XX əsr Pakistan şeiri

 

Fəxxar Zaman

 

Fəxxar Zaman (1943) - Pəncab, urdu ingilis dillərində 40 kitabın müəllifi olan görkəmli Pakistan yazıçısı, şair, ictimai-siyasi xadim. Onun Pəncab dilində yazdığı roman şeirləri dünyanın bir çox əsas dillərinə tərcümə edilib. Fəxxar Zaman Benazir Bhutto hökumətində nazir, senator Pakistan Ədəbiyyat Akademiyasının iki dəfə sədri kimi çalışıb. Hal-hazırda Dünya Pəncab Konqresi Beynəlxalq Sufi Şurasının sədridir. Pakistan hökumətinin Hilal-e-Imtiaz Sitara-e-Imtiaz mükafatlarına, Hindistan hökumətinin Şiromani Sahitak mükafatına, eləcə XX əsrin ən yaxşı Pəncab romançısı da daxil olmaqla bir çox beynəlxalq milli mükafatlara layiq görülüb.

 

Həyat üçün ödənişlər

bəzi şərtlər

 

Əzablar, yoxsulluq, problemlər -

pərakəndə satış qiymətinə.

Qulaqlarını bağlasan -

əlavə endirim.

Yumsan gözlərini -

daha bir endirim.

Üstəlik, qıfıllasan dilini -

ən yüksək endirim.

Hələ fikir bərəsinə bütün keçidləri bağlasan

Daşqınlar Zamanı Yardım Fondundan

mükafat da alacaqsan o zaman.

Əzablar, yoxsulluq problemdir yekun;

danışmanın, görmənin düşüncənin yoxluğu.

Neynəmək olar, belədir pərakəndə satışın şərtləri,

ödənişlər, endirimlər mükafatlar.

 

Bağlı qapılar

 

Giriş qapıları bağılıdır:

Kim bilir vaxt gələcəkdi bu qatar?

hansı qatar gələcək:

adi sərnişin qatarımı, sürət qatarımı,

ya bəlkə kiçik stansiyalarda

dayanıb durmayan qatar var ha, onlardan biri,

yaxud manevr imkanı olan parovoz?!

Olmaya yoxlanış qatarı gələcək,

içində səlahiyyətli məmurlar,

belələri, əlbəttə ki, var...

Hardan, hansı səmtdən, ha tərəfdən:

yuxarıdan, ya aşağıdanmı gələcək görəsən?!

Hər halda işıqlar bildirəcək,

bircə yansın yaşıl...

Hələ ki yol bağlıdır, bağlı.

Qapı ağzında

hər iki tərəfdən tıxac yaranıb.

Amma bu, sərnişinlərin günahı deyil,

yollar da idarəetmə otağındakı

yüksək rütbəli

komendantlara tabedir...

vaxt açılacaqdı yollar,

kim bilir?

 

Yazıçı

 

Həqiqi yazıçı

Hind çayının balığıdır,

şiddətli axına qarşı üzür.

Həqiqi yazıçı - təkandır,

dəyişdirir,

duzlu suyu şirin edir.

Ürək dərmanıdır

həqiqi yazıçı,

ürək döyüntüsü

həddini aşanda

onu ram edir.

 

Boşluq

 

Hamı heç kimdir,

heç kim hər şey demək deyil.

Boşluq var

hamıyla heç kim arasında,

Anlaşılmaz

keçilməz.

 

Tərcümə etdilər:

Səlim Babullaoğlu Sona Səlimli

 

Ədəbiyyat qəzeti.- 2021.- 28 may.- S.25.