Akademik İsa Həbibbəylinin
“Böyük Azərbaycan
şairi Nizami
Gəncəvi”
kitabı on dildə işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun baş direktoru akademik İsa Həbibbəylinin
“Böyük Azərbaycan
şairi Nizami Gəncəvi” kitabı on
dildə nəşr olunub.
Ədəbiyyat İnstitutunun İctimaiyyətlə
əlaqələr şöbəsindən
Edebiyyatqazeti.az-a bildirilib ki,
kitabda Böyük Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin
həyat və yaradıcılığından, nəsil şəcərəsindən,
əsərlərindəki reallıqlardan
və bəşəri
dəyərlərdən bəhs
olunur. Nizami Gəncəvinin ölkəmizdə
və dünyada tanıdılması və
təbliği üçün
sanballı mənbə
olan bu kitabda
yer alan
araşdırmalar on dildə
təqdim olunur. Azərbaycan,
türk, ingilis, rus dillərində olan mətn irihəcmli, alman, Çin, polyak, gürcü, Ukrayna və bolqar dillərində isə ixtisarladır. Nizami Gəncəvinin
həyatı, lirikası,
poemaları, Azərbaycan
renessansı məsələsi,
dahi şairin yaradıcılığında azərbaycançılıq kimi
mövzular kitabda öz əksini tapıb.
Kitab ulu öndər Heydər Əliyevin 24 may
2000-ci ildə Gəncədə
Nizaminin məqbərəsini
ziyarət edərkən
çəkilən fotosu
və dahi şair haqqında fikirləri ilə başlayır. Prezident İlham Əliyevin
24 yanvar 2014-cü ildə
Gəncədə Nizami
Gəncəvi Muzeyinin
açılışında çəkilmiş fotosu və Nizami Gəncəvi haqqında fikirləri də kitabın əvvəlində
yer alıb.
Nəşrdə Əməkdar mədəniyyət
işçisi Fəxrəddin
Əli, Xalq rəssamları Mikayıl
Abdullayev və Fuad Əbdürrəhmanova
məxsus rəsm əsərləri və digər nümunələr
yer alıb. “Nizami Gəncəvi almanaxı” hissəsində
dahi şairə həsr olunmuş və incəsənətin
müxtəlif sahələrində
yaradılmış sənət
nümunələrinin şəkilləri
öz əksini tapıb.
Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı
ilə “Elm” nəşriyyatında
çap edilən kitabın məsul redaktoru filologiya üzrə fəlsəfə
doktoru dosent Mehman Həsənli, ixtisas redaktoru isə filologiya üzrə fəlsəfə
doktoru dosent Zəhra Allahverdiyevadır.
Gülnar Səma
Ədəbiyyat qəzeti.- 2021.-
20 noyabr.- S.23.