Aybəniz insanları özünə

maqnit kimi cəzb edirdi...

 

Mən yeniyetmə vaxtlarımdan Aybənizi tanıyırdım. Bu, adi tanışlıq deyildi, yaxın dost münasibəti idi; qohumluq dərəcəsinə qədər yaxın münasibət. Bu doğmalıq isə ədəbiyyata olan münasibətimiz atalarımızın yaxın dostluğu idi. Mənim atam Səməd Vurğunla əqidə, məslək dostu idi, onunla bir çox məclislərdə iştirak etmişdi. Aralarında on il yaş fərqi olsa da, Səməd Vurğun onlardan sonra gələn ədəbi nəslin istedadlı bir nümayəndəsi kimi Böyükağa Qasımzadəni çox istəyirdi. Atam Səməd Vurğundan bir il sonra dünyasını dəyişdi biz Aybənizlə bir müddət, nədənsə, uzaqlaşdıq. Bəlkə bu, onun ailə qurması ilə bağlı oldu?! Nəhayət, bir gün, 1964-cü ildə yazıçıların KrımdaKoktobeldəki Yaradıcılıq Evində  istirahət zamanı görüşdük. Görüşdük ki, Aybəniz dünyasını dəyişənə qədər bir heç vaxt ayrılmayaq... Dünyanın işi belədir. Yaxın, doğma adamlar  dünyalarını dəyişəndən sonra tamam yox olmurlar... Onlar insanların ürəyində silinməz izlər qoyurlar. Aybəniz mənimçün belə insanlardan idi. Uzaq Krımda, Moskvada, Bakıda, Şüvəlanda onun ad gününü qeyd eləmişik. O mənim üçün ilk növbədə, bir insan kimi, yazıçı övladı, ədəbiyyata xidmət edən bir insan kimi çox yaxın idi. Bunun kökündə mənəvi yaxınlıq dururdu. Onunla bizim ədəbi maraqlarımız, zövqlərimiz üst-üstə düşürdü. Yusifin o zamanFotofantaziyaadında bir hekayəsi çap olunmuşdu. Yadımdadı, bu hekayə barəsində mənim Aybənizlə saatlarla söhbətlərimiz, müzakirələrimiz olub. İnsan mənən özünə yaxın insanlarla rastlaşanda çox xoşbəxt olur; Aybəniz , çox keçmədi ki, Vaqif , Yusif mənimçün belə doğma əziz insanlar oldular. Xavər xalaya gəlincə isə, onu heç vaxt unuda bilmərəm. Mənim xətrimi çox istəyirdi, özü bunu tez-tez dilinə gətirirdi.

O zaman Aybənizgili Myasnikov küçəsi, 4-də yaşayırdılar; indi o mənzil Səməd Vurğunun ev-muzeyidir. 60-cı illərin əvvəllərində Yusif (ailəsi ilə), Vaqif orda yaşayırdılar. O dövrün gənc sənət adamları, gənc alimləriAnar, Emin Sabitoğlu, Xəyyam Mirzəzadə, Araz Dadaşzadə, Maqsud İbrahimbəyov, Rəhman Bədəlov başqalarıSəməd Vurğunun bu evinə ad günlərinə, başqa tədbirlərə gələrdilər. Maraqlı söhbətlər edilərdi. Emin Sabitoğlu yaşca hamıdan böyük olan məşhur müğənni Mirzə Babayev bu məclislərə xüsusi şənlik bəxş edirdilər.                                                                      

Adi günlər bu mənzilə gələn dostlar olardıVaqif Səmədoğlunun dostları (Yusif Səmədoğlu 1964-65-ci illərdə artıq ailəsi ilə təzə mənzilə köçmüşdü); onların arasında mən olardım. O zamanlar Aybəniz bizim çox zəhmətimizi çəkib; gecədən xeyli keçənə qədər davam edən söhbətlərinən çox ədəbiyyat söhbətlərinin arasında o, isə yüngülvari bir şey hazırlayıb süfrəyə gətirərdi. Fasilələrlə özü bizimlə oturardı. Vaqif təzə yazdığı şeirlərini oxuyardı; Aybənizin hərdən arada məzəli atmacaları da olardı. Onun çox gözəl ədəbi zövqü vardı. Müasirlik duyumu güclüydü.         

