müsəlmanlar.
Ümid
eylərdim ağ günlər görüm, eyvah, ümid bitdi,
Günüm
gündən-günə olmaqda qarə, ey müsəlmanlar.
Üzüm
gülmür, sözüm gülmür, könül sızlar
və qəlb ağlar,
Səbəb
yoxdur qətiyyən iftixarə, ey müsəlmanlar.
Mənəm
gizlincə həm göz dikməyən kafər kəsə, bəlli,
Neçin
kafər dikir göz aşikarə, ey müsəlmanlar.
Yazılmışdı
o dildarın dilindən "Etibarnamə",
Mənəm
sadiq qalan kəs etibarə, ey müsəlmanlar.
O can
dözmüş fəraqın çövrünə hərdən
verərkən baş,
Bu can
dözməz düşünən intizarə, ey müsəlmanlar.
Xəzan əyyamı
bitmişdir və qış fəsli gəlib
çatmış,
Vida
etmiş ömür çoxdan baharə, ey müsəlmanlar.
Bu gün
mən çəkdiyim dərdi Nizami həm çəkib,
Şahin,
"Ürək
bir də şikar oldu nigarə, ey müsəlmanlar".
VII
"Deyirdim
mən ki, Xaqani deyər ağı ölərkən mən,
Bu gün
Xaqaniyə ağı, təəssüflər ki, mən
yazdım".
Nizami Gəncəvi
Nizami
durdu qarşımda bu gün şəstlə! Həmən
yazdım,
Dedim "Şair,
yaşa dünya qədər dünyadə sən",
yazdım.
Nə
boyda rəğbətin varmış Xaqani şairə,
şair,
Səni
şairlərin xaqanını həmdəm bilən"
yazdım.
Önümdə
dahi durmuşdu, tərəddüd etmədən əsla
"Olubdurmu
bu ustadə məgər bir kimsə tən" yazdım.
Giley ilham
pərimdəndir, Nizami boyda şairdən:
"Mənim
ilham pərim oldun, nə sən dindin, nə mən
yazdım".
Bu gün
"Xəmsə" yazan dahi məni cəzb eylədi öylə
Nə
gül yazdım, nə çöl yazdım, nə səhra,
nə çəmən yazdım.
Müdam
bülbül səsindən xoşlanıb yazdım qəzəllər
mən,
Qələm
işlətdim illərlə, əbəs "nərgiz,
süsən" yazdım.
O farsca nəzm
edən şair danışdı türkçə, əlbəttə,
Əsl
türk oğlu türk gördüm, onu "türkü sevən"
yazdım.
Qələmdən
sanki nur səpdi, bütün dünya işıqlandı,
Onu misra
düzən yox-yox, onu gövhərsəpən yazdım.
Nizami
yurdunu var kəs qələt yazmış, yalandır bu,
"Vətəndir
Gəncə, ey Şahin, Nizamiyə Vətən!"
yazdım!!!
Şahin FAZİL
Ədəbiyyat qəzeti. – 2021.- 28
may.- S.4.