Tarixin yaddaşı
"...Sən nə vaxt yalan-cəfəng
uydurmağı tərgidəcəksən?!"
A.S.Puşkinin ermənilər haqqında dediklərindən
Qanlı
döyüş səngərində
"Su!",
"Su!" deyən
yaralıya,
su verməyib
bir erməni,
suqabı
da
dolu
suymuş.
Puşkin
görüb o səhnəni,
üsyan
edir
bu
dünyaya,
Hardan
bilsin o sərsəri
hansı
yolun
yolçusuymuş.
Ünvanına
nələr deyir,
nələr deyir.
İnsandısa
- ermənidən
bir az
insanlıq
istəyir.
Bir az mərhəmət
istəyir,
bir az ədalət
istəyir.
İstəyir
ki, güllələsin,
şərəfsizi.
Nə
çiynində tüfəngi var,
nə
cibində
bir
gülləsi.
Şair
özü açılıbdı, -
silah
kimi,
tüfəng kimi.
Əl sinədə,
ürək səsdə,
qəfil
qalxan
külək kimi.
Lənətləyir
ermənini,
haqdan gələn
haqq
sözüylə.
Qurğuşunla,
barıtla yox,
şərəfiylə,
nüfuzuyla.
"Oğru!"
deyir,
"Qorxaq!"
deyir,
"Dovşan!"
deyir,
"Qaraçı!"
deyir,
"Qul!"
deyir...
Rus
şeirinin günəşinə
qoca
tarix
sağ
ol! - deyir.
Sülhməramlı elçi
Birinci xanım,
Birinci vitse-prezident
Mehriban Əliyevaya
Çaxdı
şimşək kimi, doğdu gün kimi,
Ali Baş Komandan yardı cəbhəni.
Onun
arxasıydın -
sən
özün kimi,
zaman
alqışladı səngərdə səni.
Şəhid
anasını qucaqlayanda,
susdun, kəlağayı
cəkib başına.
Yanında
kövrəlib o ağlayanda,
sən
təsəlli oldun
o
göz yaşına.
Sən
ayrı olmadın eldən-obadan,
qəlbin
sudan duru - Aydan arıydı.
Məscidə
gedəndə əlində "Quran",
dilində Tanrının dualarıydı.
Sən -
şair anası, əsgər anası,
şahanə gəlini
ulu
öndərin.
Həyatın
mənası, ömrün mənası,
tale
kitabında yazılıb sənin.
Bir arzu,
bir istək yaşatdı bizi,
sevindi
Xalqımız, İqtidarımız.
Muğamdan
doğuldun,
İlham
Pərisi,
"İstiqlal
marşı"nı çaldı
tarımız.
Şərqdə
- Şərq ürəkli bir inci oldun,
Avropada - Sülhməramlı bir elçi.
Ledilər
yanında Birinci oldun,
rəsmi
görüşlərdə,
yenə
Birinci.
Çəkdiyin
qayğılar sona yetmədi,
gündüzlər fikirli, gecələr oyaq.
44 Gün
gözünə yuxu getmədi,
Şuşada
qalxınca,
üçrəngli bayraq.
Gah nigaran
gördüm, gah da mülayim,
adi təbəssümün
- bir ehtiramdı.
(O sizin
qızınız, Arif müəllim,
anasız
vaxtımda,
mənim
anamdı!).
Salam,
Xudafərin körpüsü, salam!
Salam, O
Taydakı Azərbaycana!
Yüz il sonra keçdi üstündən İlham,
bir də
cəbhə dostu -
Mehriban Ana!
Salam, O
Taydakı Azərbaycana!
Bağ qonşuları
Ev alma, qonşu
al.
Atalar sözü
Qohumdan əzizdi
qonşu, deyiblər,
Qalsın qulaqlarda bir tana kimi.
Qonşu
yaxındadı,
dadına
yetər,
qohumun
bir əli çatana kimi.
Bura
bağ yeridi, birdən darıxsam,
ürəyim istəsə, ya elə bir gün, -
gərək mən uzun bir nərdivan qoyam,
hasar
qonşumuzu,
səsləmək
üçün.
Qonşu
var, qonşuya dost-qardaş deyir,
burda əsl
sözü, dilsiz daş deyir.
