Haynrix Böllün ikicildlikSeçilmiş əsərləri” nəşr olundu

 

Yüz əlli cildlikDünya ədəbiyyatı inciləri” (ADTM) seriyasından növbəti ikicildlikdünya şöhrətli alman yazıçısı, Nobel mükafatı laureatı Haynrix BöllünSeçilmiş əsərləri” işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzindən Edebiyyatqazeti.az-a bildirilib ki, kitabın I cildinə yazıçının “Ağır günün sevgisi”, “Etiraf”, “Təzə körpü”, “Çörəyin dadı”, “Oxucu sorağında”, “Axşam”, “Kişisiz evkimi məşhur roman və hekayələri, müasirlərinin Haynrix Böll haqqında fikir və mülahizələri toplanıb.

İkinci cild sənətkarın “…Və bircə kəlmə də demədi”, “Bir təlxəyin düşüncələri” və “O illərin çörəyi” romanlarını, tanınmış filoloq-alim, professor Rüstəm Kamalın “Haynrix Böllün insana həmdərd olan sənəti” adlı “Son sözü ilə təqdim edir.

Əsərlərin böyük əksəriyyəti tanınmış tərcüməçilər Vilayət Hacıyev və Çərkəz Qurbanlı tərəfindən orijinaldan tərcümə edilib.

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 noyabr.- S.32.