Azər və Songül
Zəfərnamə
Poemadan bir parça
Azər Yusifli (1994-2020)
Dövlət Sərhəd Xidməti
Çevik Hərəkat
Dəstəsinin baş
giziri "Azərbaycan
sərhəd mühafizəsinin
100 illiyi (1919-2019)" yubiley,
"Hərbi xidmətdə
fərqlənməyə görə"
3-cü dərəcəli, ölümündən sonra
"Vətən
Müharibəsi Qəhrəmanı",
"Vətən uğrunda"
və "Cəbrayılın
azad olunmasına görə" medalları
ilə təltif olunmuş Azər Yusiflinin unudulmaz xatirəsinə
Epiloq
Bilmirəm hardan başlayım,
Hardan yazım
bir şeiri?
Göyüm-göyüm göynəyir,
Ürəyimin hər yeri.
Çiynimizdə nə qədər,
Tabut gedir, ay
Allah.
Qoy müharibə olmasın:
La ilahə illəllah.
Sənsən gümanım mənim,
Rəbbim, kömək ol bizə.
Qan gölü yaranmasın,
Lalələr çıxsın dizə.
Xoş gördük, Azər balam,
Yurdun mübarək
olsun.
Sənə yazdığım şeir,
Qəbrinə çələng olsun!
***
Doğma
Ağstafam, gözəl
el-obam,
Yenə ürəyinə dağlar
çəkildi.
Yenə
bir ananın ürəyi yandı,
Yenə bir atanın beli büküldü.
Sil gözün yaşını,
başına dönüm,
De azmı görübsən
olacaqları?
Torpağa verdiyin şəhidlərinlə
Hər gün fəth edirsən ucalıqları...
Sazına,
sözünə qurbanam
sənin,
Keçmişin, sazında, sözündə
yatır.
Səhərin nə gözəl
açılır sənin,
Ruhların səhərin gözündə
yatır.
Saysam şəhidlərin heç
saya gəlməz,
Hamsının bir adı: vətəndi, vətən.
Ağacın, çiçəyin çoxalıb sənin,
Şəhid ruhlarıdır torpaqdan bitən.
Qızarır gözlərim söküldükcə
dan,
Bu gecə uyuyub heç yatmamışam.
Sərhəddə əsgəri güllə
oyadır,
Mən heç
öz balamı oyatmamışam.
Azərin
gözünə yuxu getmir heç,
Baxışı sərhədə uzanıb
gedir.
Diqqətlə oxusan, baxıb görərsən,
Göylərə bir məktub yazılıb gedir.
Azər
o məktubda nə yazıb görən,
Buludlar oxusun, göylər oxusun.
Göylərin sökülən yerləri
varsa,
Alıb o məktubu ora toxusun.
Bəlkə yuxulardı məktublar
deyil,
Beləcə, uçuşur sərhəd
boyunca.
Ana yuxuları elə göydəcə,
Dönür ağ yorğana, dönür balınca.
Azər
dan üzünü sevir ürəkdən,
Dan üzü bənzəyir
qızaran gözə.
Vətənin gülüylə, çiçəkləriylə,
Azər dilə gəlir, başlayır sözə.
Azər
yaxşı bilir sərhəd dərdini,
Düşmən həmləsiylə yarılıb
sərhəd.
Əsgərlər gözünü yumub-açanda,
Bəlkə də beş
yerdən qırılıb
sərhəd.
Gözünü heç zaman yummayır Azər,
Sərhədi gözündə o düz
saxlayır.
Amma boylananda Təbriz tərəfə,
Bir gözü gülürsə,
biri ağlayır...
Sərhəd qoşununun gizir
övladı,
Ayaqdan diridi, gözdən itidi.
Onun gözü boyda gördüyü dünya,
Doğma vətəninə məhəbbətidi.
Qarşıda Zəngilan, Cəbrayıl,
Ağdam,
Sərhədlər hər yerdə dağım-dağımdı.
Sərhədi uçubsa, xəstədir
demək,
Sərhədi bötövsə, sağlamlığıdı.
Üçrəngli bayrağı tutub əlində,
Qarşıda düşmən var, dağ var, dərə
var.
Zəngilan torpağı görür
bayrağı,
Göylərə yüksəlir haylar, haraylar.
Sevinir Zəngilan, sevinir Azər,
Qovuşur bir anda vüsal-vüsala.
Bayrağı görəntək, bir
an içində,
Torpaq bülənd
olur yaşıla, ala.
Aşır Zəngilanın başının
üstən,
Üçrəngli o məğrur qalib bayrağı.
Bayraq asıldımı, sanki açılır
Zəngəzur elinin dili, dodağı...
***
...Günlərin bir günündə,
Cəbhəyə getdi Azər.
Anasının dilində,
Laylatək bitdi Azər.
Ağstafa elləri
Uğur olsun, dedilər.
Hər tərəfdə qan-qada
Pozulubdu sərhədlər.
Ayrılıb Songülündən,
Getdi döyüşə
Azər.
Bilirdi ki, sərhəddən,
Çıxıb gəlir güllələr.
Sinəsi
dağlı idi,
Azərin vətən sarı.
