Zəfər Nəğmələri
Lirik poemadan
parça
Hər
gün qulağımı bir səs oxşayır,
Könlümə
yüz boya çəkən çağırır.
Ruhunu
vətənin ruhuna qatan,
Canını
bayrağa bükən çağırır.
Sevinir
hər çiçək, hər yarpaq, hər gül,
Bu
qaya səsləyir, o dağ çağırır.
Murovdan
o üzə süzür xəyalım,
Bütün
varlığıyla torpaq çağırır.
Qisas
deyib durub gör neçə ildi,
Məzarı
dağılan ruhlar çağırır.
Aparır
qan izi üzü Şuşaya,
Didilmiş
bədənlər, başlar çağırır.
Ağrı-ağrı
kəsir ağrılarım da,
Gözlərdə
çırtlayan yaşlar çağırır.
O
daş yaddaşına qurban olduğum,
Dərələr
əl edir, daşlar çağırır.
Səngərdən
səngərə qonur quş kimi,
Müzəffər
ordunun qalib əsgəri.
Başının
üstündə üçrəngli bayraq,
Yıxır
sərhədləri, aşır sədləri.
İnsantək
dil açır hər cığır, hər iz,
Cəngi
haraylayır, Segah çağırır.
Get,
sənə, igidim, uğurlar olsun,
Səni
o müqəddəs sabah çağırır...
***
Xeyir-dua
ver, ana,
Yetişdi qisas anı.
Tökməyə
düşmən qanın,
Qarabağa gedirəm.
Gözləməkdən
usandıq,
Ta
keçsin bu üzüntü...
Haqqın
əlindən tutub,
Qarabağa gedirəm.
Yurdum
yuxuma girir,
Qisas deyib səsləyir.
Cihad bizi
gözləyir,
Qarabağa gedirəm.
Füzuli,
Ağdam, Laçın,
Şuşa yolmasın saçın.
Çək
dumandan çalmanı,
Qarabağa gedirəm.
Ordum
yenilməz, mətin,
Dünya görsün qüdrətin.
Qana
qandı niyyətim,
Qarabağa gedirəm.
Bu son
döyüş, son dava...
Qarabağ
alınacaq!
Dünya
türkün olubdu,
Yenə
"türkün olacaq"...
Xeyir-dua
ver, Ana,
Qarabağa
gedirəm!..
***
Bu da bir
cürə ağrıdı..,
Çıxıb
canımdan gedir,
Gedir əsgərliyə.
Qanımın
qatı təzyiqi də
Bu sabah yerindən hövlnak qalxıb
Getdi əsgərliyə.
Dünən
qonşu kəndə şəhid gəldi,
Qəzəbim
bir az da körükləndi,
Mindi
köhlən atın,
Sürdü əsgərliyə.
Dünənki
uşaqlar,
Bığıburma igid oldu.
Dədələrdən,
babalardan
Yetərincə
öyüd aldı,
Aldı, getdi əsgərliyə.
Getdi
dostum, getdi qonşum,
Neçə uzaq, yaxın tanışım.
Sanki kəndin
tən yarısı
Getdi əsgərliyə.
Ordumuz da
Allah versin,
Yeri yerindən oynadır.
Damarda
qanı coşdurur,
Ağlı başından oynadır.
Hər
gün qalib ordumuzdan,
Zəfər üstdən zəfər gəlir.
Əsir
yurdlar azad olur,
Ürəklərə fərəh gəlir.
Murdar
çəkmələr altından,
Canı
qurtarır torpağın...
Rəngi
açılır torpağın...
Başı
ucalır torpağın..
Azərbaycan
bayrağını
Qaldırır başı üstünə.
Çəkir
şəhid balasının,
Mübarək
nəşi üstünə...
Döyüşlərə
şirtək girir,
Yurdumun cəsur əsgəri.
Bir
hücumla qalaqlanır,
Leş üstə düşmən leşləri.
El-el,
mahal-mahal gəzir,
Adı şanlı Ordumuzun.
Tarixi təzədən
yazır,
Addımları
Ordumuzun...
***
Ağır
istehkamları,
Yarıb keçir ordumuz.
Düşməni
biçib yerə
Sərib keçir ordumuz.
Dronlar
ölüm hökmü
Oxuyur göydən yerə.
Canına
qorxu düşür,
Ürəyinə vəlvələ.
Atıb
qaçır hər şeyi
Silah-sursat..,
texnika...
Meydanda
düşüb qalır
Boş cəsarət,
boş papaq...
Bir
atışla Bayrakdar
Yüz canı birdən alır.
Bir
bölüyün yerində
İri bir çala qalır.
Bu
Mübariz, bu Fərid,
Bu Poladın qisası.
Azərbaycan
əsgəri
Tarix
yazır, qısası!..
Kefi
kök, damağı çağ,
Ruhu yüksək əsgərim.