Xaricdə
görmüşdüm, şirin yuxuydu,
qonşunun-qonşuya nəydi töhfəsi, -
bağlar
arasında hasar yoxuydu,
məftil
çəkmişdilər,
hasarəvəzi.
Otların
içində itmişdi "çəpər",
ortaq eləmişdi
o, bağları da.
Qonşu budaqlara,
söykənmişdilər,
qonşu
ağacların budaqları da.
Kimdi hasar çəkən o qaradinməz?
O səni
bəyənməz, məni bəyənməz.
o da bir
hasardı -
qürurlu,
məğrur.
hasar, o
"hasar"a söykənib durur.
Burda
hasarlanır, vətən torpağı,
biri o
birinə söyləyir əhsən!
Allahım,
çətindi Səndən aşağı,
bizi bizdən
qoru,
qoruya
bilsən.
"İlham cəngisi"
Arazın o tayından qələm
dostum
Hüseyin Şərqi ustad
aşığımız
Çingiz Mehdinin saz
ansamblının
lent yazısını mənə göndərib
Müəllif
Deyin, mən
heyranam Aşıq Çingizə,
ürəyim soyumur təkcə "Sağol!"la.
Apardı,
gətirdi məni Təbrizə,
o səslə
-
o
simlərarası yolla!
Qaladan-qalaya
yürüşmü gedir,
İgid qıyyası var, at kişnərtisi.
İstiqlal yolunda döyüşmü gedir? -
şəhid sinəsiymiş -
sazın
sinəsi.
Sazda Araz
axır, sazda Kür daşır,
qoyma,
sel
aparır Saramı, Aşıq.
Yenə
gözlərimdə şimşək oynaşır,
qaytar bu
dünyaya, dünyamı, Aşıq.
Bir sarı siməmi əsirdi dünya? -
can
quşu uçdumu, qəfəsdə qalmır.
Mən
indi bildim ki, bir sirdi dünya, -
heç
kəsin qisası,
heç
kəsdə qalmır.
Arazdan bu yana - "İlham cəngisi",
sinəmə sıxdığım saz töhfəsiydi.
44 Gün
tarixin ilk salnaməsi,
qədim
dünyamızın,
möcüzəsiydi.
Gəzir
səngər-səngər şərəfli adı,
orda Sərkərdədi,
burda Diplomat.
O da bir
eşq ilə sevir həyatı, -
"Paşinyan,
nooldu?!",
bu
da zarafat!
"İlham
cəngisi"nə köklə havanı,
oxuyaq,
İlahi bir ehtirasla.
Yeni Azərbaycan
İntibahını, -
mən
burda qələmlə,
sən
orda sazla.
Oxuyaq, İlahi bir ehtirasla.
***
44 gün
səngərdə birinci Əsgər,
qızğın müsahibə: dörd dildə,
dörd
gün!
Oğlum,
təbrik düşür sənə də, Bəylər,
qaldır
ağ başını qoy hamı görsün.
Sənin
sədaqətin pakdır, təmizdir,
Ali
Baş Komandan - Sərkərdəmizdir!
Olaydım
Sən
ki, belə qəm çəkirsən,
yanında loğman olaydım.
Sən mənə
heyrət edəndə,
mən
sənə heyran olaydım.
Görəydim
bu dünya nədir,
xəyal
nədir, röya nədir?!
Dünyadakı
məna nədir,
yanında həyan olaydım.
Dönəydi
ömrün təkəri,
qovuşaydı Kür, Həkəri.
Sən on
beş yaşında pəri,
mən
subay oğlan olaydım.
Özünə inan
Hələ
bu dünyanın axırı deyil,
sıxma
ürəyini, qoyma darıxsın.
Dostun,
eloğlunun paxılı deyil,
gərək qarşına da
yaxşısı çıxsın.
Ağıllı
itirir ağlını bəzən,
çeynənib pis dilə-ağıza düşür.
Haqsız
eləyirlər haqlını bəzən,
tərif
haqlıya yox,
haqsıza düşür.
Bir az səbrli ol, bir az da möhkəm,
özgəsi dananda, özünə inan.
Eşit
sözlərimi, gör nə deyirəm, -
günlərin içində
bir
Günə inan.
Yandıran,
söndürən bir əldi yəqin,
yanan
ocağı da, sönən şamı da.
