Nizaminin müasiri olan Avropa
şairləri: Parisli Aleksandr...
O həm də böyük Nizami kimi Makedoniyalı
İskəndərdən yazırdı
XX əsrin əvvəllərində
Yuli Valerinin "Psevdo-Kallisfen" və Kursi Rufun "Makedoniyalı İskəndərin
tarixi" əsərləri
əsasında Alberik
de Bezanson (digər mənbələrdə Oberi
Pizanson, Brianson) fransız provansalcasında
irihəcmli "Alexandreis"
poemasını yazdı.
XV əsrdən sonra öz adına
müvafiq olaraq aleksandriya şeiri adlandırılan onikilik ölçüdə yazılmışdı
poema. Əsər İskəndərin gəncliyindən, qəhrəmanlıqlarından,
Tir şəhərinin
mühasirəsindən və
İskəndərin şah
Nikolay üzərində
qələbəsindən bəhs
edirdi.
Təxminən 1160-cı ildə Alberikin əsəri əsasında
puatyeli naməlum müəllif əski fransız dilində Makedoniyalı İskəndər
haqqında daha bir poema yazır. Bu dəfə onluq hecayla. Sonradan bu əsər
də İskəndər
barədə aleksandriya
ölçüsündə yazılmış romanın
bir neçə işlənmiş versiyası
üçün əsasa
çevrilir.
XII əsrin 70-ci illərində
ingilis-normand şairi Yevstaxın (Robert Vas) onikilik
ölçüdə yazdığı
"Le Fuerre de Gadres"
poeması da Avropada çox məşhur olur. "Chanson de geste" cəngavərlik
eposu kimi özünəməxsus bir
janrda yazılan bu əsərdə Makedoniyalı İskəndərin
Tir şəhərini
mühasirədə saxladığı
zamanlardan bəhs edilirdi. Tədqiqatçılar bu süjetin
büsbütün uydurma,
təxəyyül işi
olması qənaətindədirlər.
İskəndər barədə o dövrdə
yazılmış daha
bir əsər var. Fatehin Hindistana səfəri və Şərqdəki ağlasığmaz
macəraları haqqında.
Şatodenli Lamber Le
Torun "Alexsandre en Orient" poeması: onluq hecayla yazılıb, əski fransızcada,
1170-ci ildə. İskəndərin yaxınları tərəfindən
zəhərlənməsi, matəm
və dəfndən bəhs edən "La morte Alexandre" də təxminən eyni vaxtda yazılıb.
Nə Lamber de
Torun, nə Yevstaxın
İsgəndər barədə
yazdığı əsərlər,
nə də "La morte Alexandre"in orijinal mətnləri günümüzə gəlib
çatmayıb. Alberik de Bezansonun poemasından
isə 105 bəndlik bir parça qalıb. O da yalnız Parisli Aleksandrın (de Berne) versiyasında
məlumdur. Belə ki, o, həmin
parçanı 1185-ci ildə
"Roman d'Alexandre" adlı
əsərinə daxil
edib. Onun 1160-cı ildə əski fransızcada, onluq hecayla yazdığı
"İsgəndər" poeması sonradan onikilik ölçüdə
təkrar işlənərək
üzü köçürülüb.
Əlyazmaların interpolyasiya
dərəcəsini nəzərə
alaraq Parisli Aleksandrın versiyasının
4 hissədən, istiqamətdən,
yaxud qanaddan ibarət olduğunu söyləmək olar: birinci elə Parisli Aleksandrın özünün onikilik hecada yazdığı poemadır; qalan üçü isə ələ gəlib çatmayan, yuxarıda qeyd edilən, XII əsrə aid həmin poemalardır ki, bu mətnə sonradan daxil edilib. II hissə
Yevstaxın "Le Luerre
de Gadres" i, III hissə Lamber de Torun "Alexandre en Orient" poeması,
IV hissə isə
"La morte Alexsandre"dir.
Parisli Aleksandr
(həm də Aleksandr de Berne; Alexandre de
Paris, Alexandre de Bernay)
XII əsrin ikinci yarısına aid fransız
şairidir. Parisdən olduğu üçün
"Parisli" ləqəbi
ilə çağırılıb.
Ən məşhur əsəri
"İskəndər barədə
roman"ın onun tərəfindən işlənmiş
fransız versiyasıdır.
Poema
16000 sətirdən, 4 hissədən
ibarətdir. I hissədə
İskəndərin yeniyetməlik
və gənclik illərindən, mifik Busefalı ram etməsindən,
şah Nikolayla müharibəsindən bəhs
edilir. II hissə
Tir və Qüdsə yürüş,
Daranın məğlubiyyəti
haqqındadır. Şərqin əsrarəngiz gözəlliklərindən
bəhs edən və həcmcə əsərin yarısından
çox olan III bölümdə həm də ecazkar sualtı səyahətlər,
dirilik suyu, amazonkalarla görüşlərdən
bəhs olunur. Sonuncu görüş İskəndərin
ölümünü anladır.
"Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edilən sətri tərcümələr,
parçalar III (s. 422-499) hissədəndir.
***
Ustalar onun üçün ərarəngiz
gəmi düzəltdilər.
Şəffaf şüşədən idi,
indiyədək kimsə
beləsini görməmişdi.
Bu çəlləyin içinə şövqlə
yanan çıraqlar da qoydular.
Deməli,
dənizdə bir balaca balıq belə olmayacaqdı ki,
şahın gözündən
yayınsın; ya da ki, bir
savaş və tələ.
Şah iki cəngavərlə gəmiyə daxil olanda
Ona elə gəldi ki, bu gəmi qalalar
qədər basılmazdır.
Qayalara,
mərcanlara toxunmasın
deyə,
dənizçilər onu gəmi ilə dənizə çıxardılar.
Yuxarısına bir halqa keçirdilər,
Halqaya bəndləri
möhkəm olan zəncir bağladılar.
Dalğaların üzəriylə aşan
gəmidəydi çəllək.
Hər tərəfini
qurğuşunla möhürlədilər,
bərkitdilər.
İskəndər iki yoldaşilə ora daxil oldu.
Dənizçilər açıq dənizə
çıxdılar.
Şah çəlləyin
suya buraxılmasını
əmr elədi.
Elə çəllək
suya endirildi, çıraqlardan sular işıqlandı.
Balıqlar diqqət kəsilmişdilər
çəlləyə.
Ən cəsurları, vəhşiləri
belə öyrəşmədikləri
Bu gur işıqdan
qorxurdular.
İskəndər şah da onlara
diqqətlə baxırdı.
Böyük balıqla kiçik
balığın savaşını
gördü;
Böyüklər balacaları tutub o saat yeyirdilər.
Bunu görən İskəndər
qərara gəldi ki,
Dünya məhvə məhkumdur və lənətlənib.
İskəndər şah qorxmamışdı
ancaq.
Bütün balıqları yaxından
izlədi və öyrəndi.
Heç biri çəlləyə
yaxınlaşmağa ürək
eləmirdi.
Az da olsa ürəklisini görmədi.
Gördü ki, xırda balıqlara daha çox hücum edirlər.
Tutan kimi də böyüklər onları udurlar.
Canını qurtaranları başqa tələlər gözləyir.
Yenə də ya güclə
tuturlar, ya xəyanətlə.
Bunu görən İsgəndər
sevindi,
Yanındakılara dedi: "Yuxarı
qayıdanda
Bir də heç kim məni
aldada bilməyəcək,
Qələbə çala bilməyəcək.
Mən bu dağları, düzənləri və vadiləri ki, belə görürəm,
Onlar da böyük balıqlarla doludur:
Kim ki, özünü
başqasından qoruya
bilir, o da xilas olur.
İskəndər şah və iki cəngavər
Dənizin qumu işıqlanmış
dibində idilər.
Gözəl və böyük şüşə gəminin
içində.
Çıraqlar gur işıqla yanırdı və bu çox yaxşı
idi.
Çünki nə böyük,
nə balaca balıqlar gəmiyə
Öyrəşmədikləri bu işığa yaxın düşə bilmirdilər.
İskəndər bu irili-xırdalı balıqlara baxırdı.
Böyüklər balacaları udurdu:
aqibət budur.
Bu dünyada hamı
məhkumdur.
İskəndər orda da hakim və
müttəhimləri görürdü.
Bəlalar balacaları yaxşı tanıyır.
Bunları görən İskəndər
gülürdü.
Cəngavərlərə deyirdi: "Heç bir sikkə,
İstəyir yerdən Rivye təpəlikləri qədər
olsun,
Onun on misli qızıl məni öz arzularımın
Gerçəkləşdirilməsi yolundan döndərə bilməz.
Şah dənizin ən dərin yerində, dibində
Ora-bura vurnuxan balıqları görürdü.
Çıraqlardan yaman qorxurdular.
Yaxınlaşmadan geri dönürdülər.
Ən cəsurları, böyükləri
- qabaqda -
Balacaları tutan kimi udurdular.
Sivişib canını qurtaranlar
olurdusa,
Onlara tələ
qururdular.
Güclü zəifi tutur, öldürür, məhv
edirdi;
Canını qurtaranlar dərinliklərə
baş vururdu.
Bunu qızılı
saçlı İskəndər
aydın görürdü.
Sonra o yuxarıdakılara işarə
elədi ki,
Çəlləyi yuxarı çəksinlər.
Onu çox tez yuxarı çəkdilər,
çünki ehtiyat edirdilər,
Şah salamatdırmı
düşünürdülər.
Adını tez-tez çağırırdılar,
şah cavab verirdi,
Sevinirdilər ki, hər şey
yaxşıdır.
Çəlləyi qayığa alanda
onu tez açmağa
başladılar,
İskəndər səbr etmədi, öz şüşəsini
əliylə sındırdı.
Təqdim etdi
Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2021.-
9 oktyabr.- S.8-9.