Şəm-şəm və yuxu

 

Yatmaq deyil Şəm-şəminki,

Yuxuyla oynamaqdı.

Haçan görürsən ki, yatır,

Baxırsan ki, oyaqdı.

 

Kəşf eləyibdir yuxunun

Qaydasını - çəmini, -

Gah Şəm-şəm minir yorğanı,

Gah yorğan Şəm-şəmini.

 

Biz görmüşük balınc olar

Baş altda, -

Hər yanda biz.

Ayağı altda görürük

Şəm-Şəmin, - yatanda biz.

 

Bir görürsən ki, Şəm-şəm

Göz-qulaqdan yayınıb...

Baxırsan xorultu gəlir

Altından çarpayının.

 

Yatmaq deyil Şəm-şəminki,

Yuxuyla oynamaqdı.

Haçan görürsən ki, yatır,

Görürsən ki, oyaqdı.

 

Qəşəm İSABƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 28 may.- S.18.