Azərbaycan-Türkiyə
Bir
ananın iki oğlu,
Bir
amalın iki qolu,
O da ulu,
bu da ulu,
Azərbaycan-Türkiyə.
Türkiyənin
Prezidenti möhtərəm Rəcəb Tayyib
Ərdoğanın hər zaman sevə-sevə söylədiyi,
sözləri Bəxtiyar Vahabzadəyə aid olan "Azərbaycan-Türkiyə"
şeirinin sonrakı bəndləri belədir:
Dinimiz
bir, dilimiz bir,
Ayımız
bir, ilimiz bir,
Eşqimiz
bir, yolumuz bir,
Azərbaycan-Türkiyə.
Bir millətik,
iki dövlət,
Eyni arzu,
eyni niyyət,
Hər
ikisi Cümhuriyyət,
Azərbaycan-Türkiyə...
"Biz də
əcdadımızın, abidələrimizin və onlardan
miras aldığımız ortaq bir ruhumuzun olduğunu
unutmayaq.
Kökü,
dili, dini bir olan Azərbaycan və Türkiyəni çox sadə
və anlamlı şəkildə "Bir millət, iki
dövlət" adlandıran ümummilli lider Heydər
Əliyev çıxışlarının birində
demişdir: "Türkiyə ilə Azərbaycan arasında
dostluq, qardaşlıq əlaqələrinin böyük tarixi
var. Bu əlaqələr bir şox əsrlər boyu
formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt
günlərə gətirib çıxarıbdır".
Şair
Oqtay Zəngilanlı "Bir
millət, iki dövlət" şeirində Azərbaycan
-Türkiyə dostluğu və qardaşlığının
əbədi olacağını, bu dostluğu,
qardaşlığı kimsə yolundan döndərə bilməyəcəyini,
Azərbaycan - Türkiyənin iki dövlət, bir millət
kimi tarix yazacağını iftixarla poetikləşdirir:
Ucal
Türkün bayrağı, ucalt uca zirvəyə,
Arzular
qanad çalır, ümid dönür gerçəyə,
Əbədi
yaşayacaq Azərbaycan-Türkiyə,
Bir millət
- iki dövlət, var millətin öndəri,
Ölməz
Türk dünyasının Atatürkü - Heydəri!
(Bax:
"Çəkir öz dərdini özündə
dünya". Bakı, 2009, səh. 29).
Türkiyənin
məşhur müğənnilərindən İsmail
Türüt:
Kaderin
kaderimiz,
Kederin
kederimiz,
Liderin
liderimiz,
Çok
yaşa Azerbaycan
- deyə
"İki dövlət bir millət" ifadəsini gözəl
bir türküyə çevirdi.
Baxın,
Türkiyənin Manisa şəhərində yaşayan
şairə Gülsüm Gülməz "Bir millət, iki
dövlət" ifadəsini necə poetikləşdirir:
Ortak oldu
kaderleri Karabağ ve Hocalı,
Zalimlere
yer olmaz, kutsal Vatan toprağı.
Göklerden
endirmeyiz, Ay-Yıldızlı bayrağı,
İki
devlet, tek millet, Türkiye-Azerbaycan...
"İki
dövlət, bir millət" ifadəsi İlham Əliyev və
Rəcəb Tayyib Ərdoğan haqqında mahnıların
yaranmasına da gətirib çıxartdı:
İki
dövlət, bir millətik,
Hər
zaman bir yerdəyik,
İlhamlı
Azərbaycan,
Bizimlədir
hər zaman.
Rəcəb
Tayyib Ərdoğan,
Kömək
olsun Yaradan,
Qardaşıq
biz hər zaman,
Türkiyə-Azərbaycan...
Azərbaycanın
və Türkiyənin doğum günündən başlayan
Türk-Azərbaycan dostluğu və qardaşlığı
günümüzdə yeni mərhələyə qədəm
qoysa da, bu qan bağlılığına və
qardaşlığa XX əsrin
başlanğıcındakı bir çox tarixi gerçəkliklərdən
xəbər verən hadisələrə səyahət etməklə
köklərimizdəki qan qardaşlığı və qan
qohumluğunun bir daha şahidi ola bilərik.
