Renessans: incəsənət
və poeziyada araşdırmalar
Corcone Məktəbi
...Lessinqin "Laokoon"da poeziya və heykəltəraşlığın
sferalarına dair analizi gözəlliyin variasiyaları fəlsəfəsinə
mühüm bir töhfə olmuşdur. Lakin bu məfhumların
doğru-dürüst qiymətləndirilməsi yalnız belə
sənət - kazuistikasının bütöv sisteminin
işığında mümkündür. İndi rəssamlıq
tənqiddə bu həqiqətin ən çox gücləndirilməsinə
ehtiyac duyulan sənətdir, çünki bütün sənətlərin
poeziya formasında qondarma ümumiləşdirilməsi rəsm
əsərləri haqqında olan populyar mühakimələrdə
böyük üstünlük təşkil edir...
Həqiqi anatomik proporsiyalardan qafil, özünəməxsus təsviri
temperament, ya da quruluşdan proyektlənmiş dizaynda nə
olur-olsun, bütün poeziya, bütün ideyalar, necə
olur-olsun, abstrakt, yaxud dumanlı, bütün hər şey,
görünən mənzərə, yaxud təsvir kimi üzə
çıxırsa - bu, rəsmdir. Tisianın
"Krujevalı qız"ındakı paltarın, bədənin,
atmosferin içərisindən keçən sadəcə
qızılı saplar kimi qavranılan işığın o
toxunuşu, əşyanın bütün strukturunun yeni, məftunedici
fiziki keyfiyyətlə boyanışı bir
boyakarlıqdır. Bu halda Tintoretin uçuşan
fiqurlarının havada iz qoyan arabeskası, Tisianın ağac
budaqları rəsmdir; Tisianın "Krujevalı
qız"ının atmosferinin çalarları və
işığın sehrli vəziyyətləri, yaxud Rubensin
"Xaçdan endirilmə"si - bu mühüm təsviri
keyfiyyətlər, hər şeydən öncə, hissi vəcdə
gətirməli, birbaşa və hissiyyatla zövq verməlidir;
və yalnız bu zövqün sayəsində
yaradıcının niyyətində onlardan kənarda qala bilən
hər hansı bir elm, yaxud poeziyaya vasitə olur. Özünün başlıca aspektində, hər
hansı bir böyük rəsm əsərinin bizə,
döşəmə, ya da divar üzərində gün
işığı və kölgənin bir neçə
anlıq təsadüfi oynaşmasından daha artıq müəyyən
mesajı yoxdur. Həqiqətdə, bu
düşən işığın əhatə etdiyi sahə
bir Şərq xalçasındakı rənglər kimi
qavranılır, lakin təbiətin özündən daha
çox cilalanmış, incə və mükəmməl
hesab olunur. Bu əsas və mühüm şərt yerinə
yetirildi, biz yuxarıya doğru incə ardıcıllıqla
poeziyanın rəssamlığa gəlişini izləyə
bilərik; məsələn, bizim əvvəlcə yalnız
abstrakt rənglə rastlaşdığımız həvəskar
yapon rəsmindən sonra sadəcə azacıq poeziya
duyğusu qarışmış gülləri; sonra bəzən
mükəmməl gül rəsmini və beləliklə, irəliyə
doğru, Tisiana qədər, Ariadnedə onun poeziyası kimi
bizim də bir poeziyamız olur, beləliklə, əslində,
Venesiyada, onun "Müqəddəsin Təqdimatı" rəsmində
özünün ipək xalatında qəribə, xırda
fiqur kilsənin pillələrini qalxır ki, biz burda əsl
uşaqsayağı yumorun fərqli xarakteristikasını
görürük.