Gözləyirdi yolunu,
Soltanlı, Əmirvarlı.
O getdi canı ilə,
Sərhədi bağlamağa.
Vətəndə körpələri,
Getdi sağ saxlamağa.
Mahmudlu və Göyərçin
Kəndlərini görəndə,
Güllələr ac qurd kimi
Ulayanda,
hürəndə...
Heç
zaman titrəmədi
Avtomatı əlində.
Yerdən
bir çiçək
dərdi,
Son dəfə Songülünə.
Necə
xoşbəxt olurmuş,
Azad vətən övladı.
Müharibədə əsgərin
Döyüşdü istedadı.
Xudafərin körpüsün,
Bir an görüncə Azər.
Yadına
düşdü Təbriz,
Yadına düşdü Xəzər.
Qanadlandı xəyalı,
Uçdu Göyçəyə sarı.
Sərhədçi gözləriylə
Doğradı buludları.
Şuşa gəldi yaxına,
Gözü doldu Azərin.
Gözü olmaq istədi
Açılan səhərlərin.
İstədi ki, söz kimi
Gəzsın dildə, dodaqda.
Həm Bakıda, Şəkidə,
Həm Qubada, Qazaxda.
Vətən sərhədlərində
Onun göz işığı var.
Əsgərlərin içində
Gözəl bu duruşu var.
Böyük Kəsik kəndində
Onu Songülü
gözlər.
Bağçalar da, bağlar da,
Dərər, bir gülü gözlər.
Çiyni gizir rütbəli,
Vətən duyğulu Azər.
Vətən sevgili igid,
Vətən qayğılı Azər.
Dövlət Sərhəd Xidməti,
Onun göz işığıdı.
Sərhəd müəllimiydi,
Sərhəd yaraşığıydı.
Zəngilan şəhərinə,
Bayraq sancdığı zaman
Ona çox sağ ol dedi,
El-oba, Azərbaycan.
Sözünü rəhbər tutdu,
Ali Baş Komandanın.
Pərvanəsi oldu o,
Anam Azərbaycanın.
Songülü zənglərində
Hər vaxt ona "can" dedi.
Azər
Songülünə də,
Dedi, Azərbaycan, dedi.
Bu saat hamı, hər kəs,
Azərbaycandı mənə.
Anam da Azərbaycan,
Atam da Azərbaycan,
Sevgilim,
gülüm də,
Böyük Kəsik elim də
Azərbaycandı, candı,
Canım
ona qurbandı...
***
...Doxsan dörddə doğuldu,
Böyük Kəsikdə Azər,
Ondan da müharibəydi -
Düşmən tapdağındaydı,
Həm Füzulu, Qubadlı,
Həm Zəngilan, Kəlbəcər.
Şəhidlər onda da vardı,
Onda Azər
körpəydi.
Şəhid qəbirləri də
Azər üçün təpəydi.
Nə bilirdi, böyüyüb,
O da şəhid olacaq.
Onun da gül məzarı,
Torpaqdan ucalacaq.
Atası
Nazim müəllim,
Hərdən deyirdi ona:
- Sənin yaşına qalmaz,
Müharibə yetərdi sona.
Evdə
Yeganə müəllim,
Azərə dərs deyirdi,
Uzaqdan çək gözünü
Kitaba bax, deyirdi.
O bilmirdi, övladı,
Niyə baxır uzağa?
Sərhədçi olacaqmış,
Baxır təpəyə, dağa.
O gün hansı günüydü,
Susdu, ürəyi
susdu.
Xudafərin titrədi,
Düşmən sərhədi pusdu.
Songülə çatdı xəbər,
Saçın küləyə verdi.
Axan göz yaşlarını,
Verdi, ürəyə verdi.
Barmağında üzüyün
Sərhədləri titrədi.
Tutdu, əliylə tutdu,
Heç nə kömək etmədi.
Necə
çətin olurmuş,
Nişan
üzük ağrısı,
Üzük də ağappaqdı,
Çəkilibdi sarısı...
***
Azərin
arzuları,
Keçdi həyata, dostlar.
Azərbaycan ordusu,
Yetişdi dada, dostlar.
Şuşa azad olundu,
Könüllər şad olundu.
Şəhidlər yad olundu,
Bitdi qan-qada,
dostlar.
Qələbə düzün oldu.
Sərhədlər gözüm oldu.
Qarabağ bizim oldu,
Qalmadı yada, dostlar.
***
Ali Baş Komandan, o ali rəhbər,
Ölkəmin ən böyük şöhrət-şanıdı.
Fərman
imzaladı, fərmanda
Azər,
"Vətən Müharibəsi
Qəhrəmanı"dı.
Azərin
şöhrəti gəzdi
hər yanı,
O mənfur düşmənin
bağrını dəldi.
Sağ olsun Prezident, onun dalınca
"Vətən uğrunda"
medalı gəldi.
Cəbrayılın azad olunmasında
Xidmətinə görə medal da aldı.
Azər
qəhrəmantək düşdü
tarixə,
Alçaqlıq düşmənin özünə
qaldı...
Güləmail Murad
Ədəbiyyat qəzeti.- 2021.-
6 noyabr.- S.30.