"Dəmir yumruq"
dastanı" kitabının
ikinci hissəsindən
səhifələr
"Dəmir yumruq"un səsi
"Dəmir yumruq"un səsində
Tükənməyən bir sevgi var.
İnsanı göyə qaldıran
Qəhrəmanlıq ahəngi var.
Düşmən naxələf cıxsa
da
Dayanmır, bir daha gedir.
Bu torpaqda bütün yollar
Bir xoşbəxt
sabaha gedir.
"Dəmir yumruq"un səsindən
Günəş gülür, dan sökülür.
Onun ilıq nərəsindən
Dünyaya sevgi tökülür.
"Dəmur yumruq"un səsində
Qalxıb ucalmaq eşqi var.
Yaratdığın əsərlərdən
Çönüb güc almaq eşqi var.
"Dəmir yumruq"un nərəsi
Sülh
istəyən ən güclü səs:
- Deyin, hardan yaranıbdı
Vurub dağıtmağa
həvəs.
Qoyun bulaqlar çağlasın
Kəsin
hərbin nəfəsini
Qoymayın insan ağlasın.
Batırın tank nərəsini.
Topun, tüfəngin səsindən
Yer üzü
gəlibdi zara.
Bax, Şəhidlər xiyabanı
Hər qəbir sağalmaz yara...
Qurub yaratmaq həvəsi
Bu səsə tuşlanıb
gedir.
Heyif ki, bu qoca şair.
Vaxt ötür,
yaşlanıb gedir.
Qarabağın yolları
Qarabağın cığırları
Yolları şəhid olmuşdu.
Bir zaman bizə uzanan
Qolları şəhid olmuşdu.
Ağlamadı, sızlamadı
Yollar elə mərd sağaldı.
44 günlük qələbəylə
30 illik dərd, sağaldı.
Belə
döyüş görməmişdik
Dünən bitən savaş kimi.
Düşür payız yarpaqları
Başımıza şabaş kimi.
Qarabağda yoxa çıxıb
Oğru yolu, qaçaq yolu.
Biz oraya çəkdiririk.
Dəmir yolu, uçaq yolu.
Zəngəzurda kükrəyəcək
Qatarların şaqraq səsi.
O yolları cəkdiribdi
"Dəmir yumruq"
iradəsi.
Kəsir
qırmızı lentləri,
Fəxrlə süzür yolları.
Yaranan hər magistral
"Dəmir yumruq"un qolları.
Dağın içindən yol
açmaq
İti ağıllardan
gəlir.
Maşınlar çıxır tuneldən
Sanki nağıllardan gəlir.
Yollar dağlara
uzanır.
Qayıdıb dağın vüqarı.
Yazında gülü qayıdıb
Qışında kəhrəba qarı.
Yollar gedir çəmənliyə
Çölün gülüşü qayıdıb.
Arıların vızıltısı
Gülün öpüşü qayıdıb.
Yollar göylərə dırmaşır
Uçaqların qanadında.
Təzə bir dünya qurmağa
"Dəmir yumruq" inadında
Füzulinin məzarı yəqin,
gül-çiçək açdı
Uçaq
limanı açdıq
Füzuli şəhərində.
Hər şey yerli-yerində
Hər şey öz təhərində.
Dünyanın uçaqları
Süzüb gəldi Qu kimi.
Axışdı üstümüzə
Dostluq məktubu
kimi.
"Dəmir yumruq" Günəştək
Şölələndi, açıldı.
Ürəyinin işığı
Yer üzünə
saçıldı.
Uçub
gəldi dostumuz,
Ər oğlu ər Ərdoğan
Bütün uğurumuza
Tam səfərbər Ərdoğan.
Dayandılar vüqarla
İki rəhbər,
iki ər.
44 günlük döyüşdə
Hər ikisi müzəffər.
Cənab
İlham Əliyev
Bal qatdı sözlərinə
Günəş işığı gəldi
İlahi
gözlərinə
Qucaqlaşdı qardaşlar,
Qucaqlaşdı ər kimi.
Yanaşı dayandılar
İgid əsgərlər kimi.
Sanki bir cüt çinardı
Təyyarə meydanında.
Necə
də xoşbəxtdilər
Bir-birinin yanında.
Durublar ədalətin
Bir cüt mayakı kimi.
Nur saçırlar bu elin
Yanar çırağı
kimi.
Zirvədə qanad çalan
Bir cüt al bayraq durur
Yerdə
ucadan uca
İki nəhəng
dağ durur.
Dayandılar yurdumun
İki igidi kimi
Kəsildi qırmızı lent
Düşmən ümidi kimi.
Qarabağ torpağını
Təzə sevgi bəzədi.
Salonlarda
vurulan
Şəkillər də təzədi.
Baxın,
ulu öndərin
Nur tökülür üzündən
Bu bayram təmtərağı
Qaçmayıbdı gözündən.
Axı çiçəkləyibdi
Otuz illik arzusu.
Xoşbəxtdi Qarabağda
Doğan günəş, axan su.
Səhərəcən çal-çağır...
Gözlərdən yuxu qaçdı.
Füzulinin məzarı
Yəqin, gül-çiçək açdı.
28.10.2021
Zahid XƏLİL
Ədəbiyyat qəzeti.- 2021.-
20 noyabr.- S.20.