Dünyada
Vaxt adlı bir münəccimin
hökmü də qətidir,
sərəncamı da.
Həyatın özü
Qadın gözəlliyi
güclüdür, inan, -
İnsandan, poladdan, oddan, Tanrıdan.
P.Ronsar
Hər kişi dalınca bir qadın ağlar,
dənizlər yanında -
çaylar, bulaqlar,
az olar bəlkə
də o göz yaşından,
ağlayır, dünyanın yaranışından.
Ağladan
özüdür,
ağlayan özü,
dönüb ağlayana göz qoyan özü!
Sevinci, kədəri
göz yaşındadı,
qadınlar -
hər
yaşda qız yaşındadı.
Mən
qadın görmüşəm, əsl uşaqdı,
ən
böyük istəyi bir oyuncaqdı.
Mərhəmət
gəzdirər dilinin altda,
bitər
qaratikan kolunun altda.
Baxar,
boynubükük bənövşə kimi,
sınar,
buz
baxışdan bir şüşə kimi.
Həyatın
özündə əsl həyatdı,
hələ yazılmamış bir külliyyatdı.
Yarpaqdı,
qönçədi,
güldü,
təzə-tər,
nə
açan iydələr, nə yasəmənlər,
bir
qadın ətrinə gördüm ki, dəyməz,
nə
elə ətir var,
nə
elə nəfəs.
Qadınsız
qaldığım illərə hayıf! -
illər
-
o illər
də yol göstərmədi.
Dedim:
şeir yazan əllərə hayıf,
bu əllər,
doyunca sığal görmədi.
Avtoqraf - 1
AzTV "Ovqat"a,
Səyyarə Səyyada,
hörmətlə
Bir
ölçü cihazı olsaydı əgər,
deyərdi səndədir ağıl da, hiss də.
Gözəllik
yarışı keçirsəydilər,
səniydin,
birinci
gözəlimiz də.
Sənin
ovqatınla çox oynadılar,
səndən "yuxarıydı",
səndən
adilər.
Qızım,
gümrah görüm həyatda səni,
sən
"Ovqat"ı yaşat,
"Ovqat"
da səni.
Avtoqraf - 2
Qələm dostum,
prof. Paşa Qəlbinura,
hörmətlə
Şair,
alim Paşadı,
O,
mülayim Paşadı.
Qəlbinurdu,
işıqdı,
göylərdən tapşırıqdı, -
yerdə
gözləri açmaq.
Paşam,
gözümü aç, bax!
Qəlbindəki
o nurdan,
O işıqdan,
bax, ordan,
Paşam,
qaytar həyatı,
Dünya,
gözəl
dünyadı.
Aslan müəllim
İsrafil Qurbanova,
dərin hörmətlə
Aslan, ay
İsrafil, yadıma düşüb,
neyləyim, vəfası bu imiş yerin.
Dost
üzü varıydı, sadə gülüşü,
icra
başçısıydı,
onda
Şəmkirin.
İstəyi,
tələbi nəydi əsgərin,
o gedib
yerində araşdırardı.
Telefon zəngini,
ulu
öndərin,
poçt
orda, səngərlə calaşdırardı.
Aslan o cəbhənin
komandanıydı, -
gedən
döyüşləri tənzim eləyən.
Bizim hamımızdan o cavanıydı.
ağsaqqal sözünü,
yerində
deyən.
Fikri təmkinliydi,
çıxışı aydın,
mən
də əl çalmışam, qəlbimdə istək.
Şanlı əsgəriydi bu Hərəkatın.
səngərsiz döyüşdü,
son
nəfəsədək.
Qaldı
o döngələr, o sualtılar,
kim deyir,
köhnənin təzəsi yoxdu.
Şahini
-
qonanda
nişan alırlar,
şahin
- şığıyanda, qəzası yoxdu.
Tədbirə
getmişdik, alqışlayırdı,
bir-bir əl
tuturdu o, başçı kimi.
Gələn
qonaqları qarşılayırdı, -
köhnə dostu kimi,
tanışı
kimi.
Şair
Söhrab Tahir sağıydı hələ,
dilində o taylı, bu taylı Vətən.
İmir Məmmədli
də Tiflisdən gəlib,
parçalar deyirdi,
Rmaravelidən.
