Vətən boyda oğullara
borcluyuq biz
Torpaqların ağrısını ruhu ilə duyanlara,
Başımızın papağını
öz canıyla qoyanlara,
Alnımızın ləkəsini al qanıyla
yuyanlara,
Vətən boyda oğullara borcluyuq biz.
Bu dünyaya göz açmamış körpəsini
qoyub gedən,
"Ata"
deyən övladının
ürəyini soyub gedən,
Ana-ata ağrısını əvvəlcədən duyub
gedən,
Vətən boyda oğullara borcluyuq biz.
Vağzalısı ürəyində çalınmamış
qalanlara,
Bəxt
üzüyü sevdiyinin
barmağında qalanlara,
Toy xınası yaxılmamış
şəhid qanı olanlara,
Vətən boyda oğullara borcluyuq biz.
Sənin,
mənim balam üçün balasını
yetim edən,
Anaların arzusunu gözlərində
qoyub gedən,
Bu quruca torpaqları al qanıyla Vətən edən,
Vətən boyda oğullara borcluyuq biz.
Bir ailəsi, bir Vətəni bizdə qalan əmanətdir,
Vicdanımız susmayıbsa verdiyimiz
zəmanətdir,
Bu dünyanın tarixindən
silinməyən şücaətdir,
Bundan sonra yazılacaq nağıllara borcluyuq
biz,
Vətən boyda oğullara borcluyuq biz.
İtkin düşən əsgərim
qalıb
Başına dolanım, ay dağım,
ay dərəm,
Səndə itkin düşən əsgərim qalıb.
Üstü açıq yatıb
yaş torpaq üstə,
Evimin dirəyi,
sərvərim qalıb.
Düşəndən qisası alıb dincəlir,
Meylini dağlara salıb dincəlir,
Balam şəhid adın alıb dincəlir,
Ruhumun qidası,
ülkərim qalıb.
Dumanı
üstünə çək
üşüməsin,
Özün al qoynuna tək
üşüməsin,
Elə
bas bağrına bük
üşüməsin,
Dizimin taqəti,
hünərim qalıb.
Özün laylasını çal
rahat olsun,
Yaralı
könlünü al rahat
olsun,
Sən
Allah qeydinə qal rahat olsun,
Ruhumun qidası, ülkərim qalıb,
Səndə şəhid adlı əsgərim qalıb.
Bizə yetim deməyin
Mənə yetim deməyin,
mən şəhid balasıyam,
Qarayaylıq anamın ürəyi şan-şan olar.
Atam şəkildən baxır,
ruhu sizdən inciyər,
Axı narahat olsa, qəbri
od tutub
yanar.
Mən daha böyümüşəm,
çoxda ki beş yaşım
var,
Atam gedəndə
deyib evin kişisi sənsən.
Nənəm hey ağladıqca basır
məni bağrına,
Deyir gözümün
nuru oğlumun əvəzisən.
Atam şəhid olandan sonra doğuldu bacım,
Otuz yaşlı
anamın ismət qalası kimi.
Bacımsa tanıyacaq atamı
şəkillərdən,
Neçə-neçə şəhidin şəhid
balası kimi.
Bizə
yetim deməyin, biz şəhid balasıyıq,
Tarixi yazanların
xalqa əmanətiyik.
Məzarı da torpağa əsgər kimi düzülən,
Tarixin qan yaddaşı, millətin qeyrətiyik.
Bu Zəfərin mübarək
İki əsrin həsrəti, dərdə əlacı gəldi,
Qaçqın, köçkün elinin durna leylaci gəldi.
Üç rəngli bayrağımın
hilali, tacı gəldi,
Vətən, gözlərin aydın,
bu zəfərin mübarək,
Ədalətin carçısı bu hünərin mübarək.
Qarabağ torpaqları zəfər
marşını çaldı,
Qəhrəman oğulların düşmənindən
bac aldı.
Qarabağ şikəstəsi səmalara
ucaldı,
Vətən, gözlərin aydın,
bu zəfərin mübarək,
Ədalətin carçısı bu hünərin mübarək.
Tarixini qanıyla yazan millətə əhsən,
Ucalacaq hər yerdə Azan, millətə əhsən,
Ya şəhid ya qazi ol, deyən
bir məmləkətsən,
Vətən, gözlərin aydın,
bu zəfərin mübarək,
Ədalətin carçısı bu hünərin mübarək.
Tarixin qan yaddaşı
Qarşında diz çökürəm
ey şəhidlər anası,
Qəlbinin oğul adlı dağına qurban olum.
Ölümlərin alisi şəhidlik
zirvəsidir,
Balanın yetişdiyi çağına
qurban olum.
Qarşında diz çökürəm
yetim şəhid balası,
Gözlərindən tökülən yaşını
halal elə.
Biz torpaqsız qalmayaq deyə, canından keçən,
O qəhrəman atanın daşını halal elə.
Qarşında baş əyirəm
Azərbaycan əsgəri!
Yeni tarix qanınla yazılır bu torpağa.
Hər biriniz bir dastan,
bir qeyrət təcəssümü,
Döndünüz dalğalanan bir üçrəngli bayrağa.
Ey Ulu məmləkətin Ali
Baş Komandanı!
Şücaətin, qeyrətin dünyaya dastan oldu.
Sən bu xalqın qəlbində elə heykələ döndün,
Tarix unuda bilməz, tarixə dastan oldun.
Ey bu millətin oğlu, ey bu
xalqın balası,
Vətənin keşiyində bir
əsgər tək dayandın.
Milli Qəhrəman adın sən verirsən əsgərə,
Biz də sənə
veririk Milli Qəhrəman adın.
Rəqibə QƏVVAS
Ədəbiyyat qəzeti.- 2021.-
16 oktyabr.- S.27.