İndi sevgi şeirləri
çox az yazılır. Adətən sevgi şeirlərini
aşiqlər yazardılar,
çünki sevgi, savaşı və sevişi olan
aşiqlərə aid bir kateqoriyadır. Sevgi və savaş,
savaş və sevgi - budur yaradılışın ilkin
düsturu. Elə yaşadığımız dünya da
Tanrının var etmək eşqindən törəyib.
Çağımızda allahlıq funksiyası
yavaş-yavaş insan zəkasının yaratdığı
"süni intellektin" monopoliyasına keçir. Artıq
kompüter proqramlarının yaratdığı romanlar və
şeirlər ədəbiyyatda və sənətdə dəb
müəyyən edən bir janra çevrilməkdədir. Bu
dəb özlüyündə insan cəmiyyətində
biorobot, android əhval-ruhiyyəsi formalaşdırır. Yeni
arxitektura, yeni musiqi, yeni rəsm, yeni ədəbiyyat - bunlarda hər
şey var, ölçü-biçi də, məzmun da,
ardağıl fantaziyası da. Yalnız eşq yoxdur, törədiliş
düsturunun mahiyyəti. Qiyamət - süni intellektlə
aşiqlərin ölüm-dirim savaşıdır. Yox ol, ya
qal!
Erkək də, qadın da
makinalaşır,
bir az biorobot, bir az android.
Səni çağırıram,
eşq ilahəsi,
insanlıq təzədən
doğular, amin!
Aşiqləriz biz
Allahdan
buyruq,
Dünya
bir quyruq,
Yoxdu
uyduruk,
Aşiqləriz
biz.
Qorxmaz
sevən ər,
İçdədir
hünər,
Eşq
haqdan gələr,
Aşiqləriz
biz.
Sevgimiz
dərin,
Yəmin,
min yəmin,
Könüllər
dəmi,
Aşiqləriz
biz.
Süz
bu şərabı,
Yoxdu can
tabı,
Göylərə
qapı,
Aşiqləriz biz.
Piyalələr
boş,
Könlümüz sərxoş,
Güz,
yay, bahar, qış,
Aşiqləriz biz.
Nə
sağ var, nə sol,
Haqqa gedir yol,
Ey ruh, möhkəm ol,
Aşiqləriz biz.
Belədi sevda
Sevda
arıları qoşa gəldilər,
Ürəyin gülünü çiçək
bildilər,
Həsrəti yaxdılar, qəmi
böldülər,
Mövlam, mən neyləyim, belədi sevda.
Duman pərdəsindən
baxanda üzün,
Zeytun bağlarından dağıldı
hüzün,
Sonunda hücrə var nurlu gündüzün,
Mövlam, mən neyləyim, belədi sevda.
Səma
mehrabına bağlanıb murad,
Yağmur
səpişində can olur
rahat,
Eşqin
hücrəsində nə
mən var, nə ad,
Mövlam, mən neyləyim, belədi sevda.
Quşlar
qanad vurur, könül atlanır,
Mənzil
yaxınlaşır, yollar
qatlanır,
İki qəlb içində iki şam yanır,
Mövlam, mən neyləyim, belədi sevda.
Bu gözəl
kəlmələr sanki quşdular,
Əl-ələ verdilər, göyə
uçdular,
Dünyada sevdasız doğuluşmu
var?
Mövlam, mən neyləyim, belədi sevda.
Yaratam, mən səni
İki
şam yanırdı, iki şam,
Mən səni düşündüm
bu axşam,
Bir eşqinn
sehrində qalmışam.
Sevdasız günlərdə yoxdu
tam,
Yaratam, mən
səni, yaratam*.
Uyqular qapqara, yox bəyaz,
Ağrılı bəstələr qoşur
yaz,
Sevgilər ayrılar, qurtarmaz.
Özümü mən nasıl
unudam,
Yaratam, mən
səni yaratam.
Mən sənəm,
sən mənsən bəlkə də,
Gəlmişik bir eşqli ölkədən,
Bir canıq,
bir tamıq, bir bədən.
Bizi bir yaratdı yaradan,
Yaratam, mən
səni yaratam.
*Yaratam -
sevirəm (tatarca)
Tənim yol arıyır
öz şəmasına
Tənim
yol arıyır öz şəmasına,
Halımın azacıq xarab günüdü.
Eşqin
ormanında yarı düşündüm,
Alca dodakların
şərab günüdü.
Könlün
gözlərində açıldı pərdə,
Ruhum qanad açdı, durmadı yerdə,
Eşqin
çiçəkləri açarmı
bir də,
Əski günahların hesab günüdü.
Burası
Xırdalan, orası Muğla,
Tale ağacına çalama* bağla,
Axşam
duasını sabaha saxla,
Sevda mehrabının
xitab günüdu.