Lakin baxmayaraq
ki, hər bir sənətin
özünəməxsus spesifik təəssüratlar
qaydası və tərcümə olunmaz cazibəsi var, sənətlərin
əsas fərqlərinin doğru dərk edilməsi estetik tənqidin
başlanğıcıdır. Bundan savayı,
görünən odur ki, hər bir sənət
özünün verilmiş materialının xüsusi işlənmə
tərzindən başqa digər sənətin vəziyyətinə
keçməsi ilə müşahidə oluna bilir. Alman tənqidində bu, Anders-streben termini ilə
adlanır ki, mənası sənətlərin, əlbəttə,
tam bir-birini əvəzləməsi deyil, əksinə,
qarşılıqlı olaraq bir-birinə yeni güc verərək
öz məhdudiyyətlərindən qismən
uzaqlaşması anlamına gəlir.
Beləliklə, ən ecazkar musiqilərdən bəzisi həmişə rəsmə,
şəkli tanımlamaya yaxınlaşır kimi
görünür. Arxitekturanın, baxmayaraq ki,
özünün qanunları var - yetərincə ezoterik olan,
yalnız əsl memarın yaxşı bildiyi qanunlar - ancaq bəzən
şəklin öhdəliklərini yerinə yetirməyi hədəfləyir.
Arena məbədində olduğu kimi; bəzən də heykəltəraşlıq
nümunəsində, Florensiyada qüsursuz Giotto qülləsində
olduğu kimi... Luar ölkəsinin qəsrinin o
qəribə şəkildə burulan pillələrində
olduğu kimi, sanki özünün qəribə döngələri
arasında həyatın teatral yaşam tərzində
aktyorların bir-birinə görünmədən ötüb
keçə bilmələri amaclanmışdır;
memarlığın tez-tez böyük fayda
qazandığı sırf zamanın effekti və həmçinin
yaddaşın poeziyası da mövcuddur. Beləliklə,
yenə də heykəltəraşlıq məhz rəngin
yaxud onun ekvivalentinin təmiz formasının çətin limitasiyalarından
qurtulmağa can atır. Poeziya, həmçinin bir çox
yolla, başqa sənətlərdən bəhrələnir,
Yunan faciəsi və Yunan heykəltəraşlıq nümunəsi
arasında analogiya, sonet və relief arasında, ümumən
fransız poeziyası ilə qravür sənəti...
ümumilikdə, bütün sənətlərin musiqi
prinsipinə doğru can atdığını
görürük...
Sənət musiqinin durumuna doğru can atır. İncəsənətin
bütün başqa növlərində məzmunu formadan
ayırmaq mümkün olduğu və ağlın həmişə
bu fərqi ayırd etdiyi halda bunu yox etmək sənətin
sürəkli çabasıdır.... Bu abstrakt
dili biz real nümunələrlə əsaslandırsaq kifayət
qədər aydın olar. Faktiki mənzərədə
biz qəflətən təpədə gözdən itən
uzun, ağ bir yol görürük...
Biz bir də onu
deyə bilərik ki, bu qızılı sapın
samanlığın içərisindən keçərək
qovaqlara, otlara toxunuşu mənzərəyə sənətkarlıq
keyfiyyəti verir, bu da bir rəsm əsərinə bənzəyir....
Poeziya, yenə
də, ilk etapda sırf intellektə
yönəlik sözlərlə işləyir və çox
tez-tez müəyyən mövzu, ya da situasiya ilə ilgilənir. Bəzi
zamanlar, bu tez-tez Viktor Hüqonun poeziyasında
rastlaşdığımız kimi əxlaqi və siyasi istəklərin
çatdırılmasında xeyirxah və tamamilə
hüquqi funksiya tapa bilər. Belə hallarda forma və məzmun
arasındakı anlaşmanı fərqləndirmək kifayət
qədər asandır...
Vilyam Bleykin ən xəyalı kompozisiyalarında
və Şekspirin nəğmələrində tez-tez rast gəlinən,
xüsusilə "Tədbirə qarşı Tədbir"
("Qisasa qisas" kimi də tərcümə olunur) də
Mariananın o nəğməsindəki kimi bütün pyesin
alovlandırıcı gücü və poeziyası sanki bir
anlığa əsl musiqiyə çevrilir.