Qaynar
ürəyində bir Allah eşqi,
özü - hər sözünün məhək
daşıydı.
Aslanın
yaşamaq, yaratmaq eşqi
Şəmkirdə,
kürsüdən
çağırışıydı.
Nə yaxşı...
Nə
yaxşı, bacınız var, -
bu ailə,
nə
yaxşı!
Ay Nailə,
nə
yaxşı!
Dindirəndə
"can" deyir,
gülə-gülə,
nə
yaxşı.
Ay Nailə,
nə
yaxşı.
Allah ona dəyməsin,
şuxdu
hələ,
nə
yaxşı!
Ay Nailə,
nə
yaxşı!
Mən də
çəkdim köçümü
bu sahilə,
nə
yaxşı!
Ay Nailə,
nə
yaxşı!
Sizi fikirləşirdim,
gələ-gələ,
nə
yaxşı!
Ay Nailə,
nə
yaxşı.
Nə
yaxşı, taleyimiz
güldü belə,
nə
yaxşı!
Ay Nailə,
nə
yaxşı.
"Ədəbiyyat qəzeti"nin
baş redaktoru Azər Turana!
Arxivimi
töküb-töküşdürürdüm, təsadüfən
sizə təqdim etdiyim bu əlyazmamı tapdım. "Kimin sualı var" adlı
poemamdandı. Əsər birinci dəfə
ayrıca kitab halında 1984-cü ildə 7 min tirajla "Gənclik"
nəşriyyatında nəşr olunub. İkinci
dəfə "SBS" mətbəəsində 7 cildliyimin
ikinci cildində 5 yüz tirajla 2010-cu ildə
çıxıb.
Nəşrlərin heç
birində yoxdu. O vaxtkı senzura zamanı
çıxarılmışdır. Əsər
ulu öndərin hakimiyyəti illərində əzmlə
yeritdiyi "Qoy ədalət zəfər çalsın!"
siyasi-ictimai yaradıcılıq xəttinə həsr
olunmuşdu.
Yeri gəlmişkən deyim ki, bu
poema üstə Yazıçılar İttifaqının o
vaxtkı rəhbərliyi mənim "yoldaşlıq" məhkəməmi
də qurmuşdu. Mərhum ulu öndər
işə qarışdı. Mən onda
yazmışdım ki, Heydər Əliyev şairi-şairdən,
yazıçını-yazıçıdan qoruyur. Həqiqət beləydi.
Amma bu başqa mövzunun
söhbətidi.
Sizə hörmətlə,
Nəriman Həsənzadə,
Xalq şairi
Bakı, 01 avqust 2021
"Kimin sualı var?!"
Poemasından ixtisar edilmiş
parça
Professor,
kaş
hər kəsin bacarığı,
kaş
hər kəsin istedadı,
şərt olaydı.
Kaş
bizi pərt eləyənin
bir yol
özü pərt olaydı,
ürəyinə dərd olaydı.
Kaş
qohuma,
kaş
rüşvətə,
vəzifəyə, "mən ölüm"ə
heç
üzgörən olmayaydı.
Kaş
qiymətsiz nakəslərə
qiymət
verən olmayaydı.
Kürsülərdən
çox deyirik,
qəzetlərdə çox yazırıq. -
bəzən əsl kadrların
qabağında "yox!" yazırıq.
Olur bəzən:
jurnalistin
işində biz,
aqronomu
işlədirik,
çoxunu da unuduruq.
Taxta kimi,
saxsı kimi
canı
quru, beyni quru
bəziləri kadr olur,
bir az
keçir, müdir olur.
bir az
keçir s...lis olur.
Cəmiyyətin bədənində yara olur.
üzümüz də qara olur.
Mən
kadrlar şöbəsinin
boğazından yapışardım,
gedib Ali
Məhkəmədə
şahid
kimi çarpışardım.
Sən ey
mənim Respublikamı,
millətimi dala çəkən!
Çıxışında
qərarlardan
misal
çəkən,
misallara
mala çəkən,
səninlədir mübarizəm!
Bu nifrətim,
bu qəzəbim!
Mən
adamlar tanıyıram, -
vəzifəsi, diplomu var.
Ancaq
Mayakovskini
Sabir ilə çaş-baş salar.
