Məhəbbətin gücü
Hekayə
Anası onu cəmi bir gün azad buraxdı. Səhər tezdən yenə də həmin mövzuya dönmüşdü. O, anasına cavab verməmək üçün arxa pəncərənin qarşısına keçdi. Orada həmişədən köhnə, uçuq-sökük bir daxma var idi. Hələ pəncərəni açmamış həyətdə nəyinsə qaraldığını görüb təəccüb etdi. Əlini uzadıb pəncərəni acdı. Gözünün önündə canlanan mənzərə onu mat qoydu. Köhnə, uçuq evin yerində yeni tikilmiş səliqəli bir mənzil var idi. Həyət-baca da səliqə-sahmanlı idi. Onuru ən çox təəccübləndirən məhəllədə gəzişən sarışın qız idi. Ona elə gəlirdi ki, ömründə belə qız görməyib. Elə bil yuxu görürdü. Qız əlindəki balaca qırmızı vedrəni su ilə doldurub ayaqlarına tökürdü. Sanki bunu Onura acıq vermək üçün edirdi. Çünki hər dəfə aşağı əyiləndə sarı ipək saçları aşağı tökülüb qıza daha da gözəl görkəm verirdi. Onurun ürəyi az qala ağzından çıxa-çıxa arxaya dönüb dedi:
- Ana, bunlar kimdir? Bura nə vaxt köçüblər?
Heç burada yeni bir ev tikildiyindən mənim xəbərim olmayıb.
O, sualları yağış
kimi yağdırandan sonra özündən asılı olmayaraq, qız nə gözəldir? - dedi. Səlmi oğluna cavab verməsə də iki-üç gün onu narahat etmədi,
Gülüşün adını
ağzına da almadı. Sanki qurbağanın gölünə
daş düşmüşdü.
Onurun gözü pəncərədə
qalmışdı. Artıq
qızın bəzi xüsusiyyətlərinə, hətta
bir az
dəlisov olmasına da bələd idi. İki günlük sükutdan
sonra Onur yenidən qız haqqında sual verməyə başladı.
Qəribə də olsa qadın mülayim bir tərzdə oğluna cavab verirdi. Bir səhər o aydınca, oğlum mən də çox istəyirdim ki, Aysel sənə yar olsun, - dedi.
Onu bilirəm ki, çox ərköyün
qızdır. Gələn elçilərin
hamısını qaytarır.
Onur anasına bir söz deməyib çölə çıxdı.
Bir neçə gün də ötdü. Onun məzuniyyəti bitmək
üzrə idi. Amma heç nə əldə edə bilməmişdi. Bir yaxşı iş olmuşdu ki, Səlmi susmuşdu. Axırıncı iki gün idi ki, oğlan
tərs dəyirmana dönmüşdü. Birdən qızgilin
həyətində hay-küy
qopdu. Onur heç nəyə
baxmadan onların məhəlləsinə keçdi.
Burada hər kəs qışqırırdı. Yanğın
başlamışdı. Su motoru taxılmış
olan şəbəkə
alışıb yanırdı.
Alovun dilləri yuxarıya doğru qalxıb pərdəni bürümüşdü.
Oğlan
irəli atılıb
döşəmə taxtası
ilə vurub motoru şəbəkədən
ayırdı. Sonra isə
qapının önünə
salınmış kiçik
xalçanı götürüb
onunla alovlanmış
pərdəni söndürdü.
Onun əllərini alov qarsımışdı. Saatının qayışı qızıb
qolunu yandırırdı.
O, saatı qolundan açıb indicə ətrafa nəzər saldı. Aysel qar kimi ağappaq olmuşdu.
Onurun baxışları onun üzündə dayananda qız qaçıb su gətirdi. O, suyu alıb içdi. Lakin gözünü qızdan çəkə
bilmirdi. O gecə
oğlanın gözünə
yuxu getmədi. Səhər yerindən duran kimi, - ana
Ayseldən xoşum gəlir, - dedi. Məzuniyyətini bitirib işə
qayıtdı. Bu dəfə tək deyil, ürəyində gözəl bir qızla hərbi hissəyə çatdı.
Bundan sonra hər dəfə evə gələndə gözü
anasının ağzında
qalırdı. Amma qadın
dinib-danışmırdı. Heç Gülüşün də
adını çəkmirdi.
Amma bu dəfə
qapıdan içəri
girməmiş qadının
üzündəki sevinci
hiss etdi. Bu sevincin
qızla əlaqəli
olduğunu düşünüb
ürəyi çırpındı.
Doğrudan da, qadın Onurun paltarını dəyişməyinə
aman verməyib sözə başladı:
- Ayselin başına dönüm. Lap ürəyimdən
xəbər verir dedi. Deyir, Onurla ailə
quraram, bu şərtlə hərbidən
işdən çıxsın.
Sevinci ürəyində parça-parça
olan oğlan anasını danışmağa
qoymadı: - Bilirsən
nə var? Mən vətənim darda ikən, torpaqlarım işğal altında olan bir dövrdə
heç vaxt başqa işə keçmərəm. Bir daha
o qızın adını
mənim yanımda çəkmə. Yemək yeməmiş
otağına keçdi.
Kədərdən üzülsə də bir daha
pəncərəyə yaxınlaşmadı.
