ANİB təşkilatçılığı
ilə “I Gəncə
Kitab Sərgisi” təşkil olunacaq
26-28 noyabr tarixlərində
Gəncədə “Azərbaycan
Nəşriyyatları” İctimai
Birliyinin (ANİB) təşkilatçılığı
ilə “I Gəncə
Kitab Sərgisi” təşkil olunacaq.
Edebiyyatqazeti.az ANİB-in mətbuat xidmətinə istinadən
xəbər verir ki, “Nizami Gəncəvi
İli”nə həsr edilən sərgidə ölkənin 30-dan artıq
nəşriyyatı və
10-dan çox kitab evi iştirak edəcək.
Sərgidə kitablara 50%-dək endirim tətbiq olunacaq, məşhur şair və yazıçıların iştirakı
ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün
nağıl saatları,
rəssamların, müxtəlif
sənət nümayəndələrinin
əsərlərindən ibarət
sərginin təşkili
və musiqi proqramları keçiriləcək.
ANİB-in
innovativ layihəsi olan “Öz kitabını
sat” guşəsi öz
kitabını təqdim
etmək istəyən
müəlliflər üçün
nəzərdə tutulub.
“Qarabağa kitabla
gedirik” stendində isə işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq
kitabxana fondlarına dəstək məqsədilə
kitablar toplanacaq.
ANİB-in
sədri Şəmil Sadiq ölkənin ən yaxşı nəşriyyatlarının iştirak
edəcəyi bu tədbirdə Gəncə
kitabsevərlərinin aktivlik
göstərəcəyinə inandığını bildirib:
“Oxucular yeni kitablarla tanış olacaq, endirimlərdən yararlanacaqlar. Ən təbii istəyimiz
“Nizami Gəncəvi İli”ndə, Nizami yurdunda möhtəşəm
kitab bayramı təşkil edərək
yerli kitabsevərləri
sevindirməkdir”.
“I Gəncə Kitab Sərgisi”nin təşkilat qrupunun rəhbəri Nurman Tariq isə kitabı paytaxtdan kənara çıxarmağın əhəmiyyətini
vurğulayıb: “ANİB tərəfindən
30-31 oktyabr tarixlərində
Sumqayıt şəhərində
təşkil olunmuş
kitab sərgisi anşlaqla yadda qaldı və bu sərgi sübut
etdi ki, bölgələrimizdə də
kifayət qədər
oxucu var, sadəcə kitab onlar üçün əlçatan deyil. Bunun üçün də
ANİB olaraq hədəfimiz
nəşriyyat və
yazıçılarla birlikdə
bölgə-bölgə gəzmək,
kitabı bölgələrimizə
yaymaqdır. Kitabçılıq başqa cür inkişaf etməyəcək.
Budəfəki dayanacağımız isə mədəniyyət
şəhərimiz Gəncədir.
Günlərdir hazırlaşırıq, əminəm ki, bu sərgi də
möhtəşəm olacaq”.
Nurman
Tariq tədbirin layiqli
baş tutması üçün yaxından
dəstək göstərən
Mədəniyyət Nazirliyi,
Gəncə Regional Mədəniyyət
İdarəsi, Gəncə
Şəhər İcra
Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinə
xüsusi təşəkkürünü
bildirib.
Ədəbiyyat qəzeti.- 2021.- 20 noyabr.- S.32.