Sentyabrın 9-u ulu Səməd Vurğunun “ay üzlü”sü,

Yusif Səmədoğlununceyran bacı”sı, Vaqif Səmədoğlunun

isəqız qardaşıAybəniz xanımın doğum günüdür...

 

Hörmətli, Azər Turan!

Müqəddəs Vurğun ocağına doğma bir ailənin üzvü kimi Siz yaxşı bilirsiniz ki, Aybəniz xanım fədakar əməyi atasına olan tükənməz  sevgisi ilə  öz adını Səməd Vurğunun ev-muzeyini yaradanların yaşadanların ön sırasına əbədi həkk etmişdir: o, uzun illər muzeyin baş mühafizi vəzifəsində çalışmış işlədiyi müddətdə (sonralar isə direktor kimi) həm şairlə bağlı əşyalarıeksponatları toplayıb hifz etmiş, sistemləşdirmiş, həm atasının ruhununqaraçuxası” –fədakar keşikçisi, qoruyucusu olmuşdur.

S.Vurğunun 1960-cı illərin ortalarından başlayaraq çap edilən əsərləri Aybəniz xanımın adı ilə bağlıdır. O, şairin 1966, 1976, 1986, 2004 2005-ci illərdə nəşr edilən əsərlərinin ya tərtibçisi, ya da redaktoru olmuşdur. AtasınınÖmrümün gündəliyindən”, “Dinlə, Xavər!”, “Lənkəran şeirləri”, “Dəlilər evi”, “Xalça başqa şeirləri, “M.Quluzadənin ədəbi səyahətiadlı məqaləsi onun sayəsində işıq üzü görmüşdür. O, Vurğun haqqında yazılan tədqiqat əsərlərinin bir neçəsinin, “Səməd Vurğunsənədli filminin elmi məsləhətçisi olmuş, “Vurğun ocağı – 25” adlı albom, “Səməd Vurğun – 100” bukleti, “Sözləri Səməd Vurğununduradlı mahnı diski, internetdə şairin həyat yaradıcılığına, eləcə muzeyin fəaliyyətinə həsr olunmuş sayt bir çox başqa gərəkli işlər onun rəhbərliyi altında həyata keçirilmişdir.

1994-cü ildəSəməd Vurğun Fondu”nu təsis etmiş onun prezidenti olmuş Aybəniz xanımŞərəf nişanıordeni, “Əməkdar mədəniyyət işçisifəxri adlarına layiq görülmüş, Mədəniyyət Nazirliyinin mükafat fəxri fərmanları ilə təltif olunmuş, eləcə   Türk xalqları mədəniyyətinin inkişafına göstərdiyi xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adına layiq görülmüşdür.

Aybəniz xanım atasına olan müqəddəs övladlıq borcunu qaytarmaq üçün ömürünün yarıdan çoxunuqırx ilinə yaxın bir dövrünü sərf etmiş müqabilində sənəti əbədi yaşayacaqVurğunimzasının yanına özVurğunqızıimzasını əlavə etmək şərəfini qazanmışdır. zaman ki, Səməd Vurğunun adı çəkiləcək, Vurğun ocağından ocağında söz deyiləcək, onda bu ocağın işığını uzun illər  sönməyə qoymayan o “abı qız” (S.Vurğun) – Aybəniz yada düşəcək layiqli övlad kimi ruhuna dualar oxunacaqdır. O Aybəniz ki, atasının ruhunun keşiyində fədakarlıqla dayanmağıpasibanlıq etməyi bacardı bu fədakarlıqdan doymadı...

Hörmətli Azər Turan, zəngin mənalı ömür yaşamış Aybəniz Vurğunqızı haqqında bir neçə ildən bəri hazırladığımızAybəniz əfsanəsiadlı xatirələr kitabı yaxınlarda işıq üzü görəcəkdir. Doğmalarının, dostlarının həmkarlarının həzin bir kədər, sonsuz sevgi ruhuna ehtiramla qələmə aldıqları bu xatirələr Aybəniz xanımı, ilk növbədə, fenomenal istedad sahibi böyük şəxsiyyət Səməd Vurğunun layiqli varisibütün varlığı ilə atasına bağlı, həyatını dahi sənətkarın irsini toplayıb nəşr, tədqiq təbliğinə  həsr edən, müqəddəs ocağının işığını sönməyə qoymayanmuzeyini sevilən mədəniyyət ədəbiyyat məbədinə, ziyarətgaha çevirən, ruhunu yaşadan, eləcə gözəl ana, istəkli nənə, safürəkli, sədaqətli rəfiqə, qayğıkeş, əliaçıq xeyirxah, zərif, eyni zamanda obyektiv, cəsarətli, sözü üzə deyən, dili qılınc kimi kəskin, hazırcavab, incə yumorlu insan... nəhayət, Əməkdar mədəniyyət işçisi, peşəkar muzeyşünas, ədəbiyyatşünas, fəxri elmlər doktoru professor... kimi tanıdır. Həmin xatirələrdən bir neçəsini Sizə göndəririk. Əminik ki, oxucular bu təvazökar fədakar xanımı daha yaxından tanıyacaq onu ehtiramla yad edəcəklər.

                                                                             

Aslan SALMANSOY

vurğunşünas

 

Ədəbiyyat qəzeti.- 2021.- 11 sentyabr.- S.12.