“Beynəlxalq Mahmud Kaşğari mükafatı” növbəti dəfə təqdim olunub
Oktyabrın 28-də Azərbaycan Yazıçılar Birliyinin
“Natəvan” klubunda
Mahmud Kaşğari adına Beynəlxalq Fondun təsis etdiyi “Beynəlxalq Mahmud Kaşğari mükafatı”nın
təqdimatı keçirilib.
Təqdimat mərasimində çıxış
edən Mahmud Kaşğari
adına Beynəlxalq Fondun prezidenti Elxan Zal Qaraxanlı ümumtürk mədəniyyətinin
inkişafı və bu yöndə xidmətləri olan yazarlar haqqında danışıb. Bildirib ki,
“Beynəlxalq Mahmud Kaşğari
mükafatı” türk
mədəniyyətinin dünyada
təbliğ edən və onu geniş
arealda tanıdan insanlara verilir. Bu yolda fond Azərbaycanda
və dünyanın bir sıra ölkələrində
müxtəlif tədbirlər
keçirir, ümumtürk
mədəniyyəti qarşısında
göstərilən xidmətlərə
görə sözügedən
mükafatı və onun medalını layiq görülən insanlara təqdim edir.
Fondun rəhbəri qeyd edib ki, “Mahmud Kaşğari mükafatı”nın budəfəki
laureatları “Ədəbiyyat
qəzeti”nin baş redaktoru Azər Turan və tanınmış
yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlidir.
Eyni zamanda şair-publisist Zərəngiz
Dəmirçi Qayalı
60 illik yubileyi münasibətilə fond tərəfindən
“Mahmud Kaşğari medalı”na layiq görülüb.
Mükafata layiq görülən yazarları təbrik edən fondun rəhbəri onlara gələcək yaradıcılıq
fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra mükafatlar
təqdim olunub.
Mükafatçılar çıxış edərək
göstərilən diqqətə
görə fondun rəhbərliyinə təşəkkür
ediblər.
Ədəbiyyat qəzeti.- 2021.-
30 oktyabr.- S.8.