Çinar ağacı
Bizim yolun sağında
bir çinar ağacı var,
Çinar deyirəm sənə -
başı göyə dəyir,
kökü yerin altında,
bəlkə də o qədər də yerin qatında.
Dümdüzdür qaməti
şumal boylu çinarın,
Vüqarlı duruşundan
danışmıram mən sənə...
Sanki bənzəyir şux qamətli sənəmə...
Qonşumuzda Sənəm vardı...
Bu çinara baxdıqca
yadıma Sənəm düşür
- bizim Sənəm...
...Təndiri odlayıbmış
çörək bişirmək üçün...
Silahlı ermənilər həyətə girən kimi
atıb özünü təndirə...
Örpəyini bir çəngə saçıyla
təndirin yanında tapıb qardaşı...
göynətdi içimi, göynətdi yaddaşı...
Sənəm qəsd eləmiş canına,
Yağı girdi günahsızın qanına...
Təndirdəki külünü,
bir çəngə saçını
dəfn elədik o zaman...
Çinar boylu Sənəmdən bu qaldı bizə
Bu çinar Sənəm kimi xal salıb qəlbimizə...
Əbədiyyət
yolçuları...
II Qarabağ Muharibəsində
şəhid olmuş Oğuz rayonunun
Xaçmaz kəndinin igid oğlu Atakişiyev Kamil Araz oğlunun xatirəsinə
Başdaşlarından boylanan
nər oğullar, əbədiyyət yolçuları,
qəbriniz nurla dolsun.
İçimə axıtdım göz yaşımı...
Başımızın tacısız,
qəlbimizin acısı.
Hər birinizin qardaşıyıq,
hər birinizin bacısı.
Qanınız qanımızdan,
canınız canımızdan,
Şöhrətimiz bir, şanımız bir,
Bütöv - Vahid Azərbaycanımız bir.
Yurdun, torpağın
sərvətisiz, qeyrətisiz,
Torpağının altında
onun ən dəyərli nemətisiz.
Məzarlarınız and yerimiz...
Nələr deyir başdaşlarından
boylanan o mənalı gözləriniz?!
Yarımçıq qalan işiniz var,
gözünüz arxada qalmasın,
Qarabağa dönəcəyik,
Yağıları qanına göməcəyik!
Şübhəniz olmasın!
Ruhunuz narahat olmasın!
Düşməndə torpaq qoymarıq...
Hələ bu harasıdır,
Qisasınızı onlarda qoymarıq
Başdaşından boylanan
nər oğullar, əbədiyyət yolçuları...
Azərbaycan əsgəri
Uğurlu
yol, Allah sənə yar olsun!
Doğru,
dürüst bu dünyada var olsun!
Qazandığın Zəfər adlı bar olsun,
Hey eşidək "ura! ura!" səslərin,
Azərbaycan
əsgəri!
Şuşa, Laçın, Kəlbəcərdə
varam de,
Ağdərədə, Xocavənddə
varam de,
Külli-Qarabağda hər vaxt varam de,
Möhkəm saxla, möhkəm
qoru səngəri,
Azərbaycan
əsgəri!
Çalın-çarpaz dağ çəkili sinələr,
İnanmıram intiqamsız sönələr.
Qarabağın tapdaq altda sənələr,
Qaytar yurda qaçqın, köçkün elləri,
Azərbaycan
əsgəri!
Tax düşmənin sinəsinə
süngünü,
Qov yurdumdan o çaqqalı, tülkünü,
Birə ilə doldur onun kürkünü.
Qorxusundan
qoy tutulsun dizləri,
Azərbaycan
əsgəri!
İti ağlın, sərt baxışın, şux qəddin,
Düşmənə göz dağıdır, bildir həddin.
Qarabağda düşmən quran
hər səddi,
Məzar
elə, göm torpağa, leşləri,
Azərbaycan
əsgəri!
Torpağımdan izini sil, qalmasın,
Qarabağı bir də yada salmasın,
Dövlətim içində dövlət
olmasın.
Təkrar
etmə babam edən səhvləri,
Azərbaycan
əsgəri!
Düşmənində qisasını qoyma sən,
Tök qanını,
iç qanını,
doyma sən.
Kəm gözləri öz əlinlə oymasan,
Olmayacaq
bil ki, sonu
dərdlərin,
Azərbaycan
əsgəri!
Yenə
gəlib şər toxumun əkəcək,
Yenə
gəlib qanımızı
tökəcək,
İblis, şeytan "sülh, barışıq" biləcək?
Unutma
ha, o bir iblis, sərsəri...
Azərbaycan
əsgəri!
Qusdur ona yediyini torpaqda,
Qisas gözlər
çəmən, çiçək,
yarpaq da.
Kəs ayağın patavada, sapoqda,
Qarış-qarış azad elə elləri,
Azərbaycan
əsgəri!
Bircə
qarış əsir torpaq qalmasın,
Düşmən yurdda bir də binə salmasın,
Kəs nəfəsin,
yurdda nəfəs almasın.
Yıx başına o qurduğu səngəri,
Azərbaycan
əsgəri!
Gülxani PƏNAH
Əbədiyyət qəzeti.- 2021.-
13 noyabr.- S.29.