Özbəkistanda Xalq
yazıçısı
Anarın “Beşmərtəbəli
evin altıncı
mərtəbəsi”
romanı çapdan çıxıb
Özbəkistanda
Xalq yazıçısı Anarın “Beşmərtəbəli
evin altıncı mərtəbəsi” romanı özbək
dilində təkrar olaraq “Yanqi asr avlodi” nəşriyyatında
kiril, “Global Books” nəşriyyatında latın qrafikası ilə
çap olunub.
Kitab
məşhur şair və tərcüməçi, mərhum
Usman Kuçkar tərəfindən orijinaldan
çevrilmişdi.
U.Kuçkar
uzun illər Azərbaycan ədəbiyyatı nümunələrini
özbək dilinə tərcümə edib. O, Xalq yazıçıları Yusif
Səmədoğlunun “Qətl
günü”, Elçinin
“Mahmud və Məryəm”,
“Ağ dəvə” romanlarını, “Baladadaşın
ilk məhəbbəti”, “Baladadaşın
toy hamamı” povestlərini,
Anarın “Mən, sən, o və telefon” kitabını özbək dilinə çevirib və vaxtilə Daşkənddə
ayrıca kitab kimi çap olunub.
U.Kuçkarın tərcüməsində Xalq şairi Sabir Rüstəmxanlının
“Göy tanrı”, Yunus Oğuzun “Əmir Teymur”, “Şah arvadı və cadugər” romanları da işıq üzü görüb. Bir neçə il
bundan əvvəl çap edilən “Müasir Azərbaycan poeziyası antologiyası”
kitabının tərcüməçilərindən
biri də Usman Kuçkardır.
Ədəbiyyat qəzeti.- 2021.-
6 noyabr.- S.3.