Və bu prinsip bədii keyfiyyətlərin
hər hansı bir dərəcəsində iştirak edən
bütün şeylərdə, evlərin mebelində, paltarda,
məsələn həyatın özündə, jestdə və
nitqdə, gündəlik ünsiyyətin detallarında
keçərlidir. Bunlar, həmçinin necə həyata
keçirilmək yollarından bilinir, bu da
özü-özlüyündə onlara dəyər verir.
Şirinliyə və cazibəyə həssas olan bilicilərin
də nəzərindən yayınmaz. Yenə də burada
paltar, manera və nitqin xırdalıqlarını yüksəldən
dövrün modası adlandırılan şeylərdə dəyərli
və sadəcə cəlbedici olanlar onların yerinə
yetirilməsinə sirli gözəllik və cəlbedicilik
verir.
Sənət, yenə də,
sırf qavrayış məsələsi
olmağa, öz mövzu ya da materialının məsuliyyətindən
yaxa qurtarmağa, həmişə məhz ağıldan
asılı olmamağa çalışır; İdeal rəssamlıq
və poeziya nümunələrində kompozisiyanın daxili
elementləri elə şəkildə birgə
çulğalaşır ki, mövzu və məzmun, artıq
yalnız intellektə, forma isə yalnız gözə, ya da
qulağa can atmır; lakin forma və məzmun özlərinin
birlik, ya da eyniliyində "xəyali gücə" yeganə
effekt kimi təqdim olunur. O kompleks güc üçün hər
fikir və duyğu özünün həssas analoq ya da simvolu
ilə əkiz doğulmuşdur.
Bu, musiqi sənətidir
ki, forma və mövzunun bu mükəmməl
identifikasiyasını, bu bədii idealı ən mükəmməl
şəkildə həyata keçirir. Özünün qüsursuz
anlarında mövzu ifadədən, məzmun formadan, sonluq
vasitədən fərqli olmur. Onlar bir-birinə məxsusdur və
tamamilə bir-birinə qovuşur. Buna görə də
özünün mükəmməl anlarının halətinə
uyğun bütün sənətlərin daima ümidləndirməsi
və istənilməsi ehtimal oluna bilər. Yenə də
musiqidə poeziyadan daha çox bitkin sənətin əsl tip,
yaxud ölçüsünə rast gəlinir. Buna görə
baxmayaraq ki, hər sənətin özünün ayrılmaz
elementi, təəssüratlarının tərcümə
olunmaz qaydası, "bədii təxəyyülə"
çatmağın özünün unikal üsulu var, yenə
də sənətlər sürəkli musiqinin prinsipi, yaxud
qanunu, musiqinin təkbaşına mükəmməl şəkildə
reallaşdırdığı vəziyyət uğrunda
mübarizə aparırmış kimi təqdim oluna bilər;
və estetik tənqidin başlıca funksiyalarından biri sənətin
(istər təzə, istərsə köhnə) məhsulları
ilə bağlı - o məhsulların hər birində musiqi
qanununa yaxınlaşma dərəcəsini qiymətləndirməkdir.
Rəssamların heç bir məktəbi tərəfindən rəssamlıq
sənətinin vacib məhdudiyyətləri Venesiyan məktəbi
tərəfindən olduğu kimi instinktiv olmasına rəğmən
səhvsiz dərk edilməmiş və şəkildə təsviri
olanın mahiyyəti belə ədalətlə hiss
olunmamışdır. İndi deyilmiş, təklif olunan fikir
axını, ola bilsin ki, Corcone haqqında bir neçə səhifəlik
yararsız giriş deyildir, belə ki, son dövrlər tənqidi
küll halında başqa rəssamdan daha çox onun hesab
olunan əsərdən cox şey
götürmüşdür. Biz Venesiyan məktəbinin ruhunu
Corconenin yazılarında və sənətində
görürük.
