Çağdaş Monteneqro şeiri

 

Yazıçı jurnalist, Biyelo Pole şəhəri yaxınlığında, Zatonedə doğulub. Podqoritsedə yaşayır işləyir.  Əsl göz yaşları iki məktub”, “Doğmalardan”, “Doğmalara”, “Vot”, “Kəpənəkdə Ay” , “Sarayevo tufan öncəsi əfsanələr üçün alqışlarkimi kitabların müəllifidirİntervüdərgisinin, “Zatonqəzetinin Odgovor.meportalının baş redaktorudur.

 

Eşq

 

Çedomir Çupiçə ithaf

 

Heç kim belə sakit

gülməmişdi -

necə ucadan səslənirdi.

Heç kim qəddarlığa

belə xəsiscə sevinməmişdi -

lap cəlladın özünə

ağrılı gəlirdi bu.

 

Yenə gülümsə

Çedomir!

Bir eybəcər zaman gəlib,

yenə cəllad qarğa kimi,

çapıcanın ətrafına dolanır.

Bıçaqlar itilənir, tüfənglər təmizlənir.

 

Gülümsə, gülümsə

Çedomir.

qoy karlar görsünlər ki,

ruha güllə atmaq olmur.

 

Günahkarsan, Risto

 

Tale yaxınlaşanda

uğursuza, qolları budaqlanmış,

o cibli qəmli qurşağını sıxacaq.

Onda, Slobonun tabutda dedikləri

bir neçə kəlməyə sığacaq:

Afərin, Risto!”.

 

Risto, sən günahkarsan,

amma bircə şeiri

kilidləmədiyin üçün

sənə sağ ol düşür.

 

İndi mən, oraya

bir fikir, ya nöqtə qoya bilərəm.

 

Poeziya, sənə görə utanıram!”,

bunu bəzən bağırtıyla deyirdin,

çünki bunun necə ağrılı olduğunu

söyləməyə söz çatmırdı.

 

mən dayanacağam

şeirlə yarıyacan,

yalnız mənə söylə görüm,

zamanın insanı aldatması necə olur,

Risto?

 

Son

 

Qaranquşlar uçub getsə

bu hələ sonun sonu deyil;

o, geriyə qayıtmasa

bu, sonun sonu olacaq.

 

Kədər

 

Göy üzü məni

ulduz tozuna bələdi.

Arzular məndən qaçdı -

şeytan xaçdan qaçan kimi.

 

Heç özüm məndə yoxam,

ayrı şey məndə yox,

gümanlardan hara qaçım,

əsasən əzabdan.

 

Əllərimi yelləyərəm,

dualar şığıyar ki,

Allahdan xahiş eləyim:

Məni bir oyatma”.

 

Tərcümələr Elxan Zalındır

 

Ədəbiyyat qəzeti.- 2021.- 23 oktyabr.- S.24.