Həzrət
Əlinin belə bir müdrik kəlamı var: "Elmin zəkatı
paylaşmaqdır". Məncə, tarixin də zəkatı
tarixi hadisələri dürüstlüyü ilə xalqa
çatdırmaq, onu xalqla paylaşmaqdır. Qədim tarixə
malik Türkiyə və Azərbaycana dəyişməz milli
mədəniyyəti qazandıran amillərdən biri də Azərbaycan
və Türkiyə ərazisində yaşayanların əksəriyyətinin
bu torpağın əsl sakinləri olmasıdır.
Tarixin bir
çox mərhələlərində Azərbaycanın
çətin günlərində qardaş Türkiyənin Azərbaycana
maddi və mənəvi dəstəyi danılmaz bir həqiqətdir.
Bunun bir öynəyi də Qafqaz İslam Ordusunun XX əsrin
birinci rübündə Azərbaycanın düşmənləri
üzərindəki tarixi qələbəsidir.
Azərbaycan
da, öz növbəsində, XX əsrin
başlanğıcındakı I Dünya müharibəsi illərində
qardaş türklərin yanında idi...
Bu sətirlərin müəllifi 21-24 may 2015-ci ildə
Türkiyənin Çanaqqala şəhərində "100
Yılında Çanakkale
Savaşları" Beynəlxalq Konfransında iştirakı
zamanı Çanaqqalada şəhid olan Azərbaycan
oğullarının adlarının Çanaqqalada
salınmış qardaşlıq məzarının
daşlarına yazıldığının şahidi oldu. Bu,
"Bir millət, iki dövlət"in XX əsrdəki zəfər
tarixi idi.
Dünyanın
yazacağı bu şanlı Çanaqqala zəfər tarixini
yenə türkün özü yazmışdı. Məhəmməd
Əmin Rəsulzadənin təbirincə desək, "Tarix
yazanlar türklərə məğlub olan millətin nümayəndələri
olduğuna görə türkün şücaətini və
qəhrəmanlığını vəhşilik, öz vəhşiliklərini
isə qəhrəmanlıq kimi qələmə
almışlar".
Azərbaycanın milli şairi Məhəmməd
Hadinin də dediyi kimi:
Türkün
tökülən qanları bihudə gedərmi?
Diqqətlə
düşün, yoxsa bu qan həpcu hədərmi?
1918-ci
ilin 28 mayında İslam və Türk dünyasında ilk
demokratik dövlət olan Azərbaycan Demokratik Dövlətini
ilk olaraq 4 iyul 1918-ci ildə tanıyan, Azərbaycana ilk səfir
göndərən, müstəqilliyinin ilk günlərindən
bütün məsələlərdə onun yanında olan
Osmanlı Türkiyəsi olmuşdur.
Azərbaycan
torpağının azad olunması uğrunda 1200-ə
yaxın türk əsgəri bu torpaqda şəhid
olmuşdur. Qafqaz İslam Ordusunun qəhrəmanlıq yolu,
qardaşlıq köməyi bu gün müstəqil Azərbaycanda
onlara ucaldılan xatirə lövhələri və abidələrlə
xalq tərəfindən qorunub mühafizə edilmiş məzarlarla
yad edilir.
XX əsrin
əvvəllərində Azərbaycanın istiqlaliyyəti
uğrunda canlarını fəda etmiş Qafqaz İslam
Ordusunun qəhrəman şəhid və qazilərinin mərdliyini
ifadə edən çoxlu əbədi nümunələr
yazılsa da, sovet dönəmi illərində bunlardan söz
açmaq da sovet hökumətinin siyasi qadağaları
içərisində idi.
Xalq
şairi Nəriman Həsənzadənin 2010-cu ildə
yazdığı "Nuru Paşa" poeması Azərbaycanın
XX əsrin əvvəllərindən çox mürəkkəb
və keşməkeşli
tarixinin az, amma tarix üçün çox vacib olan bir
dövrünü əhatə edir.
