Akademik Y.E.Bertels
yazıçı Mir
Cəlalın evində
Böyük Azərbaycan şairi
Nizami Gəncəviyə
həsr olunmuş Elmi Konfransda (6 iyun, 1947) iştirak etmək üçün Bakıya gələn məşhur Sovet alimi, Sovet türkologiya
məktəbinin əsasını
qoyan, ona rəhbərlik edən, Nizami epoxası, həyatı və yaradıcılığının tədqiqatçısı kimi
tanınan akademik Yevgeni Eduardoviç Bertels (1890-1957) "Nizaminin
poetikası" mövzusunda
geniş elmi məruzə ilə çıxış etmiş
və respublikanın elmi ictimaiyyəti onu layiqincə qarşılamışdı.
Akademik Nərgiz Paşayeva yazır: "...Mənim atam Bertelsi şəxsən
tanıyırdı. Babam yazıçı
Mir Cəlal Paşayev
Bertelsi evində qonaq etmişdi".
Böyük alimin böyük
oğlu Akademik Arif Paşayev də evlərində, süfrə ətrafındakı
həmin görüşü
(1947-ci ildə Arif müəllimin on üç
yaşı var idi - H.N.) belə xatırlayır: "...Nurani
bir insan idi. Balaca saqqalı
var idi, o da ona yaraşırdı".
Bu zaman artıq görkəmli alim Sufizm və sufi ədəbiyyatı
tarixi, eləcə də fars, tacik
xalqları ədəbiyyatı
sahəsində elmi tədqiqatların müəllifi
kimi, Ümumittifaq miqyasda nüfuz sahibiydi.
Azərbaycan ədəbiyyatına, mədəniyyətinə
sevgisini təkcə alimin maraq dairəsinin
deyil, həm də dostlarına, həmkarlarına yazdığı
məktublardan da görür və indi onun xatirəsinə
hörmət hissilə
oxuyuruq.
1943-cü
illərdə Özbəkistanda
yaşadığı vaxtlarda,
akademik Heydər Hüseynova yazdığı
məktublarda Nizami Gəncəvinin əsərlərilə
yanaşı, otuz beş yaşlı
yazıçı Mir Cəlalın
da "Füzulinin sənətkarlığı" monoqrafiyasını göndərməsini
xahiş edirdi.
Mir Cəlal hələ
1940-cı ildə "Füzulinin
poetikası" mövzusunda
dissertasiya müdafiə
etmiş və onu sonralar ayrıca
kitab halında buraxdırmışdı.
Yeri gəlmişkən
deyim ki, uzunmüddətli elmi axtarışların yekunu
olan bu əsər,
o vaxt Azərbaycan klassiki Füzuli haqqında deyilən yeni söz, yeni fikir kimi
qarşılanıb və
ədəbi hadisə
kimi qiymətlənibdi.
Füzuli kimi sənətkarlar hər əsrdə bizim müasirimiz olduğu üçün
hər dəfə bu mənəvi proqresə "qayıdışın"
özü də yeni elmi axtarışlara
səbəb olur. Azərbaycan intibahından
söhbət gedir.
Bertelsin 1962-ci ildə gərgin elmi araşdırmalarının
məhsulu olan "Nizami və Füzuli" adlı ensiklopedik əsəri də yuxarıda dediyim fikrə, elə bilirəm, əsas verir.
Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı
ilə 2021-ci ilin
"Nizami Gəncəvi
ili" elan edildiyi əlamətdar günlərdə bu dostluq və elmi-ədəbi yaradıcılıq
əlaqələri daha
dərin köklərə
gedib çıxır,
daha geniş məna kəsb etmiş olur.
Nəriman
HƏSƏNZADƏ
Ədəbiyyat qəzeti.- 2021.- 9 oktyabr.- S.22.