Üçrəngli
bayraq
Mehmet Akif Ərsoyun
"İstiqlal marşı"
şeirinin işığında
Al
üzü torpağımın parlayacaq
gündüzüdür,
Yaşılı dağlarımın zirvəsidir,
gül düzüdür.
Mavi rəngi Xəzərin, Türk elinin
güzgüsüdür.
O mənim
millətimin bayrağıdır parlayacaq
Yüksəlib, enməyəcək bir kərə qalxan
bayraq.
Parlayan
sinəsi üstündəki ulduz-baharın,
Dalğalandıqca gülər gül qoxuyan arzularım.
"Qarabağ"
zirvəsi üstündə duran Xan Çinarın
Kök
salıbsansa, göyər zirvədə yarpaq-yarpaq,
Yüksələn
sərv ağacımsan, göyə qalxan bayraq!
Neçə
ər qollu oğul boynuna salmış qolunu,
Göydələn
dalğasıdır göstərən haqqın yolunu
Ana Tomris
ta əzəl bəsləmiş eşqiylə onu
Yüksəlib,
yüksələcək enməyəcək, qopmayacaq,
O mənim
millətimin bayrağıdır, parlayacaq.
Cəfərin
"Od gəlini", Müşfiqimin nəşəsidir,
Üzeyir,
Cavidimin, Əhmədimin nəğməsidir,
O mənim
torpağımın tarixinin haqq səsidir,
O mənim
millətimin bayrağıdır, parlayacaq,
Al-qızıl, mavi, yaşıl şölələri
gurlayacaq.
Bir
könül parçasıdır Azərbaycan elinin,
Canı
qurban diləyən candan olan can elimin,
Odlu rənglərlə
bəzənmiş ulu Turan elinin
Yolu haqq,
dalğası haqq,
dildə
gəzən nəğməsi haqq
O mənim
millətimin bayrağıdır, parlayacaq
O mənimdir,
o mənim millətimindir ancaq.
Göyərmə
Musa
Yaqubun "Bu dünyanın
qara
daşı göyərməz" şeirinə
Sevinc səmalarda
quşa dönübdü,
Nisgil
quş gözündə yaşa dönübdü,
Yaş
axıb torpaqda daşa dönübdü,
Bu
dünyanın qara daşı, göyərmə!
Vətən
daşları da vətəndaşlaşır,
Vətəndaşlarından məhəbbət
daşır.
Məhəbbət
göyərir, həsrət daşlaşır,
Bu
dünyanın qara daşı, göyərmə!
Çıxıb
daşlığından boş olmamaqçün
Boş
olub özünə xoş olmamaqçün
Özünə
xoş olan daş olmamaqçün
Bu
dünyanın qara daşı, göyərmə!
Xaqani MUĞAMATOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 20 noyabr.- S. 23.