Nizaminin duaları
Ən qüssəli, sıxıntılı,
iztirab dolu anlarımızın könül
ortağıdı Şeyx
Nizaminin "Sənsiz"i...
Uzaq səfərlər,
yalqız, tənha gecələr boyunca ismi pühanımızla
"Sənsiz"in dilincə
anlaşmışıq:
Hər gecəm oldu kədər, qüssə,
fəlakət sənsiz,
Hər nəfəs
çəkdim, hədər
getdi o saət sənsiz.
Sədaqətimizi, əhdə vəfadarlığımızı
"Sənsiz"in unudulmaz
beytlərilə anlatmışıq:
"Sənin o cəlb
eləyən hüsnünə
and olsun, inan" - deyə. Aşiqliyimizin ölçü meyarı dönüb-dönüb
"Sənsiz"dən keçib.
Gerçək durumumuzu
"Sənsiz"lə şəkilləndirmişik:
"Sən mənim qəlbimə hakim, sənə
qul oldu könül. Sən ucasan, mən
ucuz, bir heçəm, afət, sənsiz!" - etirafımızla.
Ərkimiz çatana olan umacaqlarımızı Şeyx
Nizaminin dilindən bəyan etmişik:
Sənə dost olmağıma cümlə
şəhər düşmən
olub,
Məni əfv eylə, baxıb bir belə düşmənə,
gülüm.
"Yenə tövbə evimi eşq xərab etmədədi"
əndişəmizin, "Aşiqəm,
yar məni öldürsə, savab etmədədir" mərdanələyimizin,
"Gözüm aydın,
gözümə surəti
canan görünür"
şükranlığımızın əsintiləri Şeyx Nizamidən gəlir.
Qəlbimizdədir. Yadımızdadır.
Sevgimizdədir. Yaşamımızdadır!
Ən dərin quyu olan kindən, kibrdən xilas yolunu nişan
verən ilk poeziya dahisi odur! "Dövlətin xəzinəsi
ədalətdir", "Qaranlığı
günahlandırmaqdansa bir
şam yandır"
- deyən Konfutsi,
"Ədalət xoşbəxtlik
qapısının açarıdır"
söyləyən Platon,
"Məhəbbət ölməzlik
cəhdidir" bəyanı
edən Sokrat bizim gəncəli dahidə bir araya gəlirlər. Yorğun nəfəslərini Nizamidə
dərir, Nizamidə tamamlanırlar. Nizami bu
böyük düha silsiləsinin başını
bağlayan zirvə kimidir. Ondan sonra gələnlər olsa-olsa, bu zirvənin
yamacına baş qoyanlardır...
Sonra Aligeri Dante, "İnsan hər şeyin meyarıdır" şüarı
ilə meydana çıxan İntibah cəngavərləri Rable,
Erazm gələcəkdi.
Sonra maarifçi realizmin baniləri D.Didro, Russo, Volter, Lessinq, Höte, Balzak, Hüqo, Dikkens, Tolstoy... Ancaq toplum olaraq bu
böyük sənətkarların
hər biri "bütün zamanların və xalqların şairi" olan Nizami ilə müqayisədə, dahi Hötenin dediyi kimi, "heç kim olaraq"
qalacaqdılar. Çünki
Nizaminin insanlığa,
insanlıq meyarı olan mərhəmət hissinə bəslədiyi münasibəti Həzrəti
Peyğəmbərimizin "Yerdəkilərə mərhəmət
edin ki, göydəki mərhəmət
etsin... Allahın qatında insandan
üstün heç bir varlıq yoxdur" düşüncəsindən,
yaşamından gəlirdi.
Əxz etdiyi həqiqət bu idi. Dünyaya gözəl əxlaqı tamamlamaq üçün gələn Həzrəti
Məhəmmədin əbədiyə
hesablanmış düşüncələrinhdən
barınmışdı. Bütün yazdıqları,
qələmə aldıqları,
əslində, etdiyi duadan bir xətt
idi ki, "üstündə möhrünü
qoysun Məhəmməd...".
Sərvaz HÜSEYNOĞLU
Ədəbiyyat qəzeti.- 2021.-
9 oktyabr.- S.41.