Doyunca
Bir ruh baş götürür
göylərə sarı,
Baxıb arxasınca, ah çək
doyunca.
Bu qərib sevgini sinəmin üstə,
Dağlartək sırala, dağ çək doyunca.
Dara çək bu eşqi buz əllərinlə,
Yerdən ayağını üz əllərinlə.
Tutub kəndirini öz əllərinlə
Gözün baxa-baxa, bax, çək doyunca.
Ruhunu qucaqla solan bu
eşqin,
İzini dünyadan silən bu eşqin.
Qolunda
can verib ölən bu eşqin
Boyuna kəfən biç, ağ çək
doyunca.
Yadına düşsəm
Bu gecə ən şirin xəyallarımdan,
Yuxuma şirinlik
mən qatammadım.
Qovruldum
içimdə mən
için-için,
"İlan vuran
yatdı, mən yatammadım".
Nəmli
kirpiyimi sıxdım yastığa,
Göz yaşım
yastığa əksini
yazdı.
İşığı soyumuş bəbəklərimdə,
Həsrət sevgimizin qəbrini qazdı.
Sübhəcən can verdi gözümdə yuxu,
Ürəyim bir qara sirr
daşı oldu.
Bu sevgi dəfn oldu bəbəklərimdə,
Gözümün qarası başdaşı
oldu.
İsinmə həsrətin buz
nəfəsinə,
Mənim yoxluğumdan bir gün üşüsən.
Bu eşqin qəbrinə - gözlərimə gəl,
Gülüm, bir gün əgər
yadına düşsəm.
Bu qız
Sıxıb sinəsinə eşqin
özünü,
Tor çəkib, kor
edib eşqin gözünü.
Yığıb ətəyinə eşqin
közünü,
Məni yandırmağa yol gəlir bu qız.
Gah alışır ağlım,
gah sönür ağlım,
Gah Kəbəni
tutur, gah dönür ağlım.
Gözəllik önündə gah
sınır ağlım,
Məni sındırmağa yol gəlir bu qız.
Səmada
iz salır sinəmin ahı,
Asıb sinəsindən bir cüt günahı.
Canımda, qanımda gəzən
Allahı,
Mənə dandırmağa yol gəlir bu qız.
Bəlkə də ruhumun nazıdı elə,
Bəxtimin şəkəri, duzudu elə.
Bəlkə də Tanrının
özüdü elə,
Məni qandırmağa yol gəlir bu qız.
Bağışla məni
Bilmədim kim idim, bilmədim nəydim,
Dünən güldən zərif qəlbinə dəydim.
Nələr çəkdiyimi kaş
ki, biləydin,
Yorub öz-özümlə
vuruşlar məni.
Bağışla, sən Allah, bağışla
məni.
Köksümdən od aldı dünya alışdı,
Ruhum alovlanıb
canımdan uçdu.
Şimşək göyü yardı,
bulud toqquşdu,
Yaman döyəclədi
yağışlar məni.
Bağışla, sən Allah, bağışla
məni.
Tanrıdan bu eşqə çağırılmışıq biz,
Eşqin torpağından yoğrulmuşuq
biz.
Gizli görüşlərdə qovrulmuşuq
biz,
Görüş yerlərimiz qarğışlar
məni.
Bağışla, sən Allah, bağışla
məni.
Zirvələr qət edib aşan arzular,
Odlu sinəmdəki
daşan arzular.
Dəli
dalğalartək coşan
arzular,
Daşqalaq eyləyib bağışlar
məni.
Bağışla, sən Allah, bağışla
məni.
Yorğun
gözlərimdən yuxum
çəkilib,
Zülmət bağçasında qorxu
əkilib.
Güzgüdə gözümə gözüm
dikilib,
Öldürür lal baxan baxışlar
məni.
Bağışla, sən Allah, bağışla
məni.
Bilirəm
Ömrümüzdən qopub gedən bu günlər,
Ay olacaq, il
olacaq, bilirəm.
Damla-damla
həsrət damır
gözümdən,
Dama-dama göl olacaq, bilirəm.
Sevgimizə bulud-bulud dərd
yağır,
Dərd verməkdən niyə bezmir dərd axı?
Gözümüzdən bu dünyaya dərd axır.
Axa-axa sel olacaq, bilirəm.
Qorxu nədir, hələ danır bu sevgi,
Məhəbbətlə alovlanır bu sevgi.
Dodaqlarda
köz-köz yanır
bu sevgi,
Yana-yana kül olacaq, bilirəm.
Ziyafət YƏHYA
Ədəbiyyat qəzeti.- 2021.-
20 noyabr.- S.22.