Türkiyə və Azərbaycanın birlik rəmzi –
əkilən
çinar ağacları, yenidən doğulan Qarabağ
Qurmaq,
yaratmaq türkün fitrətindədir. Türk fatehləri
öz kimliklərini istər hərb meydanında göstəriblər,
istərsə də mədəniyyət adına gerçəkləşdirdikləri
abidələr sırası
ilə. Bu gün
Qarabağda atılan hər addım, Qubadlıda, Zəngilanda, Füzulidə, Şuşada
görülən işlər
anbaan böyüyən,
artan, dirçələn
gücün nümunəsi
olaraq tarixi yada salmaqda, əcdadımızın ruhuna
layiq davam tapmaqdadır. Bu davam həmçinin iki türk dövlətinin
- Azərbaycan və Türkiyənin birliyi, qardaşlığı, dostluğu
timsalında da təkrarlanır və dünyanı heyrətdə
qoyan münasibət statusu alır. Ölkə başçısı İlham
Əliyevin dediyi kimi, "bu gün regional işlərdə,
hətta dünya çapında Türkiyə
və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli
amilə çevrilib".
Bu yerdə bir məqama vurğu salmadan ötə bilmirəm. Zəngilanda
"Dost Aqropark"ın təməlqoyma
mərasimində Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ali Baş Komandan İlham Əliyevin birlikdə əkdikləri
çinar ağacına!
Ağac yaddaşdır, ağac dirilikdir, dirçəlişin
rəmzidir. Ağac yuvadır,
güvəncdir, insan həniri ilə başını göylərə
dayamış qaladır.
Millətin varlığına, mərhəmətinə, sülh
diləyinə işarədir.
İçindəki qurmaq, yaratmaq
şövqünün nişanəsidir.
O şey ki, ermənilər bundan məhrum olublar. Onların talan edib viranə
qoyduqları məkanlar
torpağın öz doğma övladlarının
əli ilə canlanır, cücərir,
yaşıllanır indi.
Həmin təməlqoyma
mərasimində əkilən
çinar ağacı,
bu monolit lövhə mənə istiqlal şairimiz Bəxtiyar Vahabzadənin
"Azərbaycan-Türkiyə" şeirinin iki misrasını xatırlatdı:
Bir ağacın iki qolu
O da ulu, bu
da ulu
Azərbaycan-Türkiyə.
Bəli, bu gün onlar
bir ağacın iki qolu kimi
görünürlər - əzmli,
rəşadətli, bütün
müstəvilərdə qalib
gəlmiş ölkə
başçıları. Əlbəttə
ki, Azərbaycan-Türkiyə
birliyi dünyaya dostluq, qardaşlıq adına örnək
olmaqda, müzəffər
liderliyin növbəti
əməli ifadəsini
sərgiləməkdədir. Bu münasibət həmçinin dünyada
qlobal zor stixiyasının hökmfərma
olduğu indiki zamanda dostluğu, qardaşlığı meyara
çevirən bir siyasi gücün varlığının təminatçısıdır.
İndi bu güc Qarabağı
cənnətə, gülüstana
çevrmək üçün
bir yerdədir.
Düşmən işğal etdiyi ərazilərimizi 30 ilə
yaxın zaman kəsimində xarabaya çevirməklə məşğul
oldu. Bir dəfə yazmışdım,
heç Eşq olan ürəkdə viranəliyə yer olarmı? Olmaz! Necə ki, Ali Baş Komandan bütün varlığına hopmuş
sevinc duyğusu ilə öz Eşqini bu torpağın hər qarışına sığal
çəkərək bəyan
etməkdədir. "Torpağı əkib beçərmədinsə, onu
qorumağa dəyməz"!
Minillərin o tayından
gələn bu hikməti doğma Qarabağımızı dirçəltməklə
daha dərindən
hiss edirik. Bir də türk fatehliyinin mənəvi mehrab ola
bilmək amalını
görəndə. Rəcəb Tayyib
Ərdoğanın bəyanatı
sübut etdi ki, türk lideri
ayırıcı deyil,
birləşdirici yolun
tərəfdarıdır, ədavətin
deyil, sülhün elçisidir. Buna sübut
üçün Türkiyə
ölkə başçısının
Hz. Mövlanənin "Sən
də gəl..." çağırışı üstə köklənmiş
və eyni missiyanı hədəf alan fikirlərini
nümunə gətirmək
kifayətdir: "Gün
gələcək Zəngəzurdan
çıxıb İstanbula
qədər gedə biləcəyik, İğdıra,
Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə
çevrilmə imkanı
möhkəmlənəcək. Bu inkişafdan İran,
Gürcüstan, Ermənistan
da daxil olmaqla Azərbaycanın bütün qonşuları
istifadə edəcəklər.
Bir sözlə, bu layihələr kənarlaşdırıcı
deyil, əhatəedicidir.
Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi
və qarşılıqlı
olaraq tanınması zəruridir. Mehriban qonşuluq
münasibətlərinin əsasını
da bu anlayış
təşkil etməkdədir".
Bir mühüm
məqamı da qeyd etmək yerinə düşər. 44 günlük müharibədən
sonra yaşadığımız
Zəfər təntənəsi
günlərində Ali Baş
Komandan daxil olduğumuz yeni təqvimi "Nizami ili" adlandırdı.
Bununla savaş günlərində erməni
xainliyinin bütün
iyrəncliyini canında
yaşamağa vadar olmuş yaralı Gəncəmizə diqqət
və həssaslığını
ərz etməklə bərabər, dünyaya
Nizami xalqı, Nizami milləti olaraq üz tutmağımızın mesajı
kimi dürüst mövqe sərgilədi. Qarabağ yaddaş körpüsü
idi. Qan yaddaşımız oyanmış, zamanlar, əsrlər bir-biri ilə rabitədə bütövlənmişdilər. İndi də qələbənin
bir illiyini qeyd etdiyimiz bu günlərdə Beynəlxalq Hava limanının Füzulidə
inşa edilməsi və iki türk
ölkəsi prezidentinin
məhz bu torpaqda bir araya
gəlməsi düşündürməyə
bilmədi. Füzuli bütün türk
dünyasının könül
şairi sayılır.
Bəlkə ona görə ki, "bütün türk şairlərinin babası"
sayılan Füzuli öz poeziyası ilə yalnız din yolunda deyil, insanın mənəvi və cismani köləliyə qarşı
üsyanının, məslək
və etiqad uğrunda mübarizəsinin
təməlində durur:
Zillət
ilə ləzzəti olmaz həyatın, dustilər,
Nəğdi-can sərf eyləyib,
dünyadan kam almaq gərək!
İcz ilə dönmək ədudən səhlidir, himmət dutub,
Ya şəhid olmaq gərək,
ya intiqam almaq gərək!
44 günlük savaş mübarizəmiz şəhidliyi
bədii-metaforik rəmzə
çevirən Məhəmməd
Füzulinin - orta əsr sufi
şairinin düşüncə
mənalılığının fərqli epoxada, fəqət eyni ahəng və çalarda xalqın milli-mənəvi həyatındakı
xidmətinin davamı
idi. İndi, yaradıcı ruhu
daim göylərdə
pərvaz edən böyük şairin adını daşıyan
torpaqda məhz Beynəlxalq Hava Limanının lentinin kəsilməsi və müzəffər uçuşların
əsasının qoyulması
bəlkə də layiq olduğu adın haqqının verilməsidir.
"Əziz Şuşa, sən azadsan"!
"Əziz Şuşa, biz səni dirçəldəcəyik"!
Ali Baş Komandanın
Şuşanın fəth
edildiyi günlərdə
səsləndirdiyi bu fikirlər hər azad olunan torpağa
münasibətdə refren
kimi təkrarlanmaqdır. Bu fikrin əməli ifadəsi iki ölkə başçısının
iştirakı ilə
elə Şuşada imzalanan "Şuşa Bəyannaməsi" ilə
başlamışdır. Bunu ötən gün öz bəyanatında ölkə
başçısı İlham
Əliyev də qeyd etdi: "Şuşa şəhərində
imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən
müttəfiqlik səviyyəsinə
qaldırmışdır".
Bir il ərzində
həyata keçirilən
işlər - yolların
salınması, tunellərin
tikilməsi, infrastruktur
layihələrinin gerçəkləşdirilməsi
bu müttəfiqliyin meydana qoyduğu gözəl sonuclar oldu. Səkkiz aya inşa olunan Beynəlxalq Hava Limanı isə iki qardaş
ölkənin gücü
kimi mənalana bilər. Biz qələbənin bir illiyini yalnız azad olunmuş yox, həm də
dirçəldilmiş Qarabağın
gücü ilə qarşılayırıq. "Bu
gün Füzuli Beynəlxalq Hava Limanının açılışında
birlikdə iştirakımız
bir daha bizim birliyimizi göstərir, gücümüzü
göstərir. Onu göstərir
ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır.
Füzuli Beynəlxalq Hava
Limanının inşası
cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq
hava limanı inşa edildi. Bu hava limanının
inşasında Azərbaycan
və Türkiyə şirkətləri iştirak
etmişlər. Yəni, bu,
bizim birgə uğurumuzdur".
Hər açılış
mərasimi yeni təməlqoyma mərasimlərinə
vəsilə olur. Açılış
lentini kəsən iki güclü əl birləşib həm də yeni quruculuq proseslərinin təməlini
qoyur: Zəngilan rayonunda "Dost Aqropark"ın
təməlinin qoyulması,
birinci özəl sərmayə layihəsi, böyük avtomobil və dəmir yolunun inşasına başlanılması və
s.
Bir də əkilən çinarlar...
Qarabağ azadlığın və dirçəlişin astanasıdır.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2021.-
30 oktyabr.- S.2-3.