Vətən
Nəğmə də bitir,
şeir
də,
yol da...
Hələ
arzular da -
bircə
sən,
bircə
sən
bitmirsən,
Vətən!
Şükranlıq
türküsü
İllərin
həsrətini yerə vurdu bu görüş,
Uzanan yad əlləri
elə qırdı bu görüş,
Qaranlığın
bağrını yardı, yardı bu görüş,
Şükür,
bizi bizlərə qovuşdurana şükür!
Başımızdan
dərdləri sovuşdurana şükür!
Harda isə
gümanlar gümana düşüb getdi,
Çin
çıxmayan yuxular dumana düşüb getdi,
Şuşasız
zamanımız zamana düşüb getdi,
Şükür,
bizi zamanla barışdırana şükür!
Şükür,
bizi Şuşaya qovuşdurana şükür!
Bir tərəfdən gün
çıxdı, bir tərəfdən ay doğdu,
Payızların
içindən bahar doğdu, yay doğdu,
Başımızın
üstündə mutlu, mavi göy doğdu,
Şükür,
bizi bu göyə yaraşdırana şükür!
Şükür,
bizi Şuşaya qovuşdurana şükür!
Ha tərəfə
yön aldıq, yönümüz çiçəklədi,
Səsimiz
qönçə tutdu, ünümüz çiçəklədi,
Sabahın
gətirdiyi günümüz çiçəklədi,
Şükür, bizi bizlərə
qovuşdurana şükür!
Ayrılığı
Şuşadan sovuşdurana şükür!
Şuşam!
O bizim
ağaclarıydı,
o bizim
küləkləriydi,
o bizim
yağışlarıydı...
Duruşundan
tanıyırdım
qoxusundan
tanıyırdım
yağmasından tanıyırdım.
Ağac
da boynubüküydü,
külək də qırıq-qırığıydı,
bulud da
cilik-ciliyiydi...
Ağacına
qurban olum, dedim,
buluduna
qurban olum, dedim,
daş
yoluna qurban olum dedim...
O qədər
qurban oldum ki, -
gördüm anam da qurbandı,
gördüm balam da qurbandı...
Qurbanlarını
qəbul elə, Şuşam!
Evimizə gedirəm
Akif Səmədə
Ürəyim
elə atır,
evimizə gedirəm.
İlahi,
nə mutluluq,
bu
gün bizə gedirəm.
Qollarım qoşa qanad,
uçacağam yolları.
Yaralarıma
təpib
qucacağam yolları.
Bənövşə
qoxusunun
içindən keçəcəyəm.
Məni məndə
gizlədən
Elçindən keçəcəyəm.
Bu
ayrılıq, bu həsrət
Şükür ki, başa çatır.
Evimizə
gedirəm,
evimiz
Şuşadadır.
Ağdam camisində
yazılan şeir
Darıxacaq
burnumun
ucunda
ayrılıqlar.
Qəfildən
gün çıxacaq
itəcək qaranlıqlar.
Bir
uşaq yüyürəcək
xəyallardan üstümə.
Baxacağam
bu uşaq,
özümmüşəm sən demə.
Qəmər
nənəm gələcək
boyumu
oxşamağa.
Bir
ömür başlayacaq
yenidən yaşanmağa.
Cıdır
düzündən etüd
Cıdır
Düzünə düşən axşamların
aydınlığında qeyb oluram...
Qollarımı
yana açıb ən gözəl
uçuşunu
yaşamaq istəyirəm
geriyə
qalan ömrün.
Bu
uçuş bitsin, istəmirəm,
bu
aydınlıq qaralsın, istəmirəm.
Bütün
tərk edilmiş evlərin sevincini
yaşamaq istəyi var ruhumda, canımda.
Bütün
qaranlıq yolları
işıqla
doldurmaq həvəsim var,
bütün qırıq yolları bir-birinə bağlamağım
gəlir,
yenidən, yenidən qollarımı yana açıram,
uçuram, uçuram, -
unutmamaq
üçün,
xatırlamaq üçün,
yaşamaq üçün.
Cıdır
düzündə
RəsulRzanı
xatırlarkən
Yaşılından sarısına
düşürük ömrün,
ağından qarasına,
mavisindən qırmızısına.
Hər
günü bir rəngə batır vaxtımız,
bir rəng
boyayır bizi,
ya da biz
bir rəngi boyayırıq
ovqatımızla,
halımızla...
Sonra rəngləri
qurtarır ömrün, -
Bir göy qurşağı asılır göydən.
Ağdamda ilk şeir
Bir ötən
günün qoxusu burnumda,
havası
başımdaki,
o
günü yaşamaq istəyim
burnumun
ucunda alça çiçəyitək açılır,
alça
çiçəyitək solur.
