Məhəmməd İqbalın
“Seçilmiş əsərləri”
nəşr olunub
AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və
Azərbaycan Yazıçılar Birliyi Məhəmməd
İqbalın “Seçilmiş əsərləri”ni nəşr
edib. “Seçilmiş əsərlər” Ədəbiyyat
İnstitutununElmi Şurasının 13 sentyabr 2021-ci il tarixli 6
saylı qərarı ilə işıq üzü
görüb. “Pakistanın mütəfəkkir şairi və
azadlıq carçısı” adlı ön sözünün
müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru,
akademik İsa Həbibbəylidir.
Kitabın
məsləhətçisi Xalq yazıçısı Anar,
redaktorufilologiya elmləri doktoru Bəsirə Əzizəliyevadır.Redaksiya
heyətinə Anar, İsa Həbibbəyli, Qənirə
Paşayeva, Elxan Zal, Səlim Babullaoğlu, Vaqif
Əlixanlı, Bəsirə Əzizəliyeva, Xəyal Rza,
İbrahim İlyaslı, Əkbər Qoşalı, Əfqan Nəsirli
daxildir.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitab 250 səhifədir. Kitab Mahmud Kaşğari adına Beynəlxalq Fondun “İRS” seriyasında çap olunub. Seriyanın rəhbəri, tərcümə edəni və şərhlərin müəllifi Elxan Zal Qaraxanlıdır.
Kitabda Pakistan şairi Məhəmməd İqbalın urdu və fars dillərində yazılmış şeirlərinin tərcüməsi yer alıb. Həmin şeirlər əsasən müəllifin “Karvan zınqırovunun səsi” və “Şərqin ismarıcı” kitablarından seçmələrdir. Həmçinin şairin “Kurtuba camesi”, “Bəndəginmanə” – qulluq kitabı, “Yeni Gülşəni-raz” nəsri tərcümə edilərək kitaba daxil edilmişdir.
Ədəbiyyat qəzeti.- 2021.-
16 oktyabr.- S.23.