Eləsi
var, -
uşaqlıqdan nəşəxordu,
gözü baxır, amma kordu,
gəlib
keçib yerimizə.
Vəzifəsi
elədir ki,
biz
oxuyaq,
gərək o da
fikir
desin şeirimizə.
Eləsi
var, işi qurur,
bir
deputat,
ya
raykomun bir katibi
kömək durur, -
keçir o da rəhbər olur.
Fəqət
sonra,
bu Vətənə
zərər olur.
Var
başqa cür xoşbaxtı da, -
bircə
dəfə,
vəzifəyə keçir o da.
Ordan
çıxır, bura gəlir,
burdan
çıxır, ora gedir,
bacarmasa,
başqa yerə!
Axırı
ki,
layiq
olsun ona görə.
Bir vəzifə
təkəri var,
dələ kimi hey fırlanar.
Var, ancaq
var eləsi də,
alimi də,
fəhləsi də.
O,
ocağa düşsə əgər,
ocaq daha
gur alışar.
Onun əli
olsa əgər,
bulaqlara
Kür qarışar.
Sısqa
sular selə dönər,
sarı
torpaq
təzə, sarı gülə dönər.
Onun yeri dənizdirsə,
ora
qoyun, tufan olar.
Onun yeri səmadırsa,
süni
peykə qoyun onu.
göndərin Qütb ulduzuna,
axırı ki, duyun onu.
O,
bugünkü nəslimizdi,
onu belə
danışdıran
bizim
böyük əsrimizdi.
Susa
bilmir,
dözə bilmir.
O istəyir,
-
Magellanın
gəmisini
sürsün özü.
O istəyir,
-
bayraqlarda
şüar olsun
şeiri,
sözü.
O istəyir,
-
Arximedin
tapsın
dayaq nöqtəsini.
O istəyir,
-
bir
insanın nəfəsində,
min
insanın nəfəsini.
O istəyir,
-
hava
yolu, dəniz yolu,
dəmir
yolu dəysin gözə, -
Moskvadan və
Bakıdan
Ərdəbilə
və Təbrizə...
Müdir
oğlan
indi
işə döndü yəqin,
gözləyir ki, mən ərizə yazmalıyam,
qoy
gözləsin.
"Nida!" Əlvida!
Kaliforniya tələbəsi
Gözəl Məmmədovaya
Pozncr!
Tanıyıram, çox məşhursunuz,
fəxri
təltiflər də - bu ada məxsus.
Haqqı,
hüququ var, amma hər kəsin,
mənim
tariximə daş atırsınız.
Allah
işinizi
xeyir
eləməsin,
yatan
şəhidləri oyadırsınız.
Böyük
bir ştatdı Kaliforniya,
bir də
erməninin qaynaşan yeri.
Qarabağ
- söhbəti düşüb araya,
o
qız,
dediyindən
dönməyib geri, -
orda təhsil
alan qarabağlı qız
qədim
tarixi də heç unutmayıb.
Qalxıb,
Qarabağı siz danıbsınız,
o fəxri
adlara nə deyim,
hayıf!
Dünən
faşistlərlə girdi döyüşə,
Fransa uğrunda şəkili bir gənc.
De Qol
özü gəldi burda görüşə,
bizim
yadımızdan
çıxarmı
o heç?!
Burda
qucaqlaşdı iki qəhrəman,
"Qardaşdı Fransa və Azərbaycan!" -
Bəli,
belə dedik biz onda yalnız,
biz onda
haqlıydıq,
siz
onda hardaydınız?!
Dedim ki, məşhurdu
sizin adınız,
belə
dar məqamda nəydi bu mərəz?
Məşhur
bir obrazı yada saldınız,
"Qraf"
rütbəsini,
almadınız,
bəs?!
Rusiya,
tarixi Valday söhbəti,
baxışdan-baxışa rəsmi ehtiram.
Bu
dünya eşitdi bir həqiqəti, -
"Qarabağ
- bizimdi",
"Nida!",
vəssalam!
Getdi əsrlərə
o səs, o nida,
illər
ədaləti salacaq yada.
Filankəs
ordaydı, o Konfransda,
hələ filankəs də,
"Nida!", Əlvida!