Burnumun
ucunda darıxır
Olanlar,
unudulanlar,
ötənlər,
bir də
mən,
Ən
çox mən darıxıram hamıdan ötrü -
hamı
da o gündə,
o ötən
gündə.
...burnumun
ucundan keçir külək,
alça
çiçəklərini sovuraraq...
Bir şəhərlik
sükut
Ağdamıma
İndi
bir şəhər susuram,
bir uzaq
şəhər...
Bütün unutduqlarım
küçələrində,
yollarında,
yaddaşında...
Xəyallarımda
kor olmuş əllərim bir divar gəzir
üstü kömür yazılı,
təbaşir yazılı
adımın baş hərfi o divarda unudub
sevdalı olduğunu...
Və
bütün sevdalar unudulur, bildim
amma
ayrılıqlar unudulmur,
unudulmur...
Və o
boşluqda ən çox notlara möhtacam,
bir
şəhərin nəğməsini susuram
qum
saatının boşalmış şüşəsində...
Atam üçün
rekviyem
Əkdiyin
qələmlər
çinar oldu, söyüd oldu...
Nəvələrin
çoxaldı,
böyüdü,
umud oldu...
Səndən
sonra bu ömür də bulud oldu, Ata...
Evimizin
damında quruldaşan qumrular
ovcun
üçün darıxıblar,
ovcundakı dənlər üçün,
yemlər
üçün darıxıblar.
Darıxıb
sənin üçün
sabahlar
da,
gecələr də...
Səninlə
çəkdirdiyim şəkillər də
...Mən
təzə şəkillər çəkdirmirəm,
köhnə şəkillərlə ovunuram.
Səninlə
çəkdirdiyim şəkillər
indi məndən
xoşbəxtdilər.
Şəkillərdə
nə gözəl varsan,
gözlərin gülür,
üzün gülür,
şəkillər gülür... mən ağlayıram.
Təsəllim
şəkillərindi, Ata!
amma,
əkillərinə
deməmişəm öldüyünü.
İstanbulda Şuşa
yuxuma girdi
İstanbulda
Şuşa yuxuma girdi -
Köhnə
məhəlləmiz... dəmir darvaza...
Bu necə
yuxudu, ah bu nə sirdi -
Boz dağlar təzəcə
çıxmışdı yaza.
Xanın
səsi gəldi Qala tərəfdən,
Buludlar
axırdı - bəyaz buludlar...
Bir qaya
üstündə dayanmışdım mən,
Gözümdə könlümdə böyük umudlar.
Yuxudan
oyandım, - gecəyarıydı,
Quyruqlu bir ulduz düşdü dənizə.
Həsrət
ürəyimi sancan arıydı, -
Şuşa ilğım kimi göründü gözə.
Dəniz
sahilində poyraz əsirdi,
İstanbul yuxusuz, İstanbul oyaq.
Boğazda
qərib bir xəyal gəzirdi,
Qız
qülləsi yaxın... Şuşa çox uzaq...
Özünlə
görüş
Bir
gün də yollar bitər
çiyinlərdən düşərsən.
təzə qəbrin içində
özünlə görüşərsən.
Yadına
salarsan ki,
nə
günahlar etmisən,
nə
savabların olub.
Cavabsız
sualların,
içində sualsız
çox
cavabların olub.
İstəmisən
itəsən
adamların gözündən.
Daha gələn
olmasın
ləpirindən, izindən.
İstəmisən
hüzura
qovuşasan hardasa.
Dərdini
bir ağaca
danışasan hardasa.
Amma istədiklərin
dönüb gerçək olmayıb.
İllər
beləcə keçib
daha
ömür qalmayıb.
Bir
gün də yollar bitib
çiyinlərdən düşmüsən.
Hamı səni
tərk edib,
özünlə görüşmüsən...
Bir ömürlük
ixtisar
Məktəbdən
öyrənmişdim ixtisar eləməyi,
sonra həyat
öyrətdi...
Məktəbdə
yazı taxtasında edərdim ixtisarları,
həyatda həyatımdan...
Sanki həyat
ixtisar eləməkdən başqa
heç
nə öyrədə bilmirdi...
Silib
atırdın elə
və
beləcə ixtisara düşdü
neçə dost,
neçə tanış,
neçə insan.
Məktəbdən
sonra
günlərin ixtisarına keçdim,
sonra
ayların,
sonra illərin...
Elə
oldu ki,
bütöv bir ili ixtisar elədim ömrümdən,
sonra
bütöv bir ömrü...
Sonra
saçlarımı ixtisar elədim,
ürəyimi,
əllərimi...
onra da
özümü ixtisar elədim!..
Ürəyim
İndi əlimin
altındadı ürəyim,
hara istəsəm
fırlaya bilirəm.
