Məmməd İsmayıl Dünya Şeir Festivalında
21-24 oktyabr tarixləri arasında Makedonyanın Tetove
şəhərində iyrimibeşinci
“Naim Günləri”Beynəlxalq
Poeziya Festivalı keçirilib.
Şimali Makedonya və
Albanyanın müxtəlif
şəhərlərində davam edən bu yubiley festivalana
həmyerlimiz, şair
Məmməd İsmayıl
da dəvət edilib.
Festivalda
Konqo, Argentina, Kolubiya,
Almanya, Bolqarıstan, Norveç, Polşa, Hindistan, İngiltərə,Türkiyə,
İtalya, Kosova və başqa ölkədən gələn
qırxdan çox şair iştirak edib.
Festival iştirakçılarının
şeirlərindən ibarət
alban dilində “Külək Simfoniyası”
adlı kitab nəşr edilmişdir. Kitaba Məmməd İsmayılın
yaradıcılıq fəaliyyətinə
aid geniş məqalə
və “Tanrı Bilər”, “Tərəddüdlər”,
“Unutduğun Yerdəyəm”.”İlham”və “Görəsən” şeirlərinə yer verilmişdir. Şeirləri alban dilinə M.İsmayılın dostu Kosovalı ünlü şair J.Kelmendi tərcümə etmişdir.
Onu da qeyd edək ki, bundan
əvvəl J.Kelmendi M.İsmayılın 2018-ci ildə
Kosovada alban dilində mükəmməl
bir kitabını nəşr etdirmişdi.
Kitab istər Kosova, istərsə də Albanya mətbuatdında
geniş işıqlandırılmış
haqqında məqaləllər
yazılmışdı. Elə
həmin il
Həmyerlimiz bu kitabına görə Kosovanın ən önəmli “Azəm Shkrelit” mükafatına layiq görülmüşdür.
Ədəbiyyat qəzeti.- 2021.-
30 oktyabr.- S.31.