Məhəmməd Ənvər oğlu Mustafa Ziya 1959-cu ildə Kərkükdə doğulub. İbtidai orta təhsilini Kərkükdə alıb. Sonra Süleymaniyə Universitetinin Geologiya fakültəsinə daxil olub. Məzun olduqdan sonra elmi işlərini davam etdirib. Geofizika üzrə doktordur. Kiçik yaşlarından ədəbiyyata xüsusi həvəsi şeir yazmaq istedadı üzə çıxıb. 13 yaşındaykən 1973-cü ildə "Altun çiçək" (Kərkük), 1976-cı ildə "Könül parçaları" (Bağdad), 1980-ci ildə "Qoşuklara" (Bağdad), 1988-ci ildə Bağdadda "Xoyratlar bayatılar" (Əli Bəndəroğlu ilə ortaqlı) "Balam Kərkük" (2017) kitabları çap olunmuşdur. 1961-ci ildən Bağdadda çıxan bu gün davam edən "Qardaşlıq" dərgisində "Yurd" qəzetində bir çox şeir, hekayə ədəbi yazıları yayımlanmışdır. Türkiyədə Azərbaycanda şeirləri, ədəbi elmi məqalələri çıxmışdır. Mənim tərtib edərək çap etdirdiyim "İraq Türkman nağılları" (Bakı, "Təhsil", 2014, 432 səh.) "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" (Bakı, "Təhsil", 2016, 264 səh., Ankara, 2017, 214 səh.) kitablarıma ön söz yazmışdır.

1994-cü ildə 128 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti Füzulinin 500 illik yubileyinə İraqa gedəndə İraq tərəfindən təşkilatçılıq işinə Əbdüllətif Bəndəroğlu Dr. Mustafa Ziya rəhbərlik edirdi. Kərkükdə Anar, Yaşar Qarayev, Sabir Rüstəmxanlı, Ayaz Vəfalı məni Əta Tərzibaşının görüşünə Mustafa Ziya apardı.

Mustafa Ziya Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. O, eləcə Türkiyə İraq Ədəbiyyatçılar Yazarlar Birliyinin üzvüdür.

O, uzun illər Ankarada İraq Türkmaneli Kültür Mərkəzinin Başqanı kimi xalq qarşısında böyük xidmətlər göstərib. Təkcə onu demək kifayətdir ki, türkmanların İraqda türk dilində oxuduğu 250-dən artıq məktəbin kitab dərs vəsaitləri ilə təmin olunmasında Dr. Mustafa Ziyanın əməyi olub. Hazırda Ankarada Türkmaneli Vəqfi sədrinin baş müşaviridir. Bununla belə, həm heca vəznində, həm sərbəstdə şeirlər yazır. Şeirlərindən nümunələri təqdim edirik.

 

Qəzənfər PAŞAYEV

 

 

Kərkük

 

Sənə gəldim qəlbimdəki atəşlə,

Xoyratınla söndür bu atəşimi.

Sənə gəldim gözlərim dolu yaşla,

Sil, qucaqla, ovut, oxşa başımı.

 

Göstər məzarını şəhit dayımın,

Göstər yıldızını göydə Ayımın,

Ver daşını yıxılmış sarayımın

Yürəgimdə daşıyım mən daşımı.

 

Sən olmasan yer-gök mənə dar gəlir,

Bir avuç soyumuş kül qədər gəlir.

Səndən uzaq qalmaq mənə ar gəlir,

Zəhirlər ruhumu, suyum, aşımı.

 

Demiştim ya canımı istə Kərkük,

Onu bəxş et bir eşə, dosta Kərkük.

Sənə gəldim omuzlar üstə Kərkük

toprağını, qucaqla nəşimi.

 

Daşın da ürəgi var

 

Daşın da ürəgi var,

Titrər yer titrəyəndə.

Daşın da ürəgi var,

Damar-damar qabarar

Güllər mor titrəyəndə.

 

İnsana bənzəməz, hardan baxsav, bax.

Daşdı, tək üzlüdü.

Dili yoxdu ağzında dolandırsın

tək sözlüdü.

 

Gözü yoxtu,

ama coşar ürəktən.

Boğazı yox, burnu yox nəfəs alsın.

yaşar ürəktən.

 

Selə qarşı, yelə qarşı durup dayanı,

ağlı yoxtu, qaçmaq bilsin,

ağlı yoxtu, hesab etsin,

seçmək bilsin.

Karı, ziyanı.

yerdə sürünəni sevməz.

nifrət edincə dağ olur.

Sevdiysə ürəkdən sevər

bir kokusuz çol gülü için

avulur torpağ olur.

Biz daş için savaşırığ

biz ölərig, daşa olur.

düşər bin baş,

daş qalır, daş.

Qanımızı süzə-süzə

ruhumuza vətən olur.

Daşın da ürəgi var,

bənzəməsə bizə.

Qucağında yaşırığ,

Qucağında ölürüğ,

Daşın da ürəgi var,

Daş demə ürəksizə.

 

Mosul

 

Bu topraq susamış canan istəyir,

Bu toprak ahıtlı qurban istəyir.

