Qış
Qar tüstü kimi,
Meşəyə yağır.
Qeybə
çəkilir,
Göyün qurşağı.
Külək buz kimi,
Bozarıb əsir.
Şaxta
burnumu,
Doğrayıb kəsir.
- Ay ana, o qaz
Bəs xəstə-xəstə,
Necə
dayanır,
Bir ayaq üstə?
Uçub gəl
Sığırçınım, ay canım,
Tez ol, uçub çıxıb
gəl.
Sənə yuva tikmişəm,
Saray kimi, gəl, dincəl.
Elə ev çəkmişəm
ki,
Həm alı var,
həm ağı.
Üstündə də sallanıb
Ağcaqayın yarpağı.
Tez ol, gəl, nəğmə
oxu,
Yaşıl maydan cəh-cəhlə.
Hər şey hazır...
həyət də,
Bəzənib cah-calalla.
Quşlar pəncərəni
boş yerə döymür
Əgər külək səni
tutsa qəfildən,
Əgər saçlarına toxunub
donsa,
Əgər səhər-səhər bir ağ
göyərçin,
Sənin
pəncərənə boylanıb
qonsa...
Qəm yemə, o quşa inan ürəkdən,
Demək, müjdəsi var qanadı altda.
Quşlar
pəncərəni boş
yerə döymür,
Demək, görüşərik ən
qısa vaxtda.
Üçüncü sirr
Məni
üç möcüzə
əsir edib
Həmişə;
Yer,
Göy,
Bir də qadın - üçüncü
möcüzə.
Üç sirr məni düşünməyə vadar
edir,
Heyrətləndirir;
Yer,
Göy,
Bir də qadın - üçüncü
sirr.
Ancaq yerin sirri, daha
sirr deyil,
Hər şey burda üzdədir.
Göydə də bir sirr qalmadı,
Dibi artıq görünür,
dayazlaşmaq üzrədir.
Yalnız
qadın,
Ancaq qadın ...nədənsə,
Naməlum və gizli qalır,
Əbədi -
İlahi
möcüzə kimi,
Sirr kimi,
Sehr kimi.
Cəbhəyə gedirəm
Atam öz atını gətirdi mənə,
Heyrətdən gözləri alov
saçırdı...
Dəmir
ayağıyla yer eşə-eşə,
Səbri şahə qalxıb qanad açırdı.
Anamsa yağıdan qisas almağa,
Verdi xəncərini ulu
dədəmin.
Açıldı qarşımda yolu dədəmin.
Cəbhəyə gedirəm, dedim,
a dostlar!
Ata, evdəkilər qoy
darıxmasın.
Ağbuyzun vəfalı sirdaşım
olsun.
Sənin
göz yaşında yuyunan xəncər,
Ay ana, qoy mənim
qardaşım olsun.
Cəbhəyə gedirəm mən
də, a dostlar!
Qocalar yaşasın qocalığını,
Qızlar saflığını-ucalığını.
Qoy Ural yenə də məğrur dayansın,
Hər gün Ağideldə Günəş
oynasın.
Cəbhəyə gedirəm bu gün, a dostlar!
Bu yaşıl bahara, bu göyə görə,
Bu bağ-bağçadakı ölkəyə görə.
Bir də ki, bal
dadan balama görə,
Doğma yurd-yuvama, elimə görə.
Uçurumda
Puşkinin portretinə
Əlini
qayanın köksünə
qoyub,
Seyr edir dənizin dərin yerini.
Elə bil azadlıq axtarır orda,
Unudub bir qədər dərdi-sərini.
Əyilməz başını əyib
aşağı,
Dənizin qəlbinə baxır elə bil.
Qara buludların bağrını
dələn,
Qəfil ildırımlar çaxır
elə bil.
Günün şəfəqləri görünür həmən,
Ucalır inamla göyə əlləri.
Qaçır dalğaların dalınca
qaçır,
Tərk etmək istəmir lal sahilləri.
Ancaq şair yenə sahildə qalır,
Qayanın köksünə dirsəklənərək.
Baxır
aşağıda qaçır
dalğalar,
Birdən donub qalır heyrətlənərək.
Şair sevinci
Kim bölər şairlə sevinc payını,
Sevinən qəlbini kim ona açar?
Şair
sevincsiz də dolana bilə,
Quşlar köməksiz də göylərə uçar.
Şair
lazım olar, qan qaralanda,
Yuxu uçuranda
öz quşlarını.
Nədənsə, son anda ona verərlər,
Kirpiyi ucunda göz yaşlarını.
Dünyada nə qədər
bədbəxt adam var,
Hamının qeydinə qalmaq zor işdi.
Şair
Allah kimi tənha olsa da,
Şair Allah deyil, nəsə dəyişsin.
Ancaq öz köksündə daşıdığı yük,
Nə illah eləsən, çəkiyə
gəlməz.
Şair
ürəyini çıxarıb
verər,
Amma alma kimi ikiyə
bölməz.
Birdən
gözlərində doğar
bir işıq,
Zülmət bir gecənin bir aləmində.
Heyrətdən sevinci sığmaz
göylərə,
Yellənər uşaqtək Ay dilimində.
Görər ki, o qoca əl ağacını,
Unudub evində
qarğı at kimi.
O da gözlərini ayırmaz ondan,
Dünyada ən böyük mükafat kimi.
Göyərçin gözü
Başqırd dilində çiçək
İlk ildırım çaxır,
Tufan ötüb keçir...
Şırıltıyla su,
Axır yol boyu.
Səngər döşündə,
Xırdaca bir gül - göyərçin gözü,
Üzümə gülür...
Döyüş meydanı.
Göydən od yağır.
Zalımın kini zəlzələ
kimi,
Titrədir Yeri.
Üfüqdə bulud, toz kimi uçub,
Yerə tökülür.
Ancaq o çiçək, öz
gözlərini,
Çəkib günəşdən,
Tutub gizləmir.
Kirpiklərində - şeh damcıları,
Titrəyib yanır,
Göz yaşı
kimi.
Müharibədə bir əsgər üçün,
Ruhu oxşayan,
O zərif çiçək,
Ümidlə dolu
Bir sevinc idi.
Güllə yağışı, aman vermədən,
Yağır aramsız,
Fəlakət kimi.
Qəlbimdə isə - sənin
gözlərin,
O çiçək kimi; nə olar,
Məni,
Unutma - deyir.
Mustay Kərim
Başqırd dilindən tərcümə:
Baloğlan CƏLİL
Ədəbiyyat qəzeti.- 2021.-
16 oktyabr.- S.31.