"Yanıq Kərəmi" və
Aşıq Ədalətin son
gülüşü
El qızımız Soltan xanıma
minnətdarlıqla
Ədalət
- dillərdə bir bayatıydı,
qarışıq düşmüşdü tağı-tağ üstə.
Bu ad yiyəsinin
son saatıydı,
biz ayaq
üstəydik,
o yataq
üstə.
Hanı loğmanların min bir məlhəmi? -
dərman
yox,
taleyi
yazırdı, Tanrım!
Yatağa
düşmüşdü "Yanıq Kərəmi",
"Koroğlu
cəngisi" susurdu, Tanrım!
Hanı,
qara sazın varmı əvəzi,
ovsuna
düşmüşdük onun səsində.
Hanı,
Ədalətin qıyya çəkməsi,
saznan
oynaması,
dost məclisində!
Yubiley
günümdə, bizim Qazaxda,
bir
doğmalıq gördüm, daha nə danmaq.
-
"Yanıq Kərəmi!" çal, - dedim o vaxt da,
- Ədalət,
biz də
bir feyziyab olaq!
-
"Yanıq Kərəmi"di çaldığım,
şair,
hardasan,
qadasın aldığım, şair...
Bir sinə
dolusu güldü Ədalət,
bir də
o görüşlər kaş ələ düşə.
Sən
özün şahidsən, ana təbiət,
"Yanıq
Kərəmi"yə,
o
sön gülüşə.
Güldü...
və qeyb oldu, getdi qəfildən,
sən
bizi mat qoydun o son anda da.
"Yanıq
Kərəmi"ni çalanda da sən,
yanıb
Kərəm kimi,
kül
olanda da.
Bakılılar
Bakı kəndlərinin birinin
adı belədir:
"Zabrat - 1", "Zabrat
- 2".
Deyilənə görə, rus
generalına
bakılılar güclü müqavimət göstərmiş,
o, çara müraciət etmişdir.
Müəllif
Peterburqdan
Bakıya
fərman
verdi Nikolay:
"Zabrat!" - dedi Nikolay.
Yəni "zəbt elə!"
"ya Tut!",
"İnsafı.
rəhmi
unut!".
"Çarın
hirsini
soyut!"...
General təkrar etdi
səngər-səngər Bakıda.
Yüz
min əsgər Bakıda!
Taleyin
döndü üzü,
parladı rus süngüsü.
qılınclar çıxdı qından,
o ilan
yatağından
yeridi od
qoşunlar.
Canlara -
qurğuşunlar,
torpağa - yad ayaqlar,
yad
kölgələr yeridi,
rus ac, mələr
yeridi.
Qalxmışdı
bakılılar, -
ölümlə üz-üzəydi,
bu da bir
möcüzəydi.
Cəbhəni
yara bilmir,
əsir
apara bilmir,
rus
soldatı Bakıda.
rüsvay
oldu Bakıda.
"Zabrat!" - ikinci dəfə,
öldü ayaqlar altda,
soldat -
ikinci dəfə,
hücum
- ikinci dəfə,
fəryad
- ikinci dəfə.
Harda "İstiqlal!" - dedik,
"Zabrat!" - dedi orda çar.
Həlak oldu oğullar.
Beləcə,
tariximiz
yazıldı odla, qanla.
Qatil,
ayağa qalxdıq
Xalq adlı qəhrəmanla.
Nəfəs
aldıq yenidən,
özün şahidsən, Vələn!
***
Evdə
bir gözləyənin,
evdə
səni deyənin,
gözü yolda qalanın,
evdə
bir danlayanın
yoxdusa,
yoxdu həyat.
Dad!..
Təklik
əlindən dad!
***
Heç
kəsə möhtac olma,
tox
yanında ac olma.
Sıxsa
da vacib bir iş! -
nə
minnət, nə də xahiş!
Nə yaxına, nə yada.
əmin,
dayın olsa da,
halal
payın olsa da.
İnanma
heç mənə də,
sənə "can!" deyənə də,
süfrəndə yeyənə də.
- Necə?!
Cəmiyət, fılan.
İnsanam,
axı insan!
- Döz
onda, döz... bacarsan.
Nəriman HƏSƏNZADƏ
Ədəbiyyat qəzeti.- 2021.- 2 oktyabr.- S.8-10.