Şuşa
düşüncələri
Şuşa həsrəti içimdə həmişə
olub. Əvvəllər Şuşada olmamışdım,
onun barəsində çox oxusam da, eşitsəm də bu
gözəl məkanı ziyarət etmək imkanın
olmamışdı. Azərbaycan ölkəsində hər
bir yaradıcı adam üçün
Şuşada olmamaq heç də yaxşı hal deyil,
çünki böyük kişilər bu məkanı bir mədəniyyət
məkanına çevirmişdilər. Bir qaya
üzərində ücaldımış bu şəhərin
üzərində həmişə ilham pəriləri
(muzalar) pərvaz edib. Şuşa-nəğmələr
diyarıdır. Rus şairi Sergey Yeseninin maraqlı bir
cümləsi var: "Azərbaycanda kim
mahnı oxumursa, demək Şuşalı deyil".
Şuşa bir növ Azərbaycanın, bəlkə də
türk dünyasının "Parnas"ıdır. Parnas yunan mifologiyasında
ilham pərilərinin yaşadığı yerdir. Tale
belə gətirib ki, bizi, yəni bəşəriyyəti
yunanca düşünməyə məcbur eləyiblər,
amma məni türkcə düşünməyə məcbur
eləyən iki məkan var- Tanrıdağ və Şuşa. Mənim ilham pərilərim
həmişə bu iki məkandan gəlib. Zikrən, bu məkanlarla daima əlaqəm olub, hətta
Tanrıdağın ətəklərində çox
yazılar yazmışam. Şuşanı
görmək qismətini isə mənə dövlətimizin
rəhbəri İlham Əliyev bəxş elədi. Mən
Mete xandan bəri gələn bir şəcərənin
nümayəndəsi olan Ali Baş Komandanımız və onun
müzəffər ordusu barədə "Ədəbiyyat qəzeti"
səhifələndə dərc olunmuş yazılarımdan
bir kitab bağladım və 30 il işğal şəraitində
Şuşada türk ruhunu qorumuş Ulular mənə öz
ağuşlarını açdılar...
30 illik işğaldan sonra Şuçaya ilk gələn
Başbuğumuz İlham Əliyevin müzəffər ordusu
oldusa, mədəniyyət ordusunun başında dövlətimizin
Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun başqanı
Mehriban Əliyeva durdu. Öncə O və Onun rəhbərlik etdiyi Heydər
Əliyev Fondu, işğalın müvəqqəti ara verdyi "Xarı bülbül"
Festifalı ənənəsini dirçəltdi. Ənənələr, dövlətin və millətin
bel sütunudur. Ənənəsi olmayan
dövlətin də, millətin də yaşamaq imkanları
çox deyil. Nə yaxşı ki, biz ənənəsi
olan bir millətə mənsubuq, çünki şəcərəmiz
çox uzaqdan gəlir. Prezident İlham
Əliyev də, xatun Mehriban Əliyeva da o qədim ənənələrin
bərpaçılarıdır. Onlar
yadelli işğalların məhv etməyə
çalışdığı çox şeyləri bərpa
elədilər. İndi də "Vaqif poeziya günləri"...
"Vaqif poeziya günləri" ənənəsi hələ
Sovetlər dönəmində Ulu Öndər Heydər
Əliyev tərəfindən qoyulub. Qarabağ xanının vəziri
olmuş böyük şair, Şuşa mədəni
mühitinin qurucusu Molla Pənah Vaqifin məzarı üzərində
məqbərə yapılması ideyası da Ulu Öndərə
məxsusdur. Ayazlı, şaxtalı bir yanvar günü,
1982-ci il, yanvarın 14-də, Sovetlər
dönəmində, Qarabağ xanının vəziri
M.P.Vaqifin məzarı üzərində türbə
yapdı. Həmin dövrdə bu elə də
asan məsələ deyildi, adətən xanlara, şahlara,
onlarla bağlılığı olanlara abidə qoyulmurdu.
