Babalarının kitabını oxumayan ermənilər,
yaxud yenidən xortlayan
ermənilik
Doğru
olanı odur ki, "qara gün göydən gəlmir, hal-əlbət,
nadanlığın bəlasıdır..."
Hesab edirəm, eyni yaşam tərzindən, eyni düşüncədən
gəlir erməni bədbəxtliyi. Zaman-zaman öz
nadanlıqlarının, yalanlarının
bədəlini ödəyirlər.
Ən azından, dədələrinin
yazdığı kitabları
oxumadıqlarına görə.
Necə ki, Qarabağ seperatçılarının
eks liderləri Bako Saakyan, Arkadi
Qukasyan və Ermənistan parlamentində
təmsil olunan "Şərəfim var" fraksiyasının rəhbəri
Artur Vantesyan öz babalarının kitablarını oxumurlar. Və oxumadıqlarına görə
də başlarına
gələn bəlalar
öz nadanlıqlarının
bəlasına dönür.
Belə ki, 2 sentyabr 2021-ci ildə doğma Xankəndi şəhərimizdə bir
araya gəlib millətçi "Daşnakstuyun"un ofisini açıblar. Fərqinə də varmayıblar
ki, həmin dəqiqələrdə gorbagor
babaları, Ermənistanın
ilk Baş naziri olmuş Ovanes Kaçaznuninin ruhunu həddən ziyadə təhqir ediblər. Ən azından, öz babalarının yazdıqlarını oxumadıqlarına,
öz keçmişlərinə
tüpürdüklərinə görə... Yəni, Ermənistanın ilk Baş
naziri olmuş Ovanes Kaçaznuni hələ 1927-ci ildə Tiflisin "Zakkinqa" nəşriyyatında çap
etdirdiyi "Daşnak
partiyasının artıq
yapa biləcəyi bir şey yoxdur"
adlı kitabında erməni millətçilərinə,
gələcək nəvə-nəticələrinə
anlatmaq istəmişdi
ki, artıq Daşnakstyun ideyaları iflasa uğrayıb, gəbərib, tarixin girdabına kömülüb,
gorbagor olub. Unudun bu axmaq
xülyaları, gedib aşığınızı atın...
Erməni də olsa, ağıllı erməni imiş! Neynəsin ki, bic-vələdüzna torunları öz babalarının sözünü
eşitmir, yazdıqlarını
oxumurlar. Oxusaydılar görərdilər ki, O.Kaçaznuni babalarının
"Daşnak partiyasının
yapacağı bir şey yoxdur" kitabında yazılanlar onun (yəni Ermənistanın Baş nazirinin) Daşnakstyunun
1923-cü partiya konfransına
ünvanladığı raportun
materiallarını bir
araya gətirib. Həmin parortda Ermənistanın Baş naziri aydın şəkildə
diqqətə çatdırır
ki, külli-Qarabağın
Ermənistana heç
bir dəxli yoxdur, bu ərazilər
başdan-başa Azərbaycan
bölgələridir. Ermənistan Baş naziri paportda bunu etiraf edirdi,
ancaq millətinə xas vələdüznalıqla
onu da qeyd
edirdi ki, guya 31 martda müsəlmanların vəhşicəsinə
qətlə yetirilməsində
bircə erməninin də əli yoxdur, bu qırğın
mart ayında bolşevik-Müsavat
çatışması sırasında
meydana gəlib. Baş nazir sırf erməni tülkülüyü
ilə "erməni daşnakları" əvəzinə
"bolşeviklər" yazıb.
Bu qırğınların baisinin ruslar olduğuna işarə edib. Amma hər halda, hadisələrin baş verdiyi məkanların Ermənistanın dışı,
Azərbaycan bölgələri
olmasını da öz dəsti-xətti ilə təsdiqləyib...
Bu günün erməni
seperatçıları babalarının
əl yazısından,
dəsti-xəttindən xəbərsizdilər. Bəlaları buradan gəlir. Unudurlar babalarının elə həmin adıçəkilən
kitabda gələcək
torunlarına ünvanlanmış
vəsiyyətlərini. Yəni, daşnakların öz mətbu orqanı olan "Apaç"ın 20 avqust
1920-ci il tarixli sayında yer alan məqalədə
yazılanları: "Əgər
erməni xalqı öz varlığını
qorumaq istəyirsə
rus deyil, türk yöneliminə
sahib olmalıdır" (Bax.
"Atəşkəs məsələsi və yönelimi" məqaləsi).
