Zəfər notları
Nəbzi
yumruğunda döyünən
xalqın
Saatı Şuşaya işləyir
indi.
Qalxın
ey şəhidlər,
yuxudan qalxın,
Atınız altımızda kişnəyir
indi.
Yolların boynuna sarılır
nallar,
Qaçır üstümüzə yalların tozu!
Gözlərdə parlayır aylı
hilallar,
Bükülür özləmin, həsrətin
dizi...
Döyür qapıları gözaydınlığı,
Əsgər çəkməsində ağ palçıq
gülür.
Dua badələri deyir sağlığı,
Şuşada ağaran alaçıq
gülür...
Açır qollarını şəhid
anası,
Alın yazısını öpür
zamanın.
Sökülür gözündən yüzillik
yası,
Gülür yanaqları Azərbaycanın!
Qol açıb oynayır şəhid məzarı,
Bayrağın başına dolanır külək.
Bülbülü çağırır qayada Xarı:
Gəl yeni nəğmənlə
şəklimizi çək!
Baxıram saata: sıfır
bir on beş,
Artıq noyabrın onudur, indi.
(Düşmənin baxışı
leş qoxuyur, leş...)
Bu zəfər, bu sevinc, ey türk,
sənindir!
Sevinc göz yaşları - gecənin süsü,
Ulduzlar göylərdə
yallı gedirlər.
Çal
aşıq, bizimçün
Zəfər türküsü,
Oynasın şeirimdə şanlı
sətirlər...
...Ata, gözün aydın, gəldi türk çağı!
Şuşadan başlayır bu
çağ, bu zaman!
Qara öprəyini açır
başından,
Bu səhər dan yeri, dan alaçığı!..
Belini dikəldir Xudafərin də,
Zəngilan göz vurur Qafana sarı...
Araz da durulur lilli
yerindən,
Gülür Təbrizin də
boz buludları!
Qırx
dörd gün zamana meydan oxuduq!
Altı həftə çəkdi
yağı dirənci.
Biz şəhid qanıyla Zəfər toxuduq,
Hər ilməsi büllur, bədizi inci...
Söndürə bilmədi xalqın
odunu,
Mərmi
bulaqları, güllə
yağışı!
İlk bəstəsini yazdıq, notunu yazdıq,
altun hərflərlə
builki qışın.
Tanrı
da dinləyir öz kürsüsündə
Bu Odlar Yurdunun zəfər notunu!
10-14 noyabr 2020
Şəmkir, Bakı
Tural TURAN
Ədəbiyyat qəzeti.- 2021.-
6 noyabr.- S.12.