…Həmin dövrlərdən
bu yana
mədəniyyətdə böyük rol oynamış sənətin
təşəbbüskarı Corconedir. Hər necə olsa da, hələ
də onda qədim Venesiyan aydınlığı və ədaləti
- rəssamlıq sənətinin əhəmiyyətli
limitasiyalarının qavranılması -
pozulmamışdır. Öz rəsm əsərini yüksək
poeziya ilə uzlaşdırarkən birbaşa zəngin və
yüksək həyat tərzini ön plana çəkir, onun
mövzu, yaxud mövzu fazası seçimində, sırf
mövzunu təsviri dizayna, şəklin başlıca məqsədinə
tabe etdirməyin, bütün sənətlərin musiqiyə -
məzmun və formanın mükəmməl eyniliyinə
doğru can atmasının tipik örnəyidir.
Güman edə biləcəyimiz kimi, Corconenin şöhrətinin
parlaqlığına həmişə nəsə əfsanəvi
və xəyali bir şey qarışıb. Əvvəllər müəllifi
bilinməyən çox əsərlər - rəsmlər,
portretlər, boya ilə çəkilmiş idilliyalar, həm
də kifayət qədər füsunkar şəkillər -
müxtəlif kolleksiyalarda onun adıyla təqdim olunurdu. Hələ
də Drezden, Florensiya və Luvrda altı, ya səkkiz məşhur
şəkil şübhəsiz ona aid edilir və bu şəkillərdə,
əgər hardasa varsa, Venesiyan insanpərvərliyinin
ehtişamına aid nəsə bir şeylər qorunmuş kimi
görünür. Lakin həmin o altı, ya səkkiz məşhur
şəklin indi yalnız birinin Corconenin əl işi
olması şəksizdir.
Corconenin
parlayan şöhrətinin asılı olduğu işlərin
çoxu ani effekt üçün görülmüş
işlər olub, çox böyük ehtimalla demək olar ki,
onun öz dövründə yox olub getmişdir. Venesiyada
Fondaco dei Tedeschi fasadındakı freska kimi. Lakin hələ də
Rialto səhnəsinə bəzi al-qırmızı rəng əzəmətin
qəribə əlavə çalarını verir. Və bir də
zaman baryeri, yaxud dövrün sərhədi vardır, təxminən
XVI əsrin ortalarından keçərək dəyişən
ənənə və Corconenin əsəri və şəxsiyyətinin
həqiqi konturları qaranlığa bürünür.
Orijinallığın tənqidi standartından bixəbər
zəngin sənət aşiqləri üçün Corconenin
əsərlərini toplamaq dəbə çevrilmişdi...
Hələ də yetərincə
mətləblər izahata açıq
qalır ki, nə üçün əfsanə addan çox
böyüyür, bir çox hallarda nə üçün
ad başqa adamın ən cürətli işini öz adına çıxır. Piti Palasda konsertdə
kapüşonlu tonzurlu bir rahib klavikordun dillərinə toxunur,
onun arxasında yer alan klark violun qulpundan yapışır və
oxumağa başlamaq üçün olan intervalda gözləyən
şleyfli adam görünür. Bu, şübhəsiz,
Corconenindir. Yuxarı qalxmış barmağın konturu,
şleyfin izi, əla kətanın gözəl sapı -
bütün bunlar sakit ilahi şəfəqin içərisində
tamamilə yox olmazdan öncəki anda özünü
yaddaşa hopdurur. Dolaşan səs dalğalarını tutmaq,
onları əbədən dodaqlarda və əllərdə
saxlamaq səriştəsi - bunlar şəksiz sənətkarın
özünündür. İndiyə qədər Corconeyə
aid olduğu hesab olunan çox şeyi rədd edən tənqid
məhz bu şəklə iddialarını bildirmiş, onu sənət
dünyasında ən qiymətli şeylər sırasına
qoymuşdur.
