Vasif Süleymanın
qoşmaları
Haçansa belə bir fikir formalaşmışdı
ki, qoşma və həmçinin gəraylı şeir növlərinin "intibah
dövrü" XVII - XIX əsrlərdir
ki, bu əsrlərdə
Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Molla Pənah Vaqif, Vidadi, Zakir, Aşıq Ələsgər, Aşıq
Alı, Aşıq Hüseyn Bozalqanlı kimi ustad şairlər
qoşmanı populyar bir janra çevirmişlər.
Doğru.
Amma XX əsrdə qoşma özünün klassik ənənədən gələn
ən yaşarı xüsusiyyətlərini saxlamaqla
yanaşı, yeni keyfiyyətlərini də
üzə çıxarmışdır.
"XX əsr Azərbaycan qoşması"
xüsusunda tədqiqatlar
aparılıb, amma bununla yanaşı, belə bir mövzu
konseptual şəkildə
elmi tədqiqat işi kimi öz
həllini gözləyir.
Çünki XX əsr və
həmçinin iki onilliyini başa vurduğumuz XXI əsrdə
qoşma çoxçalarlı
məzmunu, poetexniki elementləri ilə o qədər zənginləşib
ki, mövzunun ucu-bucağı görünmür
(və eyni zamanda bu zənginliyə
əks olan və ağzınadək çiy materialların toplaşdığı "qoşma
anbarını" da
unutmayaq). Heç
təfərrüata da
varmıram, S.Vurğunun,
S.Rüstəmin, N.Xəzrinin,
B.Vahabzadənin, H.Arifin,
M.Arazın, Ə.Kürçaylının,
H.Kürdoğlunun, M.Günərin,
M.İsmayılın, M.Aslanın,
Z.Yaqubun, S.Sərxanlının,
M.İlqarın, Akif Səmədin adlarını
çəkmək kifayətdir
ki, bu müəlliflərin
hər biri dildən-ağızdan getməyən
qoşmaları ilə
şöhrət qazanmışlar.
Qoşmaların növlərinə
gəlincə, "dodaqdəyməz",
"qıfılbənd", "bağlama", "qoşaərpaq
qoşma", qoşma-təcnis,
gözəlləmə və
s. formaları var. Bunların
əksəriyyətinə aşıq
poeziyasında rast gələ bilərsiniz. Xüsusilə Vaqif və Aşıq Ələsgərdə.
Məzmununa gəldikdə
isə aşiqanə gözəlləmələrdən tutmuş, ictimai-siyasi məzmunlu qoşmalara qədər rastlaşarsan.
Bu kiçik məlum
şərhimizdən sonra
qoşmanın bu dövrdə bir şairin - Vasif Süleymanın yaradıcılığında
necə özəçilik
qazandığına diqqət
yetirək. Niyə məhz Vasif
Süleymanı? Çünki Vasif Süleymanın şeir yaradıcılığının
böyük bir hissəsi qoşma ilə bağlıdır.
Və ən əsası isə Vasif Süleyman bu sahədə yaxşı nümunələr də yaradır. O, klassik qoşma yaradıcılığına
və həm də XX əsr şairlərimizin yaratdıqları
qoşma nümunələrinə
yaxşı bələddir,
qoşmanın formal, çərçivəli,
texniki tərəflərinə
də əməl edir, amma məzmun
etibarilə öz qoşmalarında bu dövrün poetik təfəkkürünü ifadə
etməyə çalışır.
Vasif Süleyman qoşma janrında inqilab, təkamül yaradıb eləməyib, lakin onun qoşmaları bədii təfəkkürün
yeniliyə, yeni söz deməyə meyil etdiyinin göstəricisi hesab oluna bilər.
Onun "Lalə"
adlı qoşmasına
müraciət edək. Laləyə aid onlarca qoşma var və bu
çiçəyin müxtəlif
variasiyalarda vəsfinin
şahidiyik. Amma
Vasif Süleyman yaralı, şaxtanın soldurduğu bir lalədən söz açır:
Səni
vurdu, hansı qışın sazağı,
Niyə gəldin bu zəmiyə gec, lalə?
Tələs, adi gül olarsan, yaz ağzı,
Yığ köçünü, bu yerlərdən köç, lalə!
