“Dənizçilərimiz Vətən müharibəsində”
Tanınmış şair-publisist, “Dənizçilərə
Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəylinin yeni kitabı işıq üzü
görüb. Kitab "Elm
və Təhsil” nəşriyyatında işıq
üzü görüb. Bu haqda müəllif
özü məlumat verib. Bildirib ki, 320 səhifəlik kitab “DSD”İB nin
lahiyəsi olaraq 2.000 tirajla dərc olunub. Kitabın redaktoru Hüseyn Sözlü, tərtibatçısı
Fərrux Həmidlidir.
Kitabda 300 nəfərə yaxın
I və II Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi
və işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq
göstərərək şəhid
və qazi olan Azərbaycan dənizçisinin və dənizçi övladlarının
döyüş yolundan
bəhs olunur.
Ədəbiyyat qəzeti.-2021.-20 noyabr.-S.32.