Amma o Heydər idi, buna qədər də onun iradəsiylə
Bakıda Şah İsmayıla abidə qoyulmuşdu,
çünki o ruhaniyyət aləmindən idi, Mən bunu
"Heydər Əliyev barədə bahar düşüncələri"ndə
də yazmışam: "O, könüllər
xaqanıydı, o, insanlara hökm edirdi, mən sözə
hökm edirəm. O, əbədi el qurdu, mən əbədi
söz səltənəti qurmağa çalışıram.
O, Azərbaycan adlı bir abidə qurdu, mən də ona
könüllərdə abidə qurmaq istəyirəm. İnsan cəmiyyəti həmişə hökmdarla
şairin arasında olub. Hökmdarlar insan
cəmiyyətinə yön verir, şairlər insan
duyğularına. O, şairləri sevirdi, indi O, burda da
şairlərin arasındadır, sevdiklərinin arasında. Hələ
Sovet dönəmində O, şairləri,
yazıçıları, fikir adamlarını heykəlləşdirirdi...
Nəsimi, Xətai, Vaqif, Cavid...
...İndi onun varisləri başladığı işi
davam etdirirlər. Artıq Şuşa bizimdir və mən
yazar dostlarımla birgə Şuşaya, "Vaqif poeziya
günləri"nin açılışına gedirəm. Tədbirin təşkilatçısı xatun
Mehriban Əliyevanın rəhbərlik etdiyi "Heydər
Əliyev Fondu"dur.
...Yola
düşmədən öncə mən söz və
könül mülkünün sultanı Əllamə Məhəmməd
İqbaldan xeyir-dua aldım. İyunun 26-dan bəri
Hisdistan müsəlmanlarının və Pakistan
xalqının bu böyük oğlunun əsərlərinin
Azərbaycan dilində səslənməsi yolunda
çalışıram. Şuşaya getmək
ərəfəsində də bu yazıların üzərində
isləyirdim. Şuşanı, Molla Pənahı
düşünürdüm, qəfil "Ün" gəldi
qəsidə formasında. Bu möhtərəm
İqbalın sevdiyi janrdır, mən bunu yaxşı bilirəm.
Haqqın hökmü
böyükdür, nə xöşbəxtsən ey İqbal,
Sözünü
türk ruhuna tamsındırdı Elxan Zal,
Yüksəklik
məqamını axtaran könüllərə,
Qutlu Zəm-zəm
suyu tək şirinlik verər bu bal.
Molla Pənahın və tüm Şuşa Ulularının ziyarətinə gedərkən
aldığım bu xeyir dua mənə səfər öncəsi
bir daha qol-qanad verdi. Şuşa mənim arzumuydu
və bütün türklər kimi mənum arzularım da yəhərdə
yaşayır. Türkə təki yön
verən olsun, atının cilovunu buraxıb hara desən gedəcək.
Biz şairlərin duyğu atlarına yunanlar
Peqas deyiblər, türk babalarımız Tülpar deyib.
İndi mən də, duyğu Tülparının belində
duyğu adamlarımızın arzular şəhərinə, Şuşa şəhərinə yollanıram.
Hələ Bakıdaykən onun üzərində
pərvaz edən ruhların həyəcanını duyuram.
Mən bu həyəcanı "Zəfər
savaşı" gedən zamanlar da təsvir eləmişəm,
çünki görürdüm onları...
Mən içi həyəcanla dolu şüara ordusu ilə
birgə, Şuşaya axşam çağı
çatdım. Ətrafımdakı insanların hissləri
eləydi ki, onları bir yerə toparlasan nüvə
partlayışı əldə edərsən. Mən
indi hiss elədim ki, türkün həyəcanını bir
yerə yığsan, atom bombasından daha güclü bir
partlayış olacaq.
Bu dağlar, bu ağaclar, bu binalar və səmada pərvaz
edən Ruhlar yalnız mənə həyəcan vermir ki. Bura gələnlərin
əksəriyyəti ruh əhlidir. Uzun illərdən
sonra Azərbaycanın Parnas əhli, Heydər Əliyev Fondunun
təşkil etdiyi Tülparların belində öz arzular
şəhərinə, Şuşaya təşrif
buyurmuşdular. Və Şuşa bizi
bir mistik gecəylə qarşıladı. Ay, Ay, sehr səpən
Ay, Şuşa səmasından öylə
qəribə asılmışdı ki. İndiyə
qədər mən böyləsini görməmişdim.
