Mehmet Akif Ersoyun
şeirlərinə təzminlər
I
"Getdin,
beni kimsesiz buraxdın,
Yaxdın,
beni həsrətinlə yaxdın"
Yandın
niyə tez belə? Şam idin,
Söndün
niyə tez belə? Çıraqdın.
Dağlandı
sinəm bu ayrılıqdan,
Arxamda mənim
həmişə dağdın.
Gözlər
niyə öylə tez qapandı?
Dan ulduzu
tək ayıq, oyaqdın.
Ömrün
dirəyi yıxılmaq üzrə,
Sən
ki, mənə sevgilim, dayaqdın.
Sağmı?
Ölüdür zavallı Şahin,
Şahin
sağ idi, neçin ki, sağdın.
3.10.2002
Üçüncü
Divan, 2008, səh.917-918
II
"Ya
İlahi, bize toviqini gönder... Amin!
Doğru
yol hankısıdır millete göster... Amin!"
Yağılar
var ki, ürək yağıma göz dikmişlər,
Yağa daş
başlarına, qoy düşə qəmbər... Amin!
Kişnəyə
at, atıla top, yox ola işğallar,
İgid əsgərlər
ilə qoy dola səngər... Amin!
Gəldi
hərb əyyamı, eşq əyyamı qalsın gendə,
Eşidib
sözlərimi qoy deyə dilbər: Amin!
Nə qəzəl
vaxtıdır? Ehya ola Hadi, Səhhət,
Qoy dola
asi şeirlər ilə dəftər... Amin!
Sabirə
sən təzədən bəxş elə can, ey Rəbbim,
Təzə
"Hop-hop" yaza qoy Mirzə Ələkbər... Amin!
Şahinəm,
bəxş eləyibsən mənə illərlə qələm,
Al əlimdən
qələmi, ver mənə xəncər... Amin!
5.10. 2002
Üçüncü
Divan, səh.918-919
III
Gərçi
yer üstündə yerin yer-varı,
Yer
varının göydədi sahibkarı.
"Torpağı
otdurmu deşən şövq ilə?
Ot deyil,
onlar dədənin saçları".
Əksidir
orman neçə rəhmətliyin,
Gül
neçə gülçöhrə qızın paltarı.
Göydə
günəş çəkmədə yer dərdini,
Rəngini
hicran eləyib sapsarı.
Canda
bütövlükdən əsər qalmadı,
Çoxdan
olubdur mənim ömrüm yarı.
Yer
varı cəlb eyləməyir Şahini,
Yer
varının göydədi sahibkarı.
18.10.2002
Üçüncü
Divan, səh.920
IV
Qəlb
içrə fərəh dönüb qəm oldu,
Cənnətdi
günüm, cəhənnəm oldu.
Ağ idi
gecəm də, gündüzüm də,
Aləm mənə
qarə aləm oldu.
Yar
öldü və həmdəmim yox indi,
Təklik
mənə yarü həmdəm oldu.
Yarəb,
çürümür bəbək nədəndir?
Bir dəm
qurumur gözüm, nəm oldu.
Ay bitdi,
adı məhərrəm idi,
Ay yox, mənə
il məhərrəm oldu.
"Axşam
nə günəşli bir gecəydi,
Eyvah, o da
leyli-matəm oldu".
Şahin,
çəmən üstü qaldı şehsiz,
Amma
gözüm üstü şəbnəm oldu.
6.08.2002
Üçüncü
Divan, səh.906-907
V
Verməyin
siz mənə qəm, mən qəmi az-çox bilirəm,
Qəlbimi
xürrəm edən xürrəmi az-çox bilirəm.
Mənə
söz söyləməyin gizlicə, yox faidəsi,
Aşikar
söz danışın, mübhəmi az-çox bilirəm.
Göydə
Kövsər bulağı, yerdəsə Zəmzəm suyu var,
Kövsərə
yetməmişəm, Zəmzəmi az-çox bilirəm.
Özünü
zənn eləyən Məcununa tay adəm çox,
Neçə
divanədəki görkəmi az-çox bilirəm.
Etməsinlər
mənə hər məlhəmi təqdim, ayığam,
Dərdimə
çarə olan məlhəmi az-çox bilirəm.
Eşqi təbliğ
eləmək borcudur aşiq olanın,
Eşqdə
möhkəm olun, möhkəmi az-çox bilirəm.
Nə
gözəl söylədi misrasını Ərsoy, Şahin:
"Mən
də tarix oxudum, aləmi az-çox bilirəm".
11.01.2005
Üçüncü
Divan, səh.957-958
VI
"Ey
şehit oğlu şehit, isteme benden makber,
Sana
ağuşunu açmış duruyor Peyğember"
Ey Vətən
qeyrətini hifz eləyən namusla
Şəhidim,
Haqqa tapındın deyib "Allah Əkbər".