Kim öyrətdi dərilməmiş
solmağı,
Gözəlliyə hörülməmiş solmağı.
Niyə
gördüm, görünməmiş
solmağı,
Demərəm ki, günahımdan
keç, lalə!
Oda salmaq hər bəlanın işimi...
Lalə
olmaq hər lalənin işimi...
Saxlayıram bir aləmin işini,
Götür məni bu yerlərdən
uç, lalə.
Vasif Süleymanın güllərə,
çiçəklərə aid belə şeirləri az deyil və
hər birində bunca həzin, kövrək notlarla üzləşirik.
Azərbaycan qoşmalarının təxminən
yüzdən səksəni
sevgidəndir və Vasif Süleyman da dönə-dönə sevgidən yazır. Özü də
ən çox onun sevgi şeirləri
hicran motivinə köklənib. O qədər
hicrandan, ayrılıqdan,
sənsizlik sitəmindən
yazıblar ki, fikirləşirsən: Vasif
Süleyman nə yazacaq və necə yazacaq. Bu məqamda çox
Fələk, sənnən düz
dolana bilmərəm, sevdiyim, mərhum deməyə dilim gəlmədiyi Məstan Günərin ən gözəl bir qoşmasını xatırlayıram:
Məni dönüb-dönüb yaralayıbsan.
Yurdumu böldüyün bəs deyildimi,
İndi də eşqimi paralayırsan?
Gennən
durub bəh-bəh deyən çox idi,
Qaşlar qara, kirpikləri oxuydu.
Dünyamı darıydı, yermi
yoxuydu
Dağları sinəmdə sıralayıbsan?
Müasir dövrümüzdə belə
nadir sevgi şeirini çətinliklə tapmaq
olar. Amma Vasif Süleymanın
qoşmaları içində
qoşmanın şəklini
deyil, özünü
yaradan nümunələr
var.
Hər şey gözəliydi, nə varıydısa,
Köksümə vurduğu yaraya qədər.
Bu ömrün əzəldən
bəllidi rəngi,
Qaradan başlayıb
qaraya qədər.
Tanrım,
bu sevgidir, rəhm eylə bir az,
Bir addım ataqmı, olmaz ki, olmaz...
Vermisən dərdini, dərmanını
yaz,
Qalmarıq tapılan çarəyə
qədər.
Vasif Süleyman
gözəl təcnislərin
də müəllifidir. Məlumdur ki,
qoşmanın bu növündə aşıq
poeziyası ənənələrinə
sadiq qalır. Şeirin içində omonim sözlərdən məharətlə
istifadə etmək, söz və kəlmə oyununu poetik yaraşığa çevirmək o qədər
də asan deyil. Onun bir şux ovqatından
yazılmış təcnisini
misal gətirim ki, Vasifin aşıq
poeziyasına necə bağlı olduğunu, amma bu bağlılıqda
təqlid olmadığını
görərsiniz:
O mənə atmışdı
qar topasını,
Mən atdım,
dəymədi qar qıza, vallah.
Əlimin
içində qar od kimiydi,
Hələ görməmişdim iqar qıza, vallah.
Kimində göz olur, məndə dil açdı,
Bu da bir oyunmuş, adı-dilacdı.
Ürəyim birinci sənə
dil açdı,
Açmadı baxışı qar qıza, vallah.
Kimmiş
buza oğlan, qara qız deyib,
Qar buxaq, qar sinə,
qar ağız deyib,
Bilmirəm kim sənə qara qız deyib,
Vasif bənzədirdi
qarqıza, vallah.
Təbii ki, mən Vasif
Süleymanın qoşmalarının
ancaq güllərə,
çiçəklərə, kədərli duyğulara,
həsrətə həsr
olunduğu fikrində
deyiləm. Onun Vətənlə, ömür-günlə,
qızlarına ata sevgisi ilə bağlı şeirləri
də var. İstedadlı
bir şair üçün nədən
yazmaq heç bir problem yaratmaz. Çox istərdim ki, Vasif Süleymanın qoşmaları bu günün, bu dövranın ab-havasını
da yaşatsın.
İşığı bol olsun o qoşmaların.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 23
oktyabr.- S.11.