Diqqətçəkən odur ki, bu Konsertin fərqliliyi,
onun mükəmməlliyinin davamlı dəyişməzliyi,
dizaynda, icraatda və şəxsi üslubun seçimindəki
kimi eynilik "yeni Vasari" üçün Corconenin həqiqi
əsərinin standartına çevrilir. Sənətkarlığın
həqiqi möhürünü və onun təsirini izah etmək
baxımından yetərli olanı taparaq müəlliflər
Luvrda "Müqəddəs Pelleqrinoda San Daniele Ailəsi"ndə
bəzi nöqtələri nəzərə alıb bu standarta
uymadığını təyin edir. Bu cür
çatmazlıq, necə olsa da, onun müqəddəs
personajlarının gözlərini, dodaqlarını, hətta
geyimlərini küləyin yaratdığı parlaqlıq və
enerji ilə dolduran bütün şəklin sövq-təbii
göründüyü maye havanın müstəsna sehrindən
tamaşaçının zövq almasını çətin
ki azaldacaq. Uzaqda aşkarca müəyyən olunmuş
aydın havanın mavi zirvəsi sanki görünən piyadaya
bənzəyir. Eynilə Luvrda bir şairin (Dante Gabriel Rossetti)
füsunkar şeirinin mövzusu olan başqa bir sevimli şəklin
müəllifinin çəkdiyi əsər ağla gəlir -
Fete Şampetre Sebastian del Piombonun təqlidçisinin adına
yazılır, Venesiya Akademiyasındakı
"Fırtına" Paris Bordoneyə, yaxud bəlkə də
XVI əsrin hansısa qabaqcıl sənətkarına aid
edilir. Drezden qalereyasında, bir ledini qucaqlayan cəngavərin
sınmış əlcəyi sanki davamına qulaq
asmağı çox istədiyimiz bir hekayədəki məşhur
pauzaya işarə edir - "bir Breşan əlinə" və
Raşeli qarşılayan Yakobun isə Palmanın bir öyrəncisinə
aid olduğu etiraf edilir. Və bir də onların cazibəsi nə
olur-olsun, güman ki, Belliniyə aid etdikləri "Allahın
sınağı"ndan və özünün mücevhəri
andıran su çarhovuzları ilə "Musanın
Tapılması"ndan vaz keçməmiz istənilir.
Onun orijinal əsərlərinin
sayını belə asanlıqla azaldan tənqid
adamın şəxsiyyətinə və həyatının
bilinən məlumatlarına mühüm heç nə əlavə
etməmişdir, yalnızca, bir az daha dəqiqliklə
o, bir, ya iki tarixi, bir, ya iki şəraiti dəqiqləşdirmişdir.
Corcone 1477-ci ildən əvvəl doğulmuşdur və
uşaqlığını Venesiya Alpının son
qayalıqlarını romantikcəsinə nəfis parkabənzər
düzəngaha qədər parçalamış Kastelfrankoda
keçirmişdir. Vedelaqolu bir kəndli qızından olan
Barbarelli ailəsinin özəl bir uşağı olan Corcone,
saray adamlarının-mötəbər şəxslərin
çevrəsinə erkən yol açır. O Pitti Palas
Konsertindəki həmin "fərqin" ən yaxşı
anlaşıldığı insan tipi, manera və hətta
geyimin o fərqliliklərinin icinə daxil edilir. Onun evindən
çox da uzaq olmayan bir yerdə əvvəllər Kiprin
Kraliçası olmuş Kornaralı Katerina yaşayır; və
yuxarıda hələ də qalan qalaların içində,
sürətlə dəyişən sivilizasiyanın
arasında məşhur kondotier (pulla döyüşən əsgərlərin
başçısı) - orta əsr adətlərinin koloritli
