Orda dəniz idi, bir də biz idik.
Getdilər Vətəndə
Vətən olmağa
Şəhidlərimizin əziz xatirəsinə
Qoşuldular durna qatarlarına,
Bu payız oğullar
uçub getdilər.
And yeri eləyib torpağı-daşı
Polad qanaqların
açıb getdilər.
Nə qorxu bildilər, nə dincəldilər,
Tərtərdən Laçına gedib çatmağa.
Getdilər Arazdan, Kür sahilindən,
Şuşa dağlarına körpü
atmağa.
Ürəklər atəşli, gözlərdə
tufan,
Göydən ələndilər, yerdən
çıxdılar.
Xaraba kəndlərin divarlarına
Zəfər bayrağını gedib taxdılar.
Təzə iz açdılar
dişlə, dırnaqla,
Dönüb arxaya da baxmadı
onlar.
İki
min yeddi yüz səksən
üç igid,
Durnalar qayıtdı,
qayıtmadılar.
Analar çırpınıb yolların
üstə,
Döndülər göylərin mələklərinə.
Qızlar
bəxt üzüyün,
nişan paltarın
Tökdülər məzara çiçək
yerinə.
Sandılar baharda qayıdıb
gələr,
Bəlkə bu payızda dönərlər geri.
İki
min yeddi yüz səksən
üç oğlun
Evlərdə boşaldı çarpayı
yeri.
Ocaqlar yandırıb nəfəslərilə,
Getdilər dağlarda tüstü qoymağa.
Hərəsi yenilməz, basılmaz
bir ər,
Getdilər Vətəndə Vətən
olmağa.
Saxla yaddaşda
Bu
payız yolların rəngi dəyişib,
Əynindən sürüşüb xəzan
paltarı.
Bu payız yollara bir işıq düşüb,
Çəkir Kəlbəcərə, Laçına sarı.
Nə
vaxtdan yolçisiz göz döyən yolun,
Sorağı yetişib "Cıdır
düzü"nə.
Həsrət soyuğundə üşüyən
yolun
Qələbə sevinci qonub üzünə.
Hərəsi
bir ordu, qeyrət oğullar,
Quşqonmaz zirvələr burda fəth edir.
Sıldırım daşları çapıb
əlilə,
Ağlasığmayanı həqiqət edir.
Bu haqqa
aparan Zəfər yoludur,
Bələdçisi olub haqq gəzənlərin.
Hər bir qarışında qan qoxusu var,
Ölümün üstünə düz gedənlərin.
Şuşanın
belinə dolanan yolda,
Təptəzə iz açır əsgər çəkməsi.
Yaxın
gəl, qulaq ver, ay qərib yolçu,
Pərdə-pərdə qalxır Zəfərin səsi.
Ümid
çiçəkləyib dağda-dərədə,
Ömür, sən də diz çök, qoxla bu yaşda.
Ulu bir millətin hünər dastanın,
Köçür gözlərinə, saxla yaddaşda.
Əllərim
Sən məni
duyardın ürəkdən qabaq,
Sevgi dumanında
azan əllərim.
Baharla yarışan əzəl nəğməmi,
Çalıb-oxuyardın, ozan əllərim.
Bir vaxt
oynayardın güllə, çiçəklə,
Bir vaxt oxşanardın sevgi dililə.
İndi
də payızın sükutu ilə,
Baharı soruşan xəzan əllərim.
Yollarda
bir ömür yorub gəlmişik,
Çəkilməz dərdlərə dolub gəlmişik.
Eh... Yaman
dözümlü olub gəlmişik,
Məzarın dözümdə qazan əllərim.
Səssiz
harayına gələn olmadı,
Sirini, dilini bilən olmadı.
Sənintək sevilən, sevən
olmadı,
Bəxtini alnına cızan əllərim.
Bu
zalım tənhalıq yarır bağrımı,
Bilmirəm, kiminlə bölüm ağrımı.
Dirilən yalanı, ölən
ağrımı,
Gözümün yaşilə yazan əllərim.
Şeir doğulur
Yenə
şeir yağır yuxularıma,
Gözümə sığışmır bu
qərib gecə.
Sənsizliyi büküb ağrılarıma
-
Özümə yağacam səssiz, gizlicə.
Gecələr
masama tökülən şeirə
Söz-söz çəkilirəm, bu adətimdir.
Göy üzü Tanrının təbəssümünə,
Əllərim açılır, ibadətimdir.
Gəl
çıxaq yuxumdan qalxaq göylərə,
Düşüb göy üzünü piyada gəzək.
Qoşulub günahsız ağ mələklərə,
Göylərin əzəli sakinləritək.
O mənəm
buludun gözündən yağan,
Bir təsəlli
yeri qalmayıb məndə.
Getdiyin yolların səmtin itirib,
Azmışam, sən dolu xatirələrdə.
Gecələr
mürgülü, duyğular oyaq,
Vüsalın gözümə bir çıraq olur.
Tənha
gecələrin səssizliyində,
Hər dəfə
"Sən" adlı
şeir doğulur.
Biz idik
Şirin
nağıl idi o gecə göylər,
Sevgi qoxuyurdu
sərin ləpələr.
Nəfəsin çəkmirdi güllər-çiçəklər,
Orda dəniz
idi, bir də biz idik.
Dalğalar
susmuşdu, külək dinmirdi,
Əllər danışırdı, ürək
dinmirdi.