*Çalama
- müqəddəs ağaclara bağlanan
əlvan kətan
parçalar
Bahar qoxusunda
güllər güləndə
Bahar
qoxusunda güllər güləndə,
Eşqin
bardağından nur töküləndə,
Uyumuş
duyğular oyansa səndə,
Gözlərin dünyaya baxar, ya baxmaz?
Tale
ajanının oyunu mindi,
Xatirə
sehrində könül
isindi,
Sevda müjdəçisi desə
bəsindi,
Kədər ürəyini sıxar, ya sıxmaz?
İndi
bu şəhərdə bir ayrı park var,
Yarpaq dumanında yürüyən
arx var,
Bilsən
ki içində məğlub monarx var,
Başından tüstülər çıxar,
ya çıxmaz?
Pəncərədən baxan gözəl
Pəncərədən
baxan gözəl,
Həsrətini yeyən mənəm.
Eşqin
odlu çuxasını
Ürəyinə geyən mənəm.
Gecə əridir
yağını,
Huşum
gəzir otağını,
Yasaqların budağını,
Oğrun-oğrun əyən mənəm.
Göy
üzünü tutdu boyaq,
Dünya
yatır, hisslər oyaq,
Pəncərəni yuxu sayaq,
Döyən mənəm, döyən mənəm.
Ay əriyir
yana-yana,
İlmə düşür şirin
cana,
Çıx eyvana, çıx
eyvana,
Sənə nəğmə deyən mənəm.
Mən sənin uyğuna
toxundum
Mən sənin
uyğuna toxundum,
Gül olub açarsan deyə.
Ən şirin duyğular özlədim,
Qəfildən qucarsan deyə.
Gözləmə
sehrində uydu dan,
Çələnglər hörüldü
duyğudan,
Ayrıla
bilmərəm uyğudan,
Yanımdan qaçarsan deyə.
Gecənin
havası yandırır,
Buluşmaq umudu yan durur,
Hər eşqin ardında can
durur,
Sev məni,
tatarsan deyə.
Mənə sən gərəksən,
sən
Bağçamızda
bülbül səsi,
İçimdə bahar həvəsi,
Hər aşiqin öz ölkəsi,
"Mənə sən
gərəksən, sən".
Sokaklarda
sehr, bügü,
Ağır olur hicran yükü,
Eşq ağacı yarpaq tökür,
"Mənə sən
gərəksən, sən".
Şeir təbi
gələr eldən,
Nəğmə enər dadlı
dildən,
Mən Taustan, sən İdeldən
"Mənə sən
gərəksən, sən".
Hicran bitər,
gedər qəmin,
Yəmin
olsun, min yol yəmin,
Eşq bir olur, aşiqlər
min,
"Mənə sən
gərəksən, sən".
Xəzərin sahilində Egeni
düşünürəm
Xəzərin
sahilində Egeni düşünürəm,
Üzümə sığal çəkir
saçların kimi rüzgar.
Yalnızlıq məbədində zəng
çalır ayrılıqlar,
Ayrılığın sonunda xurma tamlı
öpüş var.
Ulduzlu bir
gecədə, fontanlı bir şəhərdə,
Sevgidən şarkı yapdım
sevgi olmayan yerdə,
Mən Bakı
bulvarında, bəs sən
nerdəsən, nerdə?
Sorağını almasam, inan, ürəyim yatar.
Sənli
düşüncələrim saçımda neçə dəndi,
Aşiqlər ölkəsində iki
can bir bədəndi,
Yaman sənsizləmişəm,
zəngin gəlmir nədəndi?
Gəl ey sevda ulduzum, məni həsrətdən
qurtar.
Bu ayrılıq vədəsiydi
Bu
ayrılıq vədəsiydi,
Nələr oldu, nələr oldu.
Bizim vida şarkıları
Yanıqlı kəlmələr oldu.
Böylə
qədər, böylə yazı,
Uyquya döndü Elazıq,
Ayrılırıq yazıq-yazıq,
Dərd mələyi gülər oldu.
Dünya
böyük, yaşam acı,
Eşqimızin yox amacı,
Bizim mutluluq ağacı,
Qəfil soldu, ölər oldu.
Eşqim sultan olanda
Eşqim
sultan olanda
Mən eşqimdə
qul idim.
Ölməzlik kəhərinin
Belində bir çul idim.
Eşqsiz
anlar ağırdı,
Mövlam
məni çağırdı,
Getdiyim yol yağırdı,
Mən mövlama
yol idim.
Yandım
könül yağında,
Yatdım
eşqin bağında,
Dərvişlər dərgahında,
Bar bitirən kol idim.
Var idim
qandan öncə,
Doğuran dandan öncə,
Lövhü-məhvuzdan öncə,
Eşqdən doğan "Ol" idim.
Elxan ZAL
Ədəbiyyat qəzeti.- 2021.-
16 oktyabr.- S.5.