Beynəlxalq simpoziumda
uşaq ədəbiyyatının
müzakirəsi
Uşaq ədəbiyyatına nədən
başlamaq məsələsi
bir çox hallarda mübahisə doğurur. Ədəbi fikirdə klassik poeziyanı uşaq ədəbiyyatının başlanğıcı
kimi təqdim edənlərlə yanaşı,
bu fikrin əsassız olduğunu iddia edənlər də az
deyil. Uşaqlara diqqət, qayğı,
onlara uyarlı ədəbiyyatın yaradılması,
ədəbi-bədii zövqünü,
ruhunu formalaşdırmaq
bütün dövrlər
üçün xarakterik
məsələ olub.
Doğrudur, bu ədəbiyyatın
bir elm kimi öz qanun və
prinsipləri var. Bizim
bu yazıda məqsədimiz nə uşaq ədəbiyyatının
sərhədlərini müəyyənləşdirmək,
nə də tarixini qədimləşdirməkdir.
Klassik mütəfəkkirlərin yaradıcılığı
sırf uşaq ədəbiyyatı hesab olunmasa da, gənclərin
təlim-tərbiyəsinin doğru
istiqamətdə aparılması
baxımından hər
zaman maraq doğurur. Əminliklə demək olar
ki, uşaq ədəbiyyatını zənginləşdirən
mənbələrdən biri
də məhz klassik poeziyadır. Yüksək
sənətkarlıq, humanist məzmun, zəngin folklordan məharətlə
faydalanma, milli-mənəvi
dəyərlərin ümumbəşəri
dəyərlərlə birləşməsi
sayəsində dünya
ədəbiyyatını bəzəyən
nadir nümunələr ərsəyə
gəlmişdir. Klassik ədəbiyyatı
həmişə gündəmdə
saxlayan məqamlardan biri məhz bu keyfiyyətlərdir.
Bu günlərdə Azərbaycan,
Türkiyə, Amerika,
Qazaxıstan, Makedoniya,
Pakistan, Ukraynadan və
digər ölkələrdən
qonaqların qatıldığı
VIII Beynəlxalq Uşaq
və Gənclik Ədəbiyyatı Simpoziumu
bu baxımından böyük önəm daşıyır.
2021-ci il bir sıra klassik şair və yazıçıların yubiley
tədbirlərinin, anım
günlərinin qeyd olunması ilə diqqəti çəkir. Türkiyədə Yunis Əmrənin vəfatının
700, Hacı Bektaş Vəlinin 750, Ahi Əvranın doğumunun
850 ili, UNESKO-nun il dönümü, Azərbaycanda
"Abdulla Şaiq" və "Nizami Gəncəvi" ili elan olunmuşdur. Bu simpoziumda
da poeziyanın bənzərsiz nümunələri
ilə əsrdən əsrə adlamış klassik şairlərin zəngin fikir və düşüncələrinin
sonrakı dövrlərdə
yaranmış uşaq
əsərlərinə böyük
təsiri, müasir insanın-gəncin, eləcə
də cəmiyyətin
formalaşmasında, əxlaqi-mənəvi
tərbiyyəsindəki əhəmiyyəti
müzakirə obyektinə
çevrildi.
Qeyd edək ki, 2014-cü ildən bəri hər il
düzənlənən Beynəlxalq
Uşaq və Gənclik Ədəbiyyatı
Simpoziumunun VIII sayı
bu il Türkiyənin
İstanbul şəhərində
22-23 oktyabr tarixlərində
qeyd edildi. Telekonfrans üsulu ilə onlayn təşkil edilən tədbirin əsas mövzusu "Uşaq və gənclər üçün yazılmış
əsəsrlərdə vizual
ünsürlər" idi.
Bu simpozium Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar
Birliyinin, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat və Folklor İnstitutunun müştərək iş
birliyinin nəticəsi
olaraq həyata keçirilirdi.
Böyük bir coğrafiyanı
özündə birləşdirən
telekonfransı giriş
sözü ilə Türkiyənin Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar
Birliyinin İdarə Heyətinin sədri Bican Veysəl Yıldız açaraq
təmsil etdiyi qurumun bu vaxta
qədər gördüyü
işlərdən, səkkinci
ildir düzənlənən
simpoziumun əhəmiyyətindən,
həm uşaqlar, həm də ədəbiyyat üçün
faydalı tərəflərindən
danışaraq bildirdi:
"Sipoziumun ən önəmli cəhəti
türk və İslam dünyasını
əhatə edən ölkələrin alim, şair, yazarları arasında bir dostluq yaratmaqdır. Biz bunu bacardıq.
Hər keçən gün uşaq ədəbiyyatı
mərkəzli çevrəmiz
genişlənir. Əsas məqsədimiz
ortaq mədəni dəyərlərimizin kiçik
yaşlardan tanıdılması
və yetişəcək
nəsillərdə sənət
və ədəbiyyat
zövqü formalaşdırmaqdır.
Bu maarifləndirmə işi günü-gündən
genişlənəcək."
Daha sonra AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli
son illərdə ənənəvi
olaraq keçirilən
bu tədbirdə ümumtürk uşaq ədəbiyyatının zəngin
ənənələri, yaranma
tarixi və inkişaf mərhələləri,
toplanıb-tanıdılması istiqamətində birgə
fəaliyyətdən geniş
şəkildə danışdı.