Bunu biz bilirdik heç kəs
bilmirdi,
Orda dəniz
idi, bir də biz idik.
Ay da bədirlənib
qalxmışdı uca,
Xeyir-dua yağdı göylər doyunca.
Sevgi paylayırdıq sahil boyunca,
Orda dəniz
idi, bir də biz idik.
Buludlar
köçmüşdü, ulduz çoxuydu,
Qısa ömrümüzdə uzun
yuxuydu.
Biz vardıq, dünyada heç kim yoxuydu
Orda dəniz
idi, bir də biz idik.
Sevgi aləmində
hələ naşıydıq,
Həsrətin çəpərin vurub aşırdıq.
Bir ömrə bərabər bir gün yaşadıq
Orda dəniz
idi, bir də biz idik.
Ömrümə
baxıram gözlərim dolur,
Bir qönçə
açılır, bir
çiçək solur.
Sənli
xatirələr saçını
yolur
Orda dəniz
idi, bir də biz idik.
Aradan vaxt
keçib, günlər ötüşüb,
Fəsillər dolanıb, illər görüşüb.
O sahil, o dəniz yadıma
düşüb,
Orda dəniz
idi, bir də biz idik.
İtirməyək bir-birimizi
Ayağım
yoluna tamarzı qaldı,
Səndə ürəyimcə gəzmədim,
Vətən!
Neçə cür arzular sənsiz qocaldı,
Yenə
ümidimi üzmədim,
Vətən!
Neçə
yol çıxmışm yuxularımdan,
Sinəmi küləklər, yağışlar
döyüb.
Hələ də ümidə
söykəndiyimdən,
Məni qınaq dolu baxışlar döyüb.
Gecə
gözlərimdən dərib yuxumu,
Xəyalıma büküb sənə köçmüşəm.
Hər kəsdən xəlvəti
Araz qəmindən,
Gəlib misra-misra alıb içmişəm.
Həzin
bir nəğməymiş bulağın, suyun,
Mən də sularına axım
qarışım.
Şəhid ətri verən
daşın, torpağın,
Önündə diz çöküm, əyilsin başım.
Sıxıram
ovcumda bəxt ulduzumu,
Günəş həvəsilə ürəyim
dolu.
Qadağa
inadın biryolluq qıram
Açıla qarşımda bir işıq yolu.
Tutam o
işıqdan qalxam dağlara,
Arayam o köhnə
cığırı, izi.
Aradan silinə həsrət dumanı,
Bir də itirməyək bir-birimizi.
Aprel, 2018
Sən olmuşam
Yuxuda
gördüm ki, məni gəzirsən,
Bir şadlıq
qurmuşuq otağımızda.
Qapımız taybatay açıb
qolların,
Bir dəstə
sevgi var
qucağımızda.
Yuxuda
gördüm ki, məni gəzirsən,
Hüzünlü bir kölgə gendən baxırdı.
Nə mən danışıram,
nə sən dinirsən,
Gözümüzdən isti yağış yağırdı.
Pəncərəm
titrədi, bir külək keçdi,
Şübhələr eynimə hardan gəldilər?
Sənə bağlı olan
düşüncələrim,
Qırılıb içimə səpələndilər.
Yuxuda
gördüm ki, məni gəzirsən,
Yolumuz yenə
o sahildən düşür.
Qol-qola gəzirik səssiz-səmirsiz
Yəqin ayrılıqlar burda görüşür.
Mənə
deyiləsi bir sözünmü var,
O gündən bu günə peşman olursan?
Mənimlə yaşayan tənhalığa
da,
Bəlkə ürəyində sən qısqanırsan.
O gecə ürpəndim özüm özümdən,
Dedim yəqin elə dəli oluram.
Qalxıb
otaqları bir-bir axtarıb,
Tapıb tənhalığın saçın
yoluram.
Yuxuda
gördüm ki, məni gəzirsən,
Payıztək kövrəlib elə dolmuşam.
Yuxularda
daha axtarma məni,
Özündən xəbərsiz ta sən olmuşam.
Bənövşələr hay verən
yerə
Xəyalımda
sənə heykəl düzəltdim,
Qoydum ümidlərim
boy verən yerə.
Duyğum
təzələndi, söz
çiçəklədi,
Qaçdım bənövşələr hay verən yerə.
Ürəyim
kökləndi yenə yaz üstə,
Ruhuma boylandı
yaz çiçəkləri.
Bənövşənin ətri vurdu könlümü,
Heyif ki, qoxladım az çiçəkləri.
Bir
şeir dil açdı bu yaz səhəri,
Misrası sən oldun, sözü sən oldun.
Qınadım taleni, ayı, illəri,
Ayrılığa səbəb, düzü, sən oldun.
Neynim, mən
də bir cür kövrək olmuşam,
Ayağım bir ömrün yükünü çəkmir.
Sönük bir ocağam közüm içimdə
Yanıram, sönürəm tüstüm
görükmür.
Yuxu
görməmişəm səndən savayı,
Oyandım, ağlayan görüb könlümü.
Mən indi saralan qış
günəşiyəm,
İsidə bilmirəm qürub könlümü.
Xəyalımda
sənə heykəl düzəltdim,
Qoydum ümidlərim
boy verən yerə.
Duyğum
təzələndi, söz
çiçəklədi,
Qaçdım bənövşələr hay verən yerə.
Şövkət Zərin Horovlu
Ədəbiyyat qəzeti.- 2021.-
30 oktyabr.- S.27.