Hərdən
döyüntüsü başıma düşəndə,
götürüb kənara qoyuram,
bilirəm inciyir,
amma neyləyim,
məni
ən çox ürəyim yorur.
Əvvəl
elə bilirdim,
fikir
yorğunuyam,
indi
bilmişəm ki, ürək yorğunuyam.
Daha yolunu
tapmışam,
ağrıyanda bir daşın altına qoyuram,
döyünməyəndə çıxarıb silkəliyirəm,
ora
atıram, bura tullayıram.
Bircə
mən bilirəm,
ürəyimin başına nə oyun açıram.
Əvvəl
dilimin altındaydı,
indi əlimin.
Xoşbəxtlik
Xoşbəxtlik
gələndə
qırıq-qırıq gəlirsə...
Bir
gün əllərin sevinirsə,
bir
gün gözlərin gülürsə,
bir
gün də səsin
xoşbəxt olursa...
Sonra
qırıq xoşbəxtliklər
qırıq xəyallar kimi
gözlərinin suyunda
zədələnirsə...
Sən
xoşbəxt
olmadığını anlayırsan.
Anlayırsan
ki,
xoşbəxtlik gələndə
bütöv gəlməli,
tam gəlməli.
Və
üzünün ikisi də xoşbəxt olmalı,
gözünün ikisi də gülməli -
biri
güləndə,
biri
ağlamamalı.
Kim dünyanı sevdisə...
Başqa
bir yol da yoxdu,
durub
çıxıb gedəsən.
Gözünü
yaşamaqdan,
çəkib, yığıb gedəsən.
Nə
başqa bir yer də var,
başqa
saatlarıyla.
Hanı
başqa adamlar,
başqa həyatlarıyla.
Başqa bir yer axtardım,
bu yer məni açmadı.
Bu yol mənə yatmadı,
bu yol məndən qaçmadı.
Keçmişdə qalır hamı,
keçmiş necə evdisə.
Ölüm gəlib apardı,
kim dünyanı sevdisə.
Dönüşsüzlük
Səhər yelləri günəşdən
küsəcək,
güllüş
dodaqlarından,
ağaclar yarpaqlarından.
Səsin
əks-səda verib uçrumdan yıxılacaq,
yuvalar boşalacaq,
quşlar yuvaya həsrət qalacaq.
İntihar edən arzular gözlərindən
asılacaq...
O, gəlməyəcək.
Necə ki, yağışlar yağış
kimi buluda qayıtmır,
necə ki, göz yaşları gözlərinə
qayıtmır.
Hər şey belədi indi...
gedirlər, qayıtmırlar.
Sənli xatirələr
Bütün xatirələr adına
bağlı,
indi xatirənin sənsizliyidir.
Şəklimi özündə aparıb gedən
solğun gözlərinin mənsizliyidir.
Mən sənli dünyanın sənsizliyində,
sən mənli dünyanın mənsizliyində.
Necə tutuşacaq baxışlarımız,
qaranlıq dünyanın
günsüzlüyündə.
Beləsi heç olmur, elə sevəsən,
sonra həsrətlərə yovuşmayasan.
Dizində susasan ayrılıqların,
sonra da öləsən, qovuşmayasan.
Sənli xatirələr xatirə deyil,
daha indən belə sənsizlik imiş.
Mən
harda varamsa, orda sən yoxsan,
sən
harda varsansa, mənsizlik
imiş.
Bütün
xatirələr yaralı quşdu,
uçurlar, təzədən mənə dönürlər.
Sənin
mənsizliyin qara torpağa,
mənim
sənsizliyim sənə dönürlər.
Sevgilim
Bu
dünya dediyin bu dünya,
sənsiz
heç imiş, sevgilim.
Arzular
durna qanadlı,
bahardan
köç imiş, sevgilim.
Ömür
də boşluğun boşunda,
ömür də qışlığın qışında,
bircə
yol qalıb huşumda,
o da ki,
keç imiş, sevgilim.
Qaradan
qarası bəllidi,
sən
adlı yarası bəllidi,
bilirsən, harası bəllidi?
Orası puç imiş, sevgilim.
Qaldım
Uçub
getdi arzular da,
arzulardan
gendə qaldım.
Heç
bilmirəm kimlər məndə,
mən
də belə kimdə qaldım.
Gün
qurutdu qurulandım,
gözyaşında durulandım,
yağmalandım, yarılandım,
bir
yağışlı nəmdə qaldım.
ınlıqlar
duman kimi,
məndən xeyir uman kimi,
hələ də bir güman kimi,
bilirəm ki, səndə qaldım.
Elçin İSGƏNDƏRZADƏ
Ədəbiyyat
qəzeti .- 2021.-18 sentyabr. S.14-15.