O, Ayseli hədsiz sevir və çox
məyus olurdu. Gedənə yaxın yenə də nə isə öyrənmək ümidi
ilə - ana, mən onlara yardıma gedəndə saatımı orada qoymuşam, - dedi. O saat köhnə olsa da mən
ona öyrəşmişəm.
Səlminin nə xəbərlə
gələcəyini gözləyən
oğlan təəccüb
içində işə
qayıtdı. Qəribə
olsa da, saat bizdə deyil cavabını alan qadın
qonşularla mübahisə
etmədən evə dönmüşdü.
Ertəsi gün hərbi hissəyə çatan Onur ermənilərin yeni həmləsinə tuş gəldi. Onun nəinki
saat heç Aysel haqqında düşünməyə macalı
yox idi. Şiddətli atışma gedirdi.
Ermənilər iri çaplı
silahlardan atəşə
başlamışdılar. Yaralılar var idi. Onur ön xəttə gizirləri keçirib, hərbi xidmətdə olan uşaqları arxaya keçirdi. İnsanlar artıq otuz il idi ki, itkilər
verə-verə acgöz
ermənilərin torpaq
iddiasının qarşısını
alırdı. Hər dəfə
qızışıb ortaya
düşən bu həyasız xalqın burnunu ovub geri
qaytarırdılar. Başqa millətlərin
qüvvəsinə, silahına
və pulla tutulmuş əsgərlərinə
güvənən ermənilər
bu dəfə lap qızışmışdılar.
Aysel birinci dəfə idi ki, belə bir
hadisə ilə qarşılaşmışdı. Onlar indiyə
qədər Rusiyada yaşamışdı. Doğma rayonda
müharibə getdiyini
isə sadəcə eşitmişdi. Artıq bir
həftə idi ki, yağış kimi yağan mərmilərin altında
yaşayırdı. Dəhşətli səsdən qulaqları batırdı. Gecə-gündüz mərmilər yağış
kimi yağırdı.
Təkcə özü deyil,
anası da mat qalmışdı. Burada hər
kəs öz işinin, gücünün
başında idi.
Ağlayanda ağlayır, ayağa
duranda pəhləvan kimi dururdular. Demək olar ki, hər
gün şəhid qəbul edir, bu acını elliklə bir nəfər kimi qəbul edib kədərə, göz yaşlarına qərq olurdular. Bununla yanaşı, uşaqdan böyüyə kimi hər kəs tək bir söz
bilirdi: Bu vətən
bizimdir. Bura erməni ayağı
dəyə bilməz.
Ölən öləcək,
qalan qalacaq! İşğal altında
olan torpaqlarımızı
da azad edəcəyik!
Onurun adı dillərdə gəzirdi. Hər kəs
onun döyüşdə
göstərdiyi rəşadətdən
danışırdı. Hər yeni xəbərdən sonra Aysel hamıdan
xəlvət otağına
qaçır, çarpayısının
altında gizlətdiyi
saatı çıxarıb
tumarlayır, bəzən
isə öpürdü.
Qız çox peşman idi. İndi tək bir arzusu var idi.
O da döyüsənlərə
bənzəmək istəyirdi.
Bu gün atışma
lap artmışdı. Aysel yerində
donub qalmışdı,
çox qorxurdu.
Dəhşətli top, mərmi səsindən
sonra qorxa-qorxa başını pəncərədən
çölə çıxarıb
insan selini görəndə damarında
qan dondu. Qız əhalinin rayonu tərk etdiyini düşünürdü. Lakin əhali üzü döyüş yerinə doğru axın edirdi. Hər kəs döyüşçülərə
nə isə aparırdı: siqaret, yemək-içmək, meyvə
və sairə. Ən təəccüblüsü o idi
ki, dünən dava edən qonşular cəbhəyə
doğru birgə addımlayırdı. Onların
cəbhə bölgəsinə
sarı getdiklərini
eşidən qız
mat qaldı. Hərə bir xəbərlə
gəlirdi. Ən dəhşətli
xəbər isə generalın şəhid olması idi. Hər kəs ağlayırdı.
Bütün xalq ayaq üstə idi. Xalq uğrunda canından keçən general xalq tərəfindən alqışlarla
qarşılandı. Uşaqdan böyüyə
kimi hamı onun qanının yerdə qalmayacağına
and içirdi. Qız şəhidlərin
son mənzilə yola salınma mərasiminə
nə ad verəcəyini
bilmirdi. Buradakı mərdlik,
qürur, çırpıntı
onun ürəyini silkələyirdi. Yeni bir xəbər rayona bomba kimi düşdü.
Onur ağır yaralanmışdı.
Deyilənə görə, onu
da rayon xəstəxanasında
yerləşdirmişdilər. Aysel Allaha yalvarıb Onurun sağ-salamat qayıtmasını arzu edirdi.
Onur gözünü
bir həftədən
sonra açdı. İlk gözünə
sataşan tibb bacısı oldu. Təəccüblə gözünü tibb bacısının üzünə dikdi.
Qadın gülümsəyib:
Şükür Allaha,
qolun kəsiləsi olmadı. Yoxsa o sarışın, gözəl
qiz: - mən qolumu Onura verirəm
- deyirdi.
Onur qoluna baxıb gülümsədi və tibb bacısına təşəkkür etdi...
Sona İSMAYILOVA
Ədəbiyyat qəzeti.- 2021.- 23
oktyabr.- S.28.