"Nuru
Paşa" poeması Azərbaycan
tarixinin XX əsrin əvvəllərindəki tarixi
dövrünün bir parçasıdır. Bu dövr 16 mart
1918-ci ildən başlayaraq 15 sentyabr 1918-ci ilə qədər,
yəni daşnak-bolşevik quldurlarından Bakının
Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi
gününə qədərki dövrü əhatə edir. Nəriman
Həsənzadə bu qısa, lakin Azərbaycan Demokratik
Dövlətinin (1918-1920) yaşaması üçün həlledici
olan bir tarixi bədii şəkildə qələmə
almış və bu tarixin önəmini Osmanlı Dövlətinin
Hərbi naziri Ənvər Paşa (1880-1922) və Ənvər
Paşanın qardaşı Nuru Paşanın (1889-1949) cəsarətli
və qəhrəmanlıq səhifəsini təşkil edən
Qafqaz İslam Ordusunun fəaliyyəti
ilə əlaqələndirmişdir.
Türkiyə
Ağrıdağ Universitetinin professoru Kərəm Karabulut
6-10 noyabr 2020-ci ildə "Türkiyə - Azərbaycan bir
bütündür" adlı müsahibəsində bu tarixi
hadisəni xatırladaraq demişdir: "Azərbaycan 1920-ci
ildən 1991-ci ilə qədər SSRİ-nin bir
parçası olduğu üçün Türkiyə - Azərbaycan
əlaqələri istənilən səviyyədə
olmamışdır. Ancaq o dönəmlərdə də iki
ölkənin qardaşlığı mövcud idi. Məsələn, 17 mart 1921-ci ildə
Mustafa Kamal Atatürk Nəriman Nərimanovdan borc istəmiş
və borcu ödənməsi üçün alınan cavab
Heydər Əliyevin "Biz iki dövlət, bir millətik"
sözünün tarixi dərinliklərlə əlaqədar
olduğunu göstərməkdədir. Nərimanovun cavab məktubundakı
yazı belədir: "Paşam, türk millətində bir ənənə
vardır. Qardaş qardaşa borc verməz. Qardaş hər
iki durumda qardaşın əlindən tutar. Biz qardaş
xalqlarıq, hər zaman, hər şərtdə bir-birimizin əlindən
tutacayıq, bugünkü yardımımız bir
qardaşlıq yardımından başqa bir şey
deyildir".
Nəriman
Nərimanovun ifadə etdiyi bu
sözün gərəyini 27 sentyabr 2020-ci ildə erməni
terroristlərinin Azərbaycanı işğal cəhdlərində
Türkiyənin qardaş Azərbaycanın yanında
olacağı haqqındakı açıqlamalarında bir
daha özünü büruzə verərək "Bir millət,
iki dövlət" ifadəsini bir daha təsdiqlədi.
Azərbaycanın
milli düşüncəli filosof şairi Bəxtiyar Vahabzadə
müxtəlif dövrlərdə yazdığı bir
çox şeirlərində, məqalələrində
"türk", "Türkiyə" kəlməsini
xüsusi məhəbbətlə möhürləyirdi. Onun
"Türkəm" şeirində olduğu kimi:
Əslimi,
nəslimi tanıyıram mən,
Qarışıq
deyiləm özümdən hürkəm.
Sən
kimsən, nəçisən, özün bilərsən,
Mən
ilk qaynağımdan Türk oğlu Türkəm.
(Bax:
"İstiqlal" Bakı, 1999, səh. 226).
Xüsusən
1990-cı ildə yazdığı "Şəhidlər"
poemasında "türk" kəlməsini Bəxtiyar
Vahabzadə belə dilə gətirirdi:
İki
yanağı var, amma bir üzü,
Türk
öz anasından belə doğulmuş,
Anlaya
bilmirəm niyə "türk" sözü,
Kiminsə
başına düşən daş olmuş.
("Nağıl-həyat".
Bakı, 1991, səh. 207).
Bəxtiyar
Vahabzadə elmi araşdırmalarında da, publisist
yazılarında da "türk" kəlməsinin
çalarlarını şərh edir, bu kəlmənin
türk soylarının dili və türk millətinin adı
ilə eyni olduğunu yazırdı. Onun "Qatıq qara ola
bilməz" adlı məqaləsində bu fikir tam mənasında
əsaslanırdı.
1993-cü
ildə yazdığı "Milli marş" şeirində
B.Vahabzadə Azərbaycana "Türkün Oğuzlar Vətəni"
deyir.
Ey Azərbaycanımız,
Türkün Oğuzlar Vətəni,
Ər
oğullar, ər igidlər, kişi qızlar vətəni,
Kökümüz
- torpağımızın altda yatan cədlərimiz,
Möhrümüz
- torpağın üstündəki məbədlərimiz.