Milli-mənəvi və bəşəri
dəyərlərin qorunmasında,
inkişaf etdirilməsində
ədəbi tərbiyənin
rolunu yüksək dəyərləndirən alim
uşaq ədəbiyyatı,
uşaq musiqisi, uşaq folklorunun elmi müstəvidə öyrənilməsi istiqamətində
dövlət rəhbərliyinin
xüsusi diqqəti və qayğısının
önəmini vurğuladı.
"Uşaq ədəbiyyatı"
şöbəsinin gördüyü
mühüm işlər,
Qələbəmizin ildönümü
ərəfəsində keçirilən
tədbirlər haqqında
məlumat verdi.
Proqram xarakterli çıxışında
İsa Həbibbəyli
bildirdi ki, böyük və zəngin ənənələri
olan bu sahə
bütün istiqamətləri
ilə birgə araşdırılmalıdır. Akademik daha sonra
sempoziumun özəlliklərindən
biri kimi qardaş ölkələr
arasında bir sıra ortaq məsələlərin müzakirəsi
zamanı yaranan yeni-yeni əməkdaşlıqların
əhəmiyyətindən danışdı: "Türkiyə
və Pakistan kimi qardaş ölkələrin
uşaq ədəbiyyatı
sahəsindəki iş
birliyini artırmaq üçün çalışırıq.
Yaxın
zamanda Pakistanla ortaq bir çalışmaya
başlayacağıq." Çıxışının sonunda akademik İsa Həbibbəyli uşaq
ədəbiyyatının təbliği
istiqamətində böyük
xidməti olan Bican Veysəl Yıldızın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
bu ildən təsis etdiyi "Abdulla Şaiq" ödülü
ilə təltif edilməsini təklif etdi.
Simpozium iki gün ərzində
12 bölmədə 68 məruzəçinin
iştirakı ilə
müxtəlif mövzularda
baş tutdu. Bölmə iclaslarında
müxtəlif elm adamlarının
məqalələri, fikirləri
dinlənildi. Uşaq
və Gənclik Ədəbiyyatı Yazarlar
Birliyi Azərbaycan təmsilçisi, f.e.d. Mərziyyə Nəcəfova,
"Uşaq ədəbiyyatı"
şöbəsinin müdiri
f.e.d. Elnarə Akimova, f.ü.f.d Aygün Bağırlı, prof.dr. M.Abdullah Arslan, prof.dr.Liailia Mingazova, prof.dr. Jovanka Denkova, prof.dr. Engin Yılmaz, Abdul Fareed Brohi və
başqaları uşaqların
tərbiyəsində və
gələcəyə hazırlanmasında
uşaq ədəbiyyatının
əhəmiyyətindən danışaraq xalqlar arasında ədəbi sahədə əlaqələrin
genişlənməsinə imkan yaradan Simpoziumun
təşkilini yüksək
dəyərləndirdilər. O cümlədən tədbirdə
çağdaş uşaq
ədəbiyyatındakı bir sıra problemlər,
yaranan əsərlərdə
dövrün ruhuna uyğunluğun hansı şəkildə təzahür
etməsi kimi məsələlər də
diqqətdə saxlanıldı.
Ümumiyyətlə səslənən məruzə və çıxışlarda uşaq
ədəbiyyatının mövcud
vəziyyəti və
qarşıda duran vəzifələrdən geniş
bəhs edildi, bu mühüm sahənin inkişafı, xüsusən uşaq ədəbiyyatının tədrisi
məsələləri, uşaq
filimləri də təhlil obyektinə çevrildi.
Tədbir iştirakçıları VIII Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumunda
iştirakından məmnunluq
duyduğunu qeyd etdi. Bildirildi ki, ardıcıl
olaraq düzənlənən
simpozium uşaq ədəbiyyatının inkişaf
etdirilməsində mühüm
əhəmiyyətə malik
olan bir hadisədir. Türk və islam
dünyasında öz
duyğularına sahib çıxacaq
sağlam gənclərin
inkişafına, dünyagörüşünün
formalaşmasına, milli-mənəvi,
vətənpərvərlik ruhunun yüksəldilməsinə
xüsusi istiqamət təşkil edən bu sahə daim
diqqətdə saxlanmalıdır.
Bunu nəzərdə
tutan Ümummilli lider Heydər Əliyev fikirlərini xatırlatmaq yerinə düşər: "Uşaqlar
bizim gələcəyimizdir,
gələcəyimizi nə
cür tərbiyə edəcəyiksə, ölkəmizin,
millətimizin dövlətimizin
sabahı bundan asılı olacaqdır".
Uşaq
ədəbiyyatının problemləri
ətrafında bir-birindən
maraqlı müzakirələri,
rəngarəng tədbirlərilə yadda qalan sempoziumun altıncı sayı
2019-cu ildə Bakıda
keşirilmişdir. Buna baxmayaraq bu dəfəki tədbir də belə bir fikirlə yekunlaşdı ki, 2022-ci ildə baş tutacaq konfrans yenidən Azərbaycanda - Qarabağda keçirilsin.
Bu, "Bir millət,
iki dövlət" olan Azərbaycan-Türkiyə
arasında dostluğun,
qardaşlığın, birliyin
əbədiliyinə verilən
ən dəyərli töhfələrdən biri
olar.
İlhamə Ağazadə
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu
"Uşaq Ədəbiyyatı" şöbəsinin
böyük elmi işçisi
Ədəbiyyat qəzeti.- 2021.- 30
oktyabr.- S.15.