Sanki parıltılı bir tabaq Misri
qılıcla iki bölünmüşdü. Bizim əsarətdə
olan torpaqlar kimi...
Gecə Molla Pənah gəldi uyquma. Şəkillərdə
gördüyüm kimi deyildi, amma mən onu tanıdım.
Dedi: Tək gəlmisən, bəs Vaqif hardadır, Səmədin
oğlu. Dedim: Qağa, o gələ bilmədi, elə
Polşaya da onun yerinə mən getmişdim, bura da mən gələsi
oldum. Dedi: Sən də onun kimi ağ
qarğasan, al bu badəni iç". Ertəsi gün yuxumu
Anar müəllimə (Azərbaycan Yazılar Birliyinin sədri)
danışanda, dedi ki, Molla Pənah səndən nə
soruşdu. Dedim, Vaqif Səmədoğlunu.
Dedi ki, bilirdim onu soruşacaq.
Şübhəsiz ki, Molla Pənah Vaqif böyük
şairdir, amma Azərbaycan xalqı onu yalnız ortada olan
şeirlərinə görə deyil, (Vaqifin əsərlərinin
böyük hissəsi, onun qətlindən sonra ruspərəst
vandallar tərəfindən məhv edilib) həm də Səməd
Vurğunun "Vaqif" pyesinə görə tanınır. Səhnədə
1000 dəfədən çox qoyulan bu pyes, Azərbaycan səhnə
tarixində ən çox baxılan tamaşadır. Şeirlə yazıldığına görə,
demək olar ki, xalqın əksəriyyəti bu əsəri əzbərdən
bilirdi. Mən bunu Şuşada, cavan
şair dostum Xəyal Rzaya deyəndə başladı
"Vaqif" pyesindən sitatlar deməyə. Ürəyim öylə açıldı ki.
Burası Azərbaycandır, burada ənənələr
ölmür. Bu xalqın yaddaşı Şumerdən
bəri çox şeyləri yaşadıb, hələ
yaşadacaq da.
Bu gün bizim siyasi arenada bəzi adamlar var ki,
"Vaqif" pyesinin səhnəyə qoyulmasının əleyhinə
çıxırlar. Arqumentləri də odur ki, Səməd
Vurğun şairi şahdan üstün sayıb. Əlbəttə bu fikir onların içlərindəki
yaltaqlıq çeşməsindən qaynaqlanır. Bir də, guya bunlar Xacə (axta) Məhəmməd
Şah Qacarın hərəmxanasının nəsilləridir.
Gülünc adamlardır. Nə
yaxşı ki, Allah bu millətə Heydər Əliyevi verib,
İlham Əliyevi verib, Mehriban Əliyevanı verib. Bu xacəbazların umuduna qalsaq, görün
axırımız nə olardı.
Böyük
hökm yiyəsi,
xacələr şəcərəsi.
Dan üzü Şuşa
bütün parlaqlığıyla gözlərimiz
önündə açıldı. Mən bu kəndi
ilk dəfə görsəm də, zikrən bu məkanda
çox olmuşam. Bu küçələri,
bu binaları döyüşlər gedən anlarda
görmüşəm. Mən Onun müzəffər
ordusuyla bərabər addımlayırdım bu yollarda.
"...Günlərdən Cuma. Ərənlər
ordusu keçib hucuma. Mələk xorunun sədaları
altında, səmadan əcdadların alqışları səpilir
qədəmlərinə. Ey Haqq müjdəçisi,
cəng təbili vur. Ulu ormanlarda Qurdlar
uluyur. "Ayələr" söyləyir
qutlu mələklər, bu şanlı orduya alqış deyirlər.
O ordu çökəcək
O bayraq enəcək
Gəlir
türk ordusu
Tanrı tək, Tanrı tək.
Bəli gəlmişik,
Şuşadayıq. Bu şəhri
düşmən taptağından qurtaran şanlı Komandan
da buradadır, bu şəhərin ilham pərilərini yenidən
pərvazlandıran Xatun da. Molla Pənah Vaqifin, gözəllər
və gözəlliklər şairinin yenidən bərpa
olunmuş türbəsinin açılışına gedirik.