Qəlbi
nifrətlə dolu
Haqqa
söykək əsgərim
Döyüşlərə
şir kimi,
Pələng kimi atılır.
Zəhmindən
yer titrəyir,
Göylər öyür adını.
Şimşəktək
çaxıb keçir..,
Təzim edir dağ-dərə.
Bir yol
çəkir zəfərə,
Azərbaycan
əsgəri!
***
Yaxına,
uzağa mərmilər düşür,
Ölüm bu meydanda marığa durub.
Güllə
yağış kimi tökülür yerə,
Neçə cavan ömrü yarıda qoyur.
Əl əldən
yapışır, ürək ürəkdən,
Hər əsgər bir ordu, ordu bir əsgər.
Baxmayıb
aldığı yaralarına,
Yenə də döyüşə atılır əsgər.
Keçilməz
dağları qalxır inadla,
Bir əli qayada, biri tətikdə.
O
qoç Koroğludur, başqa kim olar,
Belə
şücaətdə, belə ürəkdə...
Qanla
suvarılır, qanla yuyulur,
Qarabağ qan ilə alır dəstəmaz.
Bu haqq
savaşıdır, qoy bilsin dünya,
Haqq yolun
yolçusu peşiman olmaz...
***
Ey dahi
Füzulinin adına olan şəhər,
Nadürüst əllər ilə hər şeyi talan
şəhər.
Gecə-gündüz
saç yolub yelə sovuran şəhər,
Sil
gözünün yaşını, qalx ayağa, gəlmişik!
Göstər
yaralarını, dünya görüb utansın,
Kor gözlərə işıq ver, bəlkə
görüb utansın.
Talansın
zülmün evi, evintək yağmalansın,
Udduq haqq
savaşını, ver sadağa, gəlmişik!
Səni
körpə uşaqtək böyüdərik, darıxma,
Soyumuş ocağını isidərik, darıxma.
Yenə
birgə şadlanıb, sevinərik, darıxma,
Baxıb
dönər qürurdan ürək dağa, gəlmişik!
İlahi
özü yazıb türkə qalib qisməti,
İstiqbalı, zəfəri, bu şanı, bu
şöhrəti.
Dağıldı
zülmün evi, qurmağa mehr-ülfəti,
Doğma
yurd-yuvamıza - Qarabağa gəlmişik!..
***
Qarı
düşmən qəzəbini,
Hirsini qusur indi də.
Acığını
ağaclardan,
Evlərdən çıxır indi də.
Soyur,
talayır, sonra da
Evləri yandırıb çıxır.
Azərbaycan
bədxahlara
Yenə də zirvədən baxır.
Nəyi
varsa yığışdırır...
Köhnə,
təzə paltarını,
Ucuz,
nimdaş palazını...
Lap
"unitaz"ını götürür,
Amma...
Körpəsini
qoyub gedir!
Qəbirdən
ölü çıxarır,
Ocaqdan külü götürür.
Qıymır
Allahın itinə
Önündən
yalı götürür...
Rədd
olub gedir erməni!
Döyüş
meydanında qalan,
Şəhidi vecinə deyil.
Etdiyi
cinayətlərin,
Şahidi vecinə deyil.
Allahdan qorxusu
yoxdu,
İçində ağrısı yoxdu.
Axtar,
sözünün içində,
Bir kəlmə
doğrusu yoxdu...
Asta-asta
köks ötürüb,
Torpaq dikəldir belini.
Dodağı
qaçır yolların,
Gözləri
gülür çöllərin...
Dili
açılır güllərin...
Rədd
olub gedir erməni...
***
Səsi gəlir
qulağıma Şuşanın,
Könlü yara, qəlbi qırıq Şuşanın.
Damarında
qaynar qanı coşanım -
Yürü
Ordum, yürü Qurdum, Şuşaya!
Dağ
başında çiçək açmış kimidi,
Bir əliylə göyü qucmuş kimidi.
Canımızın
ruhu uçmuş kimidi,
Yürü
Ordum, yürü Qurdum, Şuşaya!
Şəhidini
al çiyninə sən yeri,
Yamaca yat, buludlarla tən yeri.
Addımların
qoy titrətsin göy-yeri,
Yürü
Ordum, yürü Qurdum, Şuşaya!
İgidlərin
yağılardan öc alsın,
Üzümüzə
şanlı sabah açılsın.
Məscidlərdən
Azan səsi ucalsın,
Yürü
ordum, yürü Qurdum, Şuşaya!
***
Sevgililər
günü bir bəhanədir,
Tanrının ver günü sevirəm səni.
Gecə
aydınlığı, günün dan üzü,
Axşamın toranı sevirəm səni.
Baxtımın
qadasın alanı gəlib,
Bu Qaval daşının çalanı gəlib.