qalığı. Corcone onların portretlərini çəkir;
Tuzionun oğlu Mateo erkən gənc yaşında öləndə,
onun xatirəsini Kastelfranko kilsəsində ibadətgahla zinətləndirir,
bu münasibətlə çəkilən, güman ki,
qurbangah hissə, hər şeydən öncə onun orijinal əsərləri
arasında - hələ də orda görünən incəliklə
parıldayan, gümüşü-boz rəngli zireh - müqəddəs
döyüşçü Liberalın fiquru Milli Qalereyanın
böyük xəzinələrindən biridir. Həmin fiqurda,
ona şamil olunan bir çox digər çəngavər
personajlarındakı kimi, adamlar güman ki, rəssamın
özünün lütfkar iştirakının eyniliyini təsəvvür
edirdilər. Nəhayət, onun özü ora, evə,
Venesiyadan, çox tez dünyasını dəyişərək
məşhurlaşmış halda gətirildi. Bu, təxminən
ömrünün otuz dördüncü ilində, dostlarını
öz musiqisi ilə əyləndirdiyi partilərin birində
baş verdi, o, bir lediyə rast gəldi, çox aşiq oldu və
hər iki tərəf öz sevgisinə çox sevindi - Vasari
yazır. Bununla əlaqəli iki tamamilə fərqli əfsanə
bu yerdə uzlaşır ki, ölümünə bir ledi bais
olub; Ridolfi onunla əlaqəli yazır ki, ledi onun şagirdlərindən
biri tərəfindən qaçırılır və o,
ikiqat xəyanətin dərdindən ölür; Vasari
yazır ki, ledi vəbaya tutulur, Corcone isə həmişəki
kimi onun yanına gəlir, öpüş yoluyla
ölümcül xəstəliyə yoluxur və beləcə,
ayrılırlar.
Həqiqi
məktəb, əslində
doğru, ya da yanlış olaraq ona aid
edilən o füsunkar əsərlərlə birlikdə
böyüdü; naməlum, yaxud qeyri-müəyyən
işçilər tərəfindən onun əsərlərinə
edilmiş variasiyalar, yaxud çoxsaylı surətlərdən
rəsmlər və dizaynlar cürbəcür səbəblərdən
onunku kimi dəyərləndirildi; öz müasirlərinə
göstərdiyi ani təəssüratdan və insanların
ağlında davamlı qalması ilə; həqiqətən,
ondan bizim dövrümüzə gəlib çatan mövzu və
traktovkanın çoxlu ənənələrindən və
orijinal obrazdan geriçəkilməni görürük.
Corcone, beləliklə, bir növ Venesiyanın
özünün təcəssümünə çevrilir,
onun proqnozlaşdırılmış refleksi, yaxud idealı,
onda güclü, ya da arzuolunan hər şey bu ecazkar gənc
adamın xatirəsində kristallaşır.
Və indi, axırda, qoyun mən bu
Corcone Məktəbinin (biz onu adlandırdığımız
kimi) bəzi xarakteristikasını göz önündə
canlandırım. "Yeni Vazari"nin bütün o neqativ tənqidinə
rəğmən bizim çoxumuz Florensiyada, Drezden və Parisdə
olan o məşhur şəkilləri müəyyənləşdirəcəyik.
Bizim üçün orda müəyyən sənətkarlıq
idealı xarakterizə olunmuşdur - bizim
corconeşünaslıq kimi anlaya biləcəyimiz, onu harda
olur-olsun, üzə çıxardığımız sənətdə
özünəxas məqsəd və prosedurun
konsepsiyasıdır. Pitti Palasda təsvir olunan həmin Konsert,
şəksiz, Corconenin əsərinin tipik nümunəsidir və
məktəbin, məktəbin ruhunun sənətkarla əlaqəsinin
təsdiq olunmasının girovudur.