O həmişə gözəlliklər barədə
düşünüb, gözəlliyi vəsf edib, murdarlar 30 il onun sümüklərini sızlatdılar. Onunla bərabər Azərbaycan xalqı da
sızladı və bir gün bu sızıltı "Dəmir
yumruq" oldu. Göydən gələn
göy yalmanlı atlar belində, "Dəmir yumruq" pərən-pərən
saldı düşməni. Dağlar,
daşlar, ormanlar və ağaclar, yetim qalmış binalar və
küçələr azad oldu düşmən
tapdağından. Uluların ruhları azad
nəfəs aldı. İlham pəriləri yenidən xoş
duyğular çilədilər Şuşa
səmasında. Sadıqcanlar, Şuşinskilər,
Hacıbəyovlar, Bülbüllər, daha kimlər, kimlər
göy kəndindən mənzil aldı məskəninə.
İndi biz, Azərbaycan şairləri
onların arasındayıq. Omuz-omuza,
qucaq-qucağa. Biz hamımız bir-birimizin
davamıyıq, biz hamımız Tanrıdağ əhliyik.
Bizi qovuşduran sağ olsun, bir olan Allaha
şükürlər olsun. Səma məbədindən
Ulu Azan sədaları yüksəlir. Nə
xoşbəxt orduyuq, nə xoşbəxtəm mən. Alqışlar tökülür səyyarələrdən.
Ağaclar rəqs edir, dağlar oynayır.
Ölüm mələkləri düşmən leşini
sayır. Bizim orduyasa ayrı yazılıb
yazı, öləni şəhiddir, qalanı qazi. Düşmənlərin tapdağında qala bilməz
bu müqəddəs ərazi. Gec, ya tez hər
şeyin hesabı sorulur, türkə diş
qıcıyanın aqibəti puç olur. Kim ki, dayanıbdır türkün qəsdinə,
bir gün "Misri" qılınc gəlir üstünə.
Dəmir yumruq təpəsinə nallanır...
Qızıl daylaq məni "Xan qızının"
türbəsinə aparmasa da, Molla Pənahın türbəsinə
gətirdi. Ənənələr davam edir. 1982-ci il 14
yanvarda qarda, boranda
cəmiyyət üçün açılan
türbə, 2021-ci il 29 avqusda günəşli bir gündə
yenidən cəmiyyətimizin üzünə
açıldı. Şairlərimiz yenidən
böyük ustadın önündə şeir demək
şansı qazandılar. Yenə də
doğma ruhların məhrəm nəfəslərini duyduq.
Başımız üstündə ilham pərilərinin
pərvazını gördük. Başbuğumuzun,
Xatunumuzun sevinci, şairliyimizin sevincinə qarşıdı.
İnsanların belə xöşbəxtliyinin
həddini ölçmək üçün cihaz tapılmaz.
Xöşbəxt anlardır insan
ömrünün bəzəyi, ətrafımda hamı
xöşbəxtdir, mən də onlarla birgə. Şuşada, Molla Pənah Vaqifin məqbərəsi
önündə dayanıb Tanrıdağ havalarını dinləyirəm.
Könül içrə fontan vurur
söz qatı,
Mələklərlə
pərvaz edir ovqatım,
Ayətmisal
kəlamımdır sovqadım,
Mən Şuşaya söz tasımı gətirdim.
Badə verdi dərvişmisal rindinə,
Heyran
qaldım coşqusuna, qəndinə,
Xurşud
Banu Natəvanın kəndinə,
Uluların duasını gətirdim.
Qoşun-qoşun
dayanıbdır söz səfi,
Ölməzlikdir
hər misramın hədəfi,
Türbəsinə
Molla Pənah Vaqifin,
Tanrıdağın havasını gətirdim.
Var ol cənab
İlham Əliyev! Var ol xatun Mehriban Əliyeva! Var ol
Şuşam!
Elxan ZAL
Ədəbiyyat qəzeti.- 2021.- 4 sentyabr. S. 16.