Nizaminin müasiri olan Avropa şairləri:

 

Ditmar fon AYST

 

Səlim Babullaoğlunun təqdimatında

 

Ditmar fon Ayst / Dietmar von Aist (1115-1171) - orta əsrlər alman poeziyasının erkən minnezanq (trubadurlara truverlərə yaxın olan bu məhəbbət şairlərinin yaradıcılığında gedonizm daha azdı) dövrünə aid nümayəndəsi. Ditmar Avstriya baronları nəslinin təmsilçisidir. 1140-1170-ci illəri əhatə edən Zalsburq, Regensburq Vyanaya aid tarixi sənəd salnamələrdə onun adı mənsub olduğu səcərə ilə bağlı məlumatlara rast gəlinir. Ayst ləqəbini baba mülkünün xarabalıqları yerləşən Yuxarı Avstriyadakı eyniadlı çaya görə götürüb. Çoxsaylı şərqi şeirlərin ona aid edilməsinə baxmayaraq yalnız bir neçə poetik mətnlə bağlı onun müəllifliyi şübhə doğurmur.

Ditmar fon Ayst yaradıcılığı adi saray minnezanq (meyzinger) lirik poeziya formaları arasında birləşdirici zəncir hesab olunur. O, rferen istifadə edən ilk şair idi. Əksər şeirləri qadın-kişi münasibətlərinə həsr olunan for Ayst daha çox qadınların dilindən yazırdı şeirlərini. Onun şeirlərinin personajı güclü, seçim iradəsi olan qadınlardı.

Ditmarın şeirləri "Maness kodeks"ində (orta əsrlər dövrünün ən məşhur illüstrasiyalı tarixi mənbəsi, salnaməsi; bu mənbələrin mərkəzi fiqurları cəngavərlər, eyni zamanda onların sırasından olan şair-cəngavərlərdi; Maness adı ilk mənbələrin sifarişçisi Sürixdən olan cəngavər Rüdiger fon Manesslə bağlıdır) yer alıb.

 

Yatırsanmı, gözəl sevgilim?

 

Yatırsanmı, gözəl sevgilim?

Təəssüf, yaxında oyanacağıq.

Bir quşcuğaz, şirin-şəkər bir varlıq

Qondu bir cökə budağına.

Çox rahat yatdım, yatıb qaldım.

İndi səslənirsən ki, ay uşaq, oyan.

Cəfasız eşq səfa olmaz.

Sevgilim, istəsən, edərəm.

 

Ağlamağa başladı qız:

"Atına minib gedir, məni tərk edirsən.

zaman dönəcəksən geriyə?

Xoşbəxtliyimi özünlə aparırsan?".

 

Orda tənha qadın dayanmışdı

 

Orda tənha qadın dayanmışdı

Çölün o yanına zillənmişdi.

Sonra da öz sevgilisinin arxasınca baxdı.

Daha sonra səmada süzən

qartala nəzər saldı.

"Ömrün uzun olsun, qartal!

Hara istəsən uça bilərsən.

istəsən edə bilərsən.

Mən eləydim.

Baxışlarımın seçdiyi

Kişini sevdim.

Düzdür, gözəl qadınlar bu seçimdən

Narazı qaldılar.

Niyə istəmirsən seçdiyim kişi mənim olsun?

Mən axı onun dostlarından heç kimi istəmirdim...".

 

Ədəbiyyat qəzeti.- 2021.- 30 oktyabr.- S.3.