Erməni
Baş bakanı etiraf edir ki,
öz varlığımızı
sürdürmək üçün
zaman-zaman türklərlə
ortaq anlaşmamızı
davam etdirməliydik:
"Nə yazıqlar
ki, biz bunu bacarmadıq. Biz bunu
bəsit nədənlər
üzündən yapa
bilmədik. Çünki türklərin (özəlliklə,
Türkiyənin) necə
bir üstün qüvvələrə sahib olduğunu
bilmirdik və öz gücümüzdən
çox əmin idik. Əsas yanlışlığımız buradadır... Nəticədə
biz 1920-ci ilin payız
aylarında türklərin
gözündə zəlil,
yox sayılabiləcək
bir hala gəldik... Biz indi-indi
anlayırıq ki,
1920-ci ilin payız aylarında türklərlə
anlaşa biləcəydik,
daha çox şey qazana bilərdik. Amma o zamanlar bunu anlamır,
anlaya bilmirdik... Savaşdan qaçmadıq. Bu savaş
bizim tam və qəti məğlubiyyətimizlə
sonuclandı... Ordumuz silahlarını
buraxıb meşələrə,
kəndlərə dağıldı".
Eynilə, 1920-ci ilin payız günlərində də
44 günlük tarixi Zəfər döyüşlərimiz
zamanı erməni ordusunun düşdüyü
vəziyyət yaşanıb
demək. Tarix unudulmur, tarix
unutmur. Təkrar olunur. Bu deyilənlər çağdaş
ermənilərin babaları
tərəfindən etiraf
olunur. Onların öz yazdıqlarıdı.
Öz ilk Baş nazirlərinin etirafıdır
ki, (hələ ötən əsrin əvvəllərində) Ermənistan
indiki halda müstəqil dövlət
qura bilmək gücündə deyil, fəqət, dövlət
qurmaq istəyən bir ünsür olaraq ermənilər Azərbaycan və Gürcüstan respublikalarında
yaşayan soydaşlarını
bir araya gətirməli, onlara söykənməlidirlər. Çağdaş ermənilərin babaları,
o cümlədən Ovanes
Kaçaznuni hələ
ötən əsrin
20-ci illərində erməni
daşnaklarına dönə-dönə
anladırdılar ki,
"Ermənistanda öz
gücünə söykənərək
idarəçilik qura
biləcək heç
bir sinif, təbəqə, partiya və yaxud qrup
yoxdur. Ölkəmizdə bu idarəçiliyi,
sadəcə, xaricdən
gələn yabançı
bir güc təsis edə bilər".
Ermənistanın ilk Baş naziri
öz başıpozuq
millətinə hələ
ötən əsrin
20-ci illərində israrla
anladırdı ki, rus hegemonluğundan qurtula bilmək üçün Qərbdən
dəstək gözləmək
bizim ən böyük səhvimizdir:
"Bu gün artıq
belə sərsəm ümidlər bəsləməyə
haqqımız yoxdur...
Ermənistan Rusiyasız yaşaya
bilməz, əlacımız
Rusiyadır, başqa yol yoxdur".
Təəssüf ki, bu gün erməni seperatçıları, elə
onlara havadarlıq edən bir çox
Rusiya siyasi dairələri də daşnakların fikir babalarının öz əllərilə yazıb
tarixləşdirdikləri bu
tarixi gerçəklikləri
görməzdən gəlirlər:
"Daşnaklar bolşevik
(yəni, rus) adını eşitdiklərində
"şeytanı inkar
edirik" deyə şivən qoparırlar"
(Bax: Ovanes Kaçaznuni. "Daşnak partisinin yapacağı bir şey yox". İstanbul,
2014. səh. 101).
Yeri gəlmişkən,
nə yazıqlar ki, çağdaş İran siyasi dairələrində ermənilərə
dəstək verənlər
də daşnak tör-töküntülərinin vaxtilə "İranın
çörəyini yeməkdənsə
rus otunu otlamaq yaxşıdır"
bəyanını unudurlar
(bax: S.N.Qlinka: Ermənilərin Azərbaycana
köçürülməsi. "Azərbaycan nəşriyyatı.
Bakı,
1995, səh.30). İlk Baş naziri
hələ ötən
əsrin 20-ci ilərində
vandalizm daşıyıcısı
olan Daşnakstyün partiyasının sui-qəsdçi
ideoloqlarına etiraz edirdi ki, "siz ağızları qapatmaq, həqiqəti danmaq, doğru fikirləri pərdələmək
istəyirsiniz, ancaq öz gücünüzə
inanmırsınız. Sizin qəlbləriniz qorxu, təlaş və tərəddüdlə doludur.
Siz qorxaqsınız?"
Üstündən tam yüz il keçib. Ancaq o qorxaq, təlaşlı daşnak ünsürləri,
androniklik hər gün yenidən xortlayır, öz babalarının vəsiyyətlərini
yenidən unuda-unuda özgə torpaqlarında
yeni bir "Daşnakstyun" partiyası
ofisi açmaqla yeni bir xalqlararası
ədavət ocağı
körükləmək iblisliyindən
əl çəkə
bilmirlər.
Onlar üçün
qara gün göydən yox, öz nadanlıqlarının
bəlası olaraq gəlir. Öz nadanlıqlarının
qurbanlarına çevrilirlər...
Sərvaz HÜSEYNOĞLU
Ədəbiyyat qəzeti.- 2021.-
11 sentyabr.- S.29.