Tozunu qoparan, daşını dələn

Yavuz atlılara dövran istəyir.

 

Kükrə, Gürgürbaba, yax siyah suyu,

Dağıt bu düzəni, poz bu pusuyu.

San pis petrol degil, saf qan gərək

Hər türkmanın qəlbində bir quyu.

 

Dəclənin suları ağlasın artıq,

Nuh tufanı gibi çağlasın artıq.

Təlafər səsiylə oxunsun əzan,

Xoyrat yürəkləri dağlasın artıq.

 

Bu topraq susamış canan istəyir,

Nurəttin Zəngidən fərman istəyir.

Atabəylər bəklər Qarasarayda

Süleyman gibi bir sultan istəyir.

 

Sadun Köprülüyə ağı

 

Bu gün yenə xatirəni anarkən

Dügümlənir boğazımda hecələr.

Qəlbində Gürgür qədər günəş varkən

Nasıl oldu erkən çökdü gecələr?

 

Bəlkə tam zamanında ayrıldın

Tərtəmiz qaldın, kirlənmədi adın.

Gettin dürüstlük getti səninlə

Bulanıq sularda yaşayamadın.

 

Bu gün gögə həsrət dolu baxarkən

Say, say bitməz ayları, günləri

Sizlər sılaya vardınız çox erkən

Bir yarıştı, bizlər qaldıq geridə.

 

Bu gün 11 eylül yaşım elli beş

Geçmişin gölgəsi düşmüş önümə.

İçimdə yanırmı hələ atəş?

Tərəddüdlə sordum kəndi kəndimə.

 

Küllərin altında köz bulamadım,

Həyattan geriyə nələr qaldı ki?

Yılların içində gün çalamadım

Həpsi bənim olmalıydı halbuki.

 

Ömür ilərlərkən həyat gerilir,

Yeryüzü daralır səccadə olur.

Əllərinə bir pusula verilir,

Gökyüzü açılır, yol caddə olur.

 

Düşünürsən: kim bəndən çalmıştır?

Yürəgini yaralarmı? Yaralar.

Hər kəs səndən aldıgını almıştır,

Sənə qalır sadəcə xatirələr.

 

Bən səni sevirəm

 

Bən səni sevirəm

Məcnun gibi degil.

Kimsəyə bənzəmədən

Bən səni sevirəm.

 

Bən səni sevirəm

Sadə düpədüz.

Adını qoymadığım bir eşq

alabildiginə.

 

Bən səni sevirəm

Ama günəşimsən, Ayım.

gülsən ya çiçək.

Heç bir şeyə bənzətmirəm.

 

Səni sevirəm quruba qarşı

Xəyalımda degil, yanımda ol.

mutluluğu

toxunarak yaşa.

 

Bən səni sevirəm

dünya gözəli olmasan da

sadəcə sevirəm

gərəkcə uydurmadan.

 

Bən səni sevirəm

sevə bildiyim qədər.

kəndimi

aşiq sanıram.

 

İnsan ol

 

Kim yarına saxlamış ki ömrünü,

Səninlə yarını xəyal edəməm.

Yeni gün doğmadan sakın ayrılma,

Yoxsa hakkımızı halal edəməm.

 

Acılar kimsəyə qədər olmasın,

Nəsib, qismət sən var ikən gözəldir.

Düşünmə! Vaktimiz hədər olmasın.

Gönül, işə yarar ikən gözəldir.

 

Zənn etmə ki, başqasını bulursan

Bən sənə məhkumam, sən bənə məhkum.

Eşq olmadan inan unutulursan,

Eşq şan qazanır, gerisi məlum.

 

Bir avuç topraksa bizi bəkləyən

Ən dəgərli zaman yaşadığındır.

Qarmaşıktır deyə sevilir orman

Sarmaş-dolaş bir eşq adsız dügündür.

 

Çıxar cəkətini yağmurda islan,

Qışda titrə, yazda tərlə, insan ol.

Çocuk gibi istə, isyan et, nazlan,

Vakurlugu burax, pür həyəcan ol.

 

Deyirlər ki, hər şey bitər beyində,

Bitən degil, yaşanan bənə lazım.

Yetər gəzdigin xəyal göylərində,

Mələk istəməm, insan bənə lazım.

 

Türkmaneli sızlamaları

 

Ali Haşim Muhtaoğlu

Munir Kafilinin adından

 

Sən gedəni il oldu,

Yanan ocağ kül oldu.

Qəbriy üstə gül oldu,

Adıya kurban balam.

 

Adıy Alidən gəli

Türkmanelidən gəli.

Deməyin gedən gəli

Adıya kurban balam.

 

Gettiy bizi buraxtıy

Göz yaşı kimin axtıy

Dönüp bayrağa baxtıy

Adıya kurban balam.

 

Türkmanın kədəridi

Ömrümün hədəridi.

Betərin betəridi

Adıya kurban balam.

 

Mustafa ZİYA

Təqdim etdi:

 

Qəzənfər Paşayev

 

Ədəbiyyat qəzeti.- 2021.- 2 oktyabr.- S.18.