Mən sənət
əsərinin məzmun,
yaxud mövzusunun formaya nüfuz etməsindən, mütləq
şəkildə yalnız musiqidə reallaşan şərtdən,
hər bir sənət formasının əbədi olaraq can
atdığı şərtdən danışdım. Rəssamlıq sənətində
bu ideal şərtə nail olunması, mövzunun rəng və
dizayn elementlərinə mükəmməl nüfuz etməsi, əlbəttə,
böyük ölçüdə həmin mövzunun, yaxud
mövzu fazasının çevik seçimindən
asılıdır və belə seçim Corcone Məktəbinin
sirlərindən biridir. Bu, janr məktəbidir... Baxmayaraq ki,
onun məhsulları rəsm olunmuş şeirlərdir, onlar
poeziyanın elə növünə aid olur ki, ifadəli hekayə
olmadan özü danışır. Qəfil hərəkət,
düşüncənin sürətli ötürülməsi,
keçici ifadə - bunları o elə canlılıqla təsvir
edir ki, Vasari bunları ona aid etmiş və bunu "il fuoco
Ciorgionesco" ("Corcone atəşi") termini ilə
adlandırır. Belə ideal məqamları Corcone Məktəbi
özünün heyranedici taktı ilə Venesiyanın qədim
sakinlərinin atəşli, gurultuya boyanmış dünyasından
seçir - bu rəsmə daldığımız zaman
insanı həbs edən elə əla pauzalar yaranır ki, biz
həyatın kvintesensiyası, yaxud hansısa əla
ekstraktına bənzər varoluşun dolğunluğunun
seyrçisi kimi görünürük.
Musiqinin
şərt və qanununa görə, dediyim kimi, buna bənzər
bütün sənətlər gercəkdən musiqililiyə həvəslidir
və Corcone məktəbində də, musiqinin
özünün qüsursuz anları, musiqi bəstələmə
və dinləmə, nəğmə və onun akkompanementi
özü mövzu kimi önə çıxır. Ziyarətçinin
çox təsirli sandığı Venesiya səssizliyinin
fonunda italyan musiqi dünyası formalaşırdı.
Mövzu seçimində, hər şeydə olduğu kimi,
Pitti Palas Konserti, öz təsiri ilə toxunduğu hər
şeydə özünü büruzə verən, özü
təqdirəşayan musiqiçi olan Corcone üçün
tipikdir. Eskiz, yaxud tamamlanmış şəkildə, müxtəlif
kolleksiyalarda biz bunu çoxlu qarmaqarışıq variasiyalar
vasitəsilə izləyə bilərik - musiqi dinləyəndə
huşunu itirən kişilər, adamlar balıq tutarkən
göldə səslənən musiqi, ya da quyuda küpün səsinə
qarışmış, yaxud axan sudan, ya da sürülər
arasında eşidilən, instrumentlərin köklənməsindən
gələn musiqi; Platonun "Respublika" əsərinin dəyərli
hissəsinə bənzər, qulaq asırmış kimi
görünən diqqətcil simalı adamlar; musiqi səsinin ən
kiçik intervalını aşkar etmək, havada ən
kiçik dalğalanmanı, simsiz bir musiqi aləti haqda
düşüncədə musiqini duyma, xoş səs
uğrunda qulaq və barmağın özlərini hədsiz dərəcədə
saflaşdırması; təsadüfi bir kampaniyada birisinin
hansısa tanış olmayan otaqdan keçdiyi kimi
alatoranlıqda musiqi alətinə ani toxunuş.
Elə isə bunlarda, Corcone Məktəbinin
sevimli hadisələri, bizim varoluşumuzda musiqi, yaxud musiqi
intervalları, həyat özü, bir növ - musiqi dinləmənin,
Bandellonun romanlarının oxunuşunu, suyun səsini,
uçan vaxtı dinləmə kimi
düşünülmüşdür. Çox zaman belə anlar, həqiqətən,
bizim oyun anlarımızdır və biz zamanımızın ən
az əhəmiyyətli qismi kimi görünə bilən
gözlənilməz xeyir-duaya təəccüblənirik.
Bu susuz torpaqda insanlar xoşbəxtdirlərsə, su çox
da uzaqda olmamalıdır və Corcone Məktəbində suyun
mövcudluğu - quyu, yaxud mərmərlə haşiyələnmiş
hovuz, suyun qrafikası yaxud süzülməsi, Fete Şampetredə
mücəvhərli əli ilə bardaqdan su tökərkən
eşidilən rahatladıcı, boruların musiqisinə
qarışmış səsi dinləyən qadın - demək
olar ki, musiqinin özü kimi xarakterik və
düşündürücüdür. Təbiət
özü duyur və bundan şad olur - aydınlıqla, suyun
effektləri, havadan yenicə ötüb keçmiş
yağış və otlu kanalda toplanmış su.
Onun mənzərəsi İngiltərədəki
kimidir, biz onu "park mənzərəsi"
adlandırırıq, ağac qrupları, seçilmiş
otlar, kənd evlərində rastlanmayan nəfislik hiss olunur,
incə effekt xatirinə səthi kələ-kötür
işlənərək ustalıqla qənaət edilmişdir.
Yalnız İtaliyada bütün təbii şeylər sanki
qızılı sapla toxunmuş kimidir, hətta öz
qaranlıq qıvrımlarının arasından onu
açığa çıxaran sərv ağacları belə.
Görünür ki, bu Venesiyan rəssamları gözəl
ipləri möhtəşəm insan bədənindən,
küləş daxmaların ağ suvaqlı divarları
içərisindən keçirərək qızılı
toz, ya da qızılı sapla işləyirlər.
Dağların daha sərt detalları ahəngli bir məsafəyə
çəkilir, üfüqün üzərində dayanan
tünd mavi rəngli yeganə zirvə burda bizim
hamımızın Alplardan istəyəcəyimiz
özünün qaranlıq yağmurları və axar
suları ilə ehtiyacımız olan o sərinliyin məntiqli
bir sübutu olur. Yenə də sürülər arasında
Yakobun Rakeli qucaqladığı uzun vadi boyunca göz bir səviyyədən
digərinə keçincə nə gerçək, havalı
bir boşluq! O balansın daha həqiqi örnəyi heç
yanda yoxdur, mənzərə və insanların o
modulyasiyalı birliyi - insan obrazının və onun
aksesuarlarının- artıq Venesiyan məktəbinin
xüsusiyyəti kimi bilinir, belə ki, orda nə personaj, nə
də mənzərə başqası üçün bəhanə
deyildir.
...Corcone yalnız bizim bütün tənqiddə
riayət edə biləcəyimiz dəyərli ümumi xəbərdarlığın
illüstrasiyasından başqa bir şey deyil. Corconenin
özünə gəldikdə, biz, şübhəsiz,
bütün o inkarları və istisnaları nəzərə
almalıyıq, belə ki, bunların vasitəsilə
"yeni Vasari" görünür ki, bizim irsimizdə
keçmiş zamandan dəyərli görünən nə
vardısa, izah etməkdən boyun qaçırmış, sadəcə,
cazibədar obyekt haqqında bizim düşüncəmizi
qarışdırmışdır. Bir də məsələ
heç də hər kəsin elə indi tərk edə biləcəyi,
hətta o istisnaların tam başa düşülməsində
deyildir. Lazımi kriteriyalara malik belə istisnalar bilgimizdəki
orijinallığın duzudur; bütün bu dəqiq təsbit
edilmiş faktlardan savayı, biz, məsələn, Corcone kimi
birisinin daimi fəaliyyətini artırdığını və
gerçəkdən mədəniyyətimizdə
özünü hiss etdirdiyi təsirə diqqət yetirməliyik.
Burdan doğan ədalətli təəssüratda ona aid olan
(vraie verite) əsl həqiqət dayanır.
1877
Volter PEYTER
Tərcümə etdi: Suqurə
MƏHƏRRƏMOVA
Ədəbiyyat qəzeti.- 2021.-
28 may.- S.30-31.