Nizaminin müasiri olan Avropa şairləri:
Azalais de Porkayraqas - Səlim
Babullaoğlunun təqdimatında
Birinci trubadur sayılan Azalais de Porkayraqas barədə çox az şey
məlumdur. XII əsrdə yaşayıb-yaratdığı
məlum olsa da, ölüm və doğum tarixi dəqiq bəlli deyil. Bəzi orta əsr salnamələrindən,
xüsusən trubadurların
həyat və yaradıcılığından bəhs edən, nəsrlə yazılan və xüsusi ədəbi janra aid edilən vidalardan aydın olur ki, bu nəğməkar-trubadur
qadın Monpelye yaxınlğındakı Portiran
(yaxud Porkayra) məntəqəsindən, nəcabətli
ailədəndir. O da
məlumdur ki, Azalais cəngavər (döyüşçü, dalaşqan
əsgər) Gi Qerreji sevib (1135-1178), VII Giyom de Monpelyenin qardaşını. Əksər nəğmələri
də ona ünvanlanıb.
O da məlumdur ki, Joqlar ayamalı
Rembo Oranski (yaxud Oranjlı) da bəzi poetik
əsərlərində məhz
Azalaisə müraciət
edir.
Azalais
de Porkayraqasın günümüzə
yalnız 52 sətirlik
bir əsəri gəlib çatıb:
"Ar em al freg temps vengut" ("İndi bizdə qışdır"). Musiqisi unudulan
bu şeirin, şərqinin də müxtəlif cür interpretasiya edilən bir neçə əlyazma versiyası mövcuddur. Əsərdə Rembo Oranskinin ölümü xatırlanır,
son sətirdə isə
turbadurların hamisi xanım Ermenqarda Narbonskayanın adı çəklilir.
Artıq qışdır
1
Qarlı,
buzlu, palçıqlı
Qışdır indi.
Quşlar
susqundur,
Oxumağa meyilli deyil heç
biri.
Ağacdan çəpərlərdə belə budaqlar yalındır,
Bir çiçək,
bir yarpaq belə yoxdur.
Mayda, adətən qəlbimi riqqətə gətirən
bülbül də ötmür orda.
2
Elə məyusluq var ki, qəlbimin dərinliyində
Hamıya etinasız olmuşam.
İtkilərinizin qazancdan daha çox olduğunu,
və daha tez əldə edildiyini bilirəm.
Hətta
bu doğru sözlərlə belə
düz danışmıramsa
demək ağrılarım
artıb, bəlkə
Oranja görədir.
Həyəcanlıyam,
sevincimi hissə-hissə
itirirəm.
3
Özündən çox yüksəkdə
olan mənsəb sahibi kişiylə
Sevgi münasibətlərində
olarsa qadın, doğru etməz.
Orta mülkədardan
yuxarıda duran bir kişiylə.
Amma bu baş veribsə, çox böyük axmaqlıq etmişdir, deməli.
Çünki belə deyirlər
ki,
Sevgi mənsəb
və var-dövlətlə
uyuşmaz.
Və əgər qadın seçimini buna görə edirsə,
Mənə görə o, ləyaqətini
itirmişdir.
4
Mükəmməl keyfiyyətlərə sahib olan bir dostum
var,
Digərlərindən çox üstündür
Və mənə
münasibətdə qəlbində
riya yoxdur.
Bəyan edirəm ki, sevgim onadır, ona aiddir.
O, sevgisini büsbütün
mənə verir.
Hər kim ki, bunun əksini iddia edir,
Qoy Allah bəxtini
qaraltsın.
Mən artıq
şəfa tapmışam.
5
Gözəl dostum,
Böyük həvəslə
Sizə
həmişəlik bir
söz verirəm,
Sizinlə həmişə zərif və gözəl davranacam.
Tezliklə bunu sınayacağıq,
Sizin mərhəmətinizə
təslim olacam.
Siz mənə söz vermisiniz
Ki, məndən
pis nəsə ummayacaqsınız.
6
Rəbbim,
Boreqarı qoru,
Oranj şəhərini də,
Qlorieti və qəsri də,
Provans Lordunu da,
Orda mənə xoş gələn hər bir şeyi,
Üzərində savaş təsvirləri
olan
Zəfər tağını da.
Mən həyatımın sahibini
itirmişəm
Və buna görə həmişə
üzüləcəyəm.
7
Coqlar, mənim nəğməmi
özünüzlə götürün,
Qasırğa ilə aparın
Şadlandırdığınız Narbonskayaya
-
Orda xoşbəxtlik
və gənclik hökm sürür.
Ədəbiyyat qəzeti.- 2021.- 16 oktyabr.-
S.32.