("Vətəndaş",
səh. 142).
6-9 dekabr
1995-ci ildə Türkiyə Cümhuriyyətinin doqquzuncu
Prezidenti Süleyman Dəmirəl Bakıya gələrkən
Bəxtiyar Vahabzadə ilə söhbət əsnasında
şairə xitabən "Siz yalnız Azərbaycan
torpağının deyil, bütün türk
dünyasının şairisiniz" demişdi. S.Dəmirəlin
şairin 1967-ci ildə yazdığı "Kök"
adlı şeirini əzbər deməsi də təsadüfi
deyildi:
Dünyada
Hər
şeyin kökü var,
Kökü
var
Torpağın,
daşın da,
Adamsa
kökünü
Gəzdirir
başında.
(Bax:
"Köklər, budaqlar". Bakı, 1968, səh. 84).
Süleyman
Dəmirəl kökümüzün bir olduğunu və
"Bir millət, iki dövlət" kimi
aksiomlaşmış Azərbaycan və Türkiyə
münasibətlərində ortaq dəyərlərimizin
müstəsna rolunu qeyd etməklə, eyni kökdən olan
xalqlarımızın müştərək milli-mənəvi dəyərlərə
malik olduğunu deyirdi.
Türkiyə
beynəlxalq forumlarda Azərbaycanın haqq səsini duyurmaq
üçün böyük əzmkarlıq göstərdi və
göstərməkdədir. Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın "Biz haqqın və
haqlının yanında olmağa davam edəcəyik"
cümləsini böyük əzmkarlıqla ifadə edir və
Azərbaycanın haqq səsini dünyaya duyurmağa davam edir.
Qələbəmiz
şanlı Azərbaycan Ordusunun yazdığı zəfər
tarixi ilə başa çatdı. Zəfər tarixini yazan
ordumuza, onun Baş Komandanı, Azərbaycan Prezidenti İlham
Əliyevə onlarca şeir, əsgər marşları, hekayə,
qalibiyyət təranəli mahnılar yazıldı.
Şair
Musa Ələkbərli Ordumuzun Ali Baş Komandanı cənab
İlham Əliyevə ünvanladığı "İndi sən
hamınınsan" şeirində belə yazır:
Ali
Baş Komandanım,
İnsi sən
hamınınsan,
Rəssam
fırçasınınsan,
Şair
ilhamınınsan...
...Yenilməz
güc sahibi,
Məğrur
bir sərkərdəsən,
Ən uca
məqamdasan,
Ən
möhtəşəm yerdəsən.
Müzəffər
ordumuzu, onun əsgərlərini "Qalib Vətənimin qalib
əsgəri" adlandıran Gülzar Şəmkirlinin
"Azərbaycan əsgəri" şeirinin bir bəndi isə
belədir:
Qalib Vətənimin
qalib əsgəri,
Müzəffər
ordumun şöhrət səngəri,
Başın
uca olsun, uca zirvəli,
Cəsarətli
Azərbaycan əsgəri!
Hələ
1990-cü illərdəki Birinci Qarabağ müharibəsində
qardaş Türkiyədən Ozan Arif
"Ya Qarabağ, ya ölüm", - deyə 15 bəndlik
şeirlə səsini qaldırmışdı, bu səs
milyonlarla türkü göz yaşına boğmuşdu.
Dünya
duysun bu səsi, bu səs Şərqin səsidir,
Peyğəmbərin
öydüyü, nəcib irqin səsidir,
Bu səs
Azərbaycanın, bu səs Türkün səsidir,
Bu erməni
tak etdi, canımıza tak artıq!
Ya
Qarabağ ya ölüm, başqa yolu yox artıq!..
28 il sonra
erməni terrorçularla başlayan İkinci Qarabağ
müharibəsində Azərbaycan dost, qardaş ölkədən
- Türkiyədən mənəvi güc, siyasi-diplomatik dəstək
aldı, özünü tək hiss etmədi. Məğrur
xalq kimi məğrur qardaşın arxasında olduğunu hiss
etdi.
Maarifə Hacıyeva
Ədəbiyyat qəzeti.- 2021.- 2 oktyabr.- S.26.