Aybəniz ədəbiyyata çox sıx bağlı idi. Heç vaxt kənarda seyrçi qalmazdı. Onun bir çox gənclərin 60-70-ci illərdə ədəbiyyata gəlməsində böyük rolu olmuşdu. Hesab edirəm ki, özü az yazsa da, bir ədəbiyyat yaradıcısı olmasa da, ədəbiyyata xidmət edən, onun üçün çalışan insan idi. Aybəniz Səməd Vurğun irsini daim öyrənir, axtarırdı, tapırdı, sistemləşdirirdi. Aybəniz filologiya elmləri doktoru adına layiq bir insan idi. Türklərin ona professor adını verməsi o zaman, zənnimcə, təsadüfi deyildi çox da yerinə düşmüşdü.

O, ümumiyyətlə, istedadlı bir insan idi. İstedadının bir cəhəti geniş əlaqələr yaratmaq bacarığı idi; özü yalnız Azərbaycan daxilində yox, başqa ölkələrin sənət adamları, alimləri ilə ... Ukraynada, Rusiya şəhərlərində, xüsusən Moskvada, Özbəkistanda xeyli dostları vardı. Bu dostluq səmərəli ədəbi əlaqələr kimi bəhrəsini verirdi. Moskva ədəbi mühitində onu tanıyırdılar, xətrini çox istəyirdilər. Məsələn, çox görkəmli rus şairi Robert Rojdestvenski ilə, onun ailəsi ilə çox yaxın idi. Onu evlərində ən yaxın bir adamları kimi qəbul edirdilər. Aybəniz onlara öz evi kimi gedib-gəlirdi. Universiteti bitirəndə mən Rojdestvenskinin yaradıcılığından  diplom işi yazırdım; o zaman mən bunun şahidi oldum bəhrəsini gördümşairin özündən bir çox materiallar əldə etdim.

Səməd Vurğun vəfat etdikdən sonra, mən əminliklə deyirəm ki, atasının bütün nəşrləri Aybənizin adı ilə bağlı idi. O, ömrünü şairin poeziyasının nəşrinə, layiqincə təbliği tədqiqinə, bir yeganə övladı Aygünün tərbiyəsinə həsr etmişdi.

Səməd Vurğunun ev-muzeyinin yaradılması Aybənizin adı ilə bağlıdır. O muzeyi qurmaqla Aybəniz Azərbaycan muzeyşünaslığında yeni addımlar atdı, dəyərli işlər gördü.

Səməd Vurğun haqqında yazılan dissertasiyalarla, məqalələrlə əlaqədar, demək olar ki, bütün alimlər Aybənizə müraciət edirdi. Yusif var idi, Vaqif . Lakin bu işlə ciddi ardıcıl olaraq Aybəniz məşğul olurdu. Şairin arxivinə müraciət edənlər üçün şərait yaradırdı...

Atasının xasiyyətinin bəzi cəhətlərinin izləri Aybənizdə vardı. Sadə insanlara, kənddə yaşayan qohum-əqrəbaya qarşı çox mehriban idi. Onların hər işinə yaramağa, əllərindən tutmağa çalışırdı. Lazım gələndə vaxtını saatlarla, günlərlə onlara həsr edirdi. Özü bunu görk üçün eləmirdi.

Məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım ömrünün son illəri xəstə idi, küçəyə çıxa bilmirdi, qayğıya, qulluq olunmağa ehtiyacı vardı; kasıb da bir insan idi. Aybəniz onu himayəsinə götürmüşdü. Texnikumlardan biri ilə danışmışdı. Tələbələri təşkil etmişdilər, Sara xanıma növbə ilə qulluq edirdilər. Aybəniz özü hər gün gəlib-gedirdi yanına; yeməyini, dərmanını aparırdı.    

 Yazıçıların yaxud böyük sənətkarların övladları haqqında danışanda deyirlər ki, onlar dibçəkdə böyümuş, pərqu döşəklərdə yatmış heç bir çətinlik görməyənata uşaqları”dırlar. Lakin çətinlik, yalnız yataq yerinin narahatlığında, qarın dolusu yeməməkdə, kasıblıqda deyil. Çətinlik tamam başqa məfhumdur. Bu mənada Aybənizin həyatının çətinlikləri az olmayıb...

Aybəniz insanları özünə maqnit kimi cəzb edən bir insandı. O mənim qəlbimdə daim yaşayır qədər bu dünyada varam, yaşayacaqdır.         

 

İntiqam QASIMZADƏ

Əməkdar incəsənət xadimi,

Azərbaycan  jurnalının baş redaktoru

                        

Ədəbiyyat qəzeti.- 2021.- 11 sentyabr.- S.13.