Araz
qovuşdurub, Kürmü gətirib,
Kitabım, "Quran"ım, sevirəm səni.
Iki min
yeddi yüz səksən üç dəfə,
Boynuna qol saldı bu böyük zəfər.
A
doğma yurd yeri, a kənd, a şəhər,
A dağım, aranım, sevirəm səni.
Torpaqla
danışım, suyla dərdləşim,
Düzənlə əlləşim, dağla behləşim.
Bir qaya
döşündə qoy heykəlləşim,
Şuşam,
can dərmanım, sevirəm səni!
***
Yağış
yağır, islanır
Məzarın yaşdı, şəhid.
Burda necə
yatmısan,
Yastığın daşdı, şəhid.
Cismindən
şirə çəkib,
Çiçəkləyər torpağın.
Altında
döşəyindi,
Üstündəsə yorğanın.
Üçrəngli
bayrağının
Nuru düşüb üzünə.
Yenə səsləsə
vətən,
Ellər gələr səsinə.
Yollanar
döyüşlərə
Azadlıq carçıları.
Siz yenilməz
ordunun
Şahidlik yolçuları.
Rahat ol,
ta dinc uyu,
Qanın qalmadı yerdə.
Dönür
köçkün ellərin,
O doğma,
əziz yurda.
Dalğalanır
vüqarla
Bayrağım
Qarabağda.
Başlanır
türk ellərin
Növrağı
Qarabağda...
***
Ən
gözəl şeiri sən yazdın,
Ali
Baş Komandanım!..
Mübtədası, təyini, xəbəri öz yerində.
Azərbaycan
əsgəri cəbhənin köz yerində
Düşmənlərin
başına od ələyir davada...
Xalq dəmir
yumruq kimi birləşmiş ətrafında,
Hər
sözün bir qələbə, hər zəfərin söz
sənin!
Gözləyir
doğmasıtək hər saat hər kəs səni...
Hər əsgərin
qəhrəman, Ordunsa şücaətli...
Dövlətinə
sadiqdi, xalqına sədaqətli...
Nə yazsam
sənə çıxır, nitqimə sən gəlirsən,
Sən elə Atatürkə, Heydərə tən gəlirsən.
Ha
baxıram, hər dəfə mənə Vətən gəlirsən,
Başqa
nə desəm azdı...
Ali
Baş Komandanım!
Danışırsan
inamla, susursan iftixarla,
Ətrafında ulu xalq dayanıbdı vüqarla.
Qürurla
dalğalanır, bayrağımız qürurla...
Ta
Qarabağda yazdı...
Ali
Baş Komandanım!..
***
Qələbə
yaraşır mənim xalqıma,
Yel vurub əsdirir qalib Bayrağı.
Açılır
qanadı Azərbaycanın,
Geyinib, bəzənib
bayramsayağı...
İki
min yeddi yüz səksən üç igid,
İki
min yeddi yüz səksən üç heyrət!
İki
min yeddi yüz səksən üç oğul,
Torpağa
can verdi, yurda fəxarət!..
Yenə
öndə gedir qəhrəman Polad,
Sirli təbəssümü dodaqlarında.
Sağında,
solunda cəm əsgərləri,
Fəxrlə
addımlayır ali meydanda.
Baxır,
iftixarla seyr edir İlham,
Ali
Baş Komandan, Heydərin oğlu!..
Əsrin
savaşını aparan kişi,
Yurdunu
dünyaya tanıdan kişi...
Bir bax,
dalğalanır mavi səmada,
Üçrəngli bayrağı Azərbaycanın.
Cənnət
Qarabağda, ana yurdumda,
Başlanır
növrağı Azərbaycanın!..
Qəhrəman
Ordumuz düzülüb səf-səf,
Başını dik tutub nizamla keçir.
Düşmən
bağrı yaran silah, texnika,
Qalib əsgərlərlə qol-boyun keçir.
Azadlıq
meydanı qaynar bir ocaq..
Danışır
aramla İlham Əliyev:
"Nə
vaxt baş qaldırsa bilsin erməni,
Yenə də
taleyi belə olacaq...".
Ərdoğan
səsinə səs verir onun,
Azərbaycan
özgür, Qarabağ azad!..
Kardeşiz,
kardeşdir ölkələrimiz,
Birdir
yollarımız, qoşadır bu ad...
Qəhrəman
zabitlər, igid əsgərlər,
Bayram libasında keçir meydandan.
A qartal baxışlı,
məğrur yerişli,
Özün
Qarabağsan, Azərbaycansan!...
Ali
Baş Komandan, yaşa, çox yaşa,
Ata vəsiyyətin yetirdin başa.
Qaytardı
Şuşanı sahiblərinə,
Qəhrəman
Ordumuz İlhamla qoşa...
Son
Şahnaz ŞAHİN
Ədəbiyyat qəzeti.- 2021.- 28 may.- S.26-27.