Başladım
etməyə azad halal mülkümü ki,
Qarətə
başlamasın bir də rəzil qarətgər.
Qaldırıbsan
göyə şəstlə babanın bayrağını,
Ey şəhid
oğlu şəhid, ey igid, ey cəngavər.
Sən
"Vətənnamə" yaratdın və yaşatdın
adını,
Döşəyin
səngər olubdur, dizin üstü dəftər.
Sən
yaşam haqqını yazdın adına süngü ilə,
Sənə
köynək kəfən olmuş, sənə süngü-xəncər.
Can fəda
eyləməyə sən tək oğullar vardır,
Gətiribdir
analar aləmə sən tək əsgər.
Ey şəhid
oğlu şəhid, ər soyu olmuş cəddin,
Ey vətənpərvərim,
ey elsevər, ey yurdpərvər.
Mehmet Akif
deyəni söylədi Şahin Fazil:
"Sənə
ağuşunu açıbmış duruyor Peyğember".
VII
"Bastığın
yerleri "toprak" diyerek geçme, tanı,
Düşün
altındakı binlerle kefensiz yatanı"
Üfqün
al şəfəqindən Yerə nur enməkdə,
Düşünən
çoxmu görən günçıxanı,
günbatanı?
Qan ki, can
cövhəridir, bilməliyik qiymətini,
Axıdan
var nə səbəbdən yerə bihudə qanı.
Nəyə
lazım, kimə vacib bu qədər əsləhələr-
Yeri toplar
dağıdır, mərmi isə asimanı.
Nə
zaman dinc olacaqdır görəsən Yer Kürəsi,
Unudurlar nə
üçün Yer Şarını fırladanı?
Yaşadır
bizləri, pislikmi edirmi əcəba?
Çox
təəssüf ki, pərişan eləyirlər cahanı.
Vətən
uğrunda əgər kim şəhid olmuşsa halal!
Söyləyərdim
ki, şəhiddir cahanın qəhrəmanı
Şəhidi
yoxsa, şəhadət vətənə qismət olar,
Vardı
dövlət ki yox oldu, hanı dünyadə, hanı?
Düşmüsən
məktəbə dünyayə gəlib, ey Şahin
Keç
şəhid dərsini, Allahına ver imtahanı!
07.06.2021
VIII
"Allahı
seversen, nazarımdan güzer etme",
Şayəd
güzər etsən mənə bir də nəzər etmə.
Dünyadə
əzəldən, gözəlim, faidə eşqdir,
Eşq
faidədir, faidəni sən zərər etmə.
Sevda
yolunun yolçusuyam, yoldan ayırma,
Sevdadə
qazanc etdiyimi gəl hədər etmə.
Məcnun
quru çöllərdə gəzib çölbəçöl
oldu,
Rəhim
et, bu şəhər sakinini dərbədər etmə.
Tənha
adamın zilləti var, zillətə düşmə,
Dərd
aləminə, ey mənə Leyla, səfər etmə.
Aşiq
ki, xəta eylədi, billah xətərdir,
Səhv
etmə, xəta eyləmə, əsla xətər etmə.
Bülbül
qələt eylər səsinə cəh-cəhi çatsa,
Avazını
susdurma, sözü müxtəsər etmə.
Baldan da,
şəkərdən də şirin günlərimiz var.
Günlər
ki, şirindir, acı etmə, zəhər etmə.
Can
cövhərimi etmə quru, qupquru, yaxud
Göz
yaşlarımı, Mərmərə etmə, Xəzər etmə.
Ərsoy
kimi Şahin də sənə yalvarır, ey yar,
Allahı
sevərsən, nəzərimdən güzər etmə.
IX
"Çektirme,
İlahi, bu kadar zilleti... Amin!"
Millət
yaradıbsan və yaşat milləti... Amin!
Sən cənnəti
Yerdən aralı Yerdə qurubsan,
Eykaş
görək, Yerdə də biz cənnəti... Amin!
Tam
saflığa, ülviyyətə yetmək deyil asan,
Hər kəsdə
görək bakirə ülviyyəti... Amin!
İnsanlarımmız
var eləyər vəhşini həm mat,
Yerdən
uzaq et Yerdəki vəhşiyyəti... Amin!
Çox-çoxdur
işin, Yer yaradıbsan sanı-sonsuz!
Artır
bu Yerə bir qədəri diqqəti... Amin!
"Boşqab"
uçuran var arabir başımız üstdə,
Kaş
faş ola "boşqablıların" niyyəti... Amin!
Bərpa
elə haqq işləri ki, haqqsız edirlər,
Bərpa
elə istiqlalı, hürriyyəti... Amin!
Şahin
nəçi ki əmr edə, Allah, ricadır:
Artır
qoca dünyadəkı əmniyyəti... Amin!
10.06.2021
Şahin FAZİL
Ədəbiyyat qəzeti.- 2021.- 23 oktyabr.- S.29.