Qarabağ Zəfəri - 30 illik
əzmin fərəhli sonu
Zəfər gününü - tarixi hadisəni bütün mənalarda istiqlalını
qazanmış, sərhədlərini
bərpa etmiş, böyümüş, güclənmiş,
nüfuzunu və səriştəsini artırmış
bir ölkənin vətəndaşları kimi
qarşılayırıq.
Son otuz ildə keçdiyimiz yolun çətinliklərindən çox
bəhs etmişik. Artıq zaman
deyil, proseslər, situasiyalar fərqli şəkil alıb.
Zəfər tariximizin
müstəsna tarixi fenomen olduğunu günbəgün daha dərinliyi ilə hiss etməkdəyik. Bu mənada, nəzər nöqtələri, diskurslar,
yanaşmalar dəyişib
və dəyişməkdədir.
Yəqin
ki, tədricən şüuraltı axın
daha dərinlərə
işlədikcə çağın
obrazını daha əhatəli, epik panoram genişliyi ilə idrak edəcəyik. Amma bu günün içindən
belə aydın görünən, getdikcə
bütün yönləri
ilə sərgilənən
həqiqətlər var
ki, onlarla bağlı qənaət birmənalı olaraq sabitdir. Məsələn,
böyük qələbəmizi
bizə qazandıran dəyərlər, təməllər,
siyasi sistemin möhkəm sütun üzərində pərvəriş
tapması və s. Bunlar hamısı Ümumilli lider Heydər Əliyevin dühasında qurulan, dövlət müstəqilliyinin
möhkəm təməllərini
yaradan əməllər
sırasında ehtiva olunmuşdur. O əməllər
ki, ölkə başçısı İlham
Əliyevin siyasətində
sabahlı bir gələcək kontekstindən
mündəricə qazandı.
İlham
Əliyev müstəqil
dövlətçiliyi bütün
istiqamətlər üzrə
inkişaf etdirərək
yeni mərhələyə
çıxardı. Əlbəttə ki, tarixi taleyimizdə
həlledici səhifə
açan epoxal hadisənin adı Qarabağda qazanılan Zəfər oldu. Amma bura qədər də İlham Əliyev yeni epoxanın, yeni əsrin meydana çıxardığı, böyük
siyasi-ideoloji məktəb
keçmiş, Azərbaycan
dövlətinin dayaqlarını
əsaslı şəkildə
inkişaf etdirərək
möhkəmləndirən və yeni üfüqlər
açan qüvvətli
lider kimi özünü çoxdan
təsdiq etmişdir.
Azərbaycan neft siyasətini ardıcıl
və yüksək səviyyədə inkişaf
etdirməsi, dünya ölkələri ilə inteqrasiya proseslərinin daha da genişləndirilməsi,
bir çox hallarda isə yeni əlaqələrin yaranmasına yol açması, müxtəlif
layihələr əsasında
ölkədəki rifaha
çalışması, quruculuq
işlərinin möhkəmlənməsi
və geniş şəkil alması prosesində xidmətləri
və s. Bu mənada, hakimiyyətdə olduğu
bütün illəri
İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsi üçün keçdiyi
hazırlıq mərhələsi
də adlandıra bilərik. O vəsiyyət
ki, özündə müstəqillik andı, xalq amili, milli
mənafe, ölkə
maraqlarını meyara
çevirmək kimi ən ali
dəyərləri ehtiva
edir. Bunu yalnız siyasi
arenada deyil, milli mədəniyyətə
münasibətdə də
gerçəkləşdirmişdir İlham Əliyev. Zənnimcə, bu kimi həssaslığı
da Ümummilli lider Heydər Əliyev dühasına, şəxsiyyətinə, onun
mədəniyyətə, ədəbiyyata
baxış tərzinə
aid milli dəyərlər
sistemi hesab etmək olar. Prezidentin elə son illər imzaladığı
sərəncamlara diqqətli
olsaq, görmək çətin olmaz - "Multikulturalizm ili",
"İslam həmrəyliyi
ili", "Azərbaycan
Xalq Cümhuriyyəti
ili", "Nəsimi
ili, "Nizami ili" - bunlar Heydər Əliyev yolunun yeni tarixi
formatda davamının
əyani sübutudur. Bu sərəncamların hər biri xalqın
dövləti şüurunun
güclənməsində, vahid bir ideya
ətrafında köklənməsində,
insanların milli və tarixi dəyərlər üzərində
səfərbər edilməsində,
öz tarixi kimliyindən uzaq düşməməsində böyük
rol oynayır. Eləcə də mental dəyərlərimizi,
kimliyimizi dünyaya bəyan edir, daha sistemli və
davamlı təlqinlərə
imkan yaradır.
Bu mənada, otuz il həm
də inamımızın
və iradəmizin yaşıdıdır.
Müharibədəki zəfərimiz ilk növbədə,
bütövlük amalına
sadiqliklə, bütün
təzahürlərində bu amala sadiq
qalmaqla qazanıldı. Diqqət eləsək
görərik ki, Heydər Əliyev ölkəyə rəhbərlik
etdiyi bütün zaman kəsimlərində
Azərbaycan idealını
tam vurğusu ilə qoruyub yaşada biləcəyi qutsal anlayışa çevirdi.
İlham
Əliyev də energetik passionarlıqla həm tarixi-kulturoloji, həm də hərbi-siyasi kontekstdə
həmin idealı tarixin ən dramatik və xaotik dalğalarından zədəsiz çıxarmağa
müvəffəq oldu.
Ən yeni Azərbaycanın modeli, onun modern fəlsəfəsinin idrakı
addım-addım gedilən
bu yolların üfüqündə idi.
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan indi Ali Baş Komandanın əzmi ilə özünü yenidən
yaratmaqla, qurmaqla, dünyanın qlobal siyasət meydanında
fundamental strateji mövqeyi
ilə görünməklə
yeniliklərə imza atmaqdadır. Bu yeniliklərlə həm də yeni milli-mənəvi
arxitekturanın əsası
qoyulur